Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rasul Soruşur Yazılma Tarixi:26.12.2021 14:17:30

Salam, 100 nomreli herbi hisse harda yerlesir men azrebaycanin hansi bolqede xidmet edecem? zhemet olmasa melumatliridarsiz, teshkur edirem.

Aidiyyəti üzrə təyin olunduğunuz qoşun növünə müraciıt etməyiniz tövsiyə olunur.
VİLAYƏT Soruşur Yazılma Tarixi:23.12.2021 23:48:04

Çağırışçıların Hərbi xidmət yeri öyrenmek

Bildiririk ki, siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytına (http://www.seferberlik.gov.az/) daxil olaraq “Elektron Xidmətlər” bölməsində “Müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” altbölməsində çağırışçının adı, soyadı, atasının adı, təvəllüdü və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsini daxil edərək xidmət edəcəyiniz qoşun növü və hərbi hissə barədə məlumat əldə edə bilərsiniz.        Vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında məlumat 28 dekabr tarixdən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.        Eyni zamanda, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də hansı qoşun növünə düşdükləri barədə məlumatı öyrənə bilərlər.        Əks halda qeydiyyatda olduğunuz yerli baş idarə, idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Nurlan Soruşur Yazılma Tarixi:23.12.2021 13:41:44

Salam mən bilmək istəyirəm ki mərkəzi hərbi həkim komissiyasının cavabları nə vaxt bilinəcək Allah qoysa mən hərbi xidmətə nə vaxt gedəcəm zəhmət olmasa deyərdizdə öncədən təşəkkür edirəm

Bildiririk ki, Sizin şəxsi işiniz Xidmətin Şəki rayon şöbəsinə geri qaytarıldıqdan sonra Mərkəzi hərbi komissiyası tərəfindən barənizdə qəbul edilmiş qərarlarla tanış olunacaqsınız.  
Səbutay Soruşur Yazılma Tarixi:23.12.2021 13:08:38

Salam.Men yanvarin 3ü herbi xidmete cağirilmişam zehmet olmasa mene hansi herbi hissede xidmet edeceyim barede melumat vere bilersiz?

Bildiririk ki, siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytına (http://www.seferberlik.gov.az/) daxil olaraq “Elektron Xidmətlər” bölməsində “Müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” altbölməsində çağırışçının adı, soyadı, atasının adı, təvəllüdü və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsini daxil edərək xidmət edəcəyiniz qoşun növü və hərbi hissə barədə məlumat əldə edə bilərsiniz.        Vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında məlumat 28 dekabr tarixdən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.        Eyni zamanda, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də hansı qoşun növünə düşdükləri barədə məlumatı öyrənə bilərlər.        Əks halda qeydiyyatda olduğunuz yerli baş idarə, idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Rail Soruşur Yazılma Tarixi:14.12.2021 20:05:11

Salam.Men oz erizemle konulu olaraq kolecden cixib esgerliye gedirem yanvar ayin 5 meni aparirlar yazib oyrenmek isteyiremki menim hara duweceyimi. Allah butun Azerbaycan esgerlerini qorusun.

Bildiririk ki, siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytına (http://www.seferberlik.gov.az/) daxil olaraq “Elektron Xidmətlər” bölməsində “Müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” altbölməsində çağırışçının adı, soyadı, atasının adı, təvəllüdü və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsini daxil edərək xidmət edəcəyiniz qoşun növü və hərbi hissə barədə məlumat əldə edə bilərsiniz.        Vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında məlumat 25 dekabr tarixdən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.        Eyni zamanda, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də hansı qoşun növünə düşdükləri barədə məlumatı öyrənə bilərlər.        Əks halda qeydiyyatda olduğunuz yerli baş idarə, idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Kənan Soruşur Yazılma Tarixi:13.12.2021 15:14:39

Hər vaxtınız xeyir, Mən 2021-ci il iyun ayında tibia sümüyümün sınması səbəbindən müddətli həqiqi hərbi xidmətə möhlət almışam. Hal-hazırda işlədiyim müəssisənin tələbinə əsasən hərbi biletimi təqdim etməliyəm. Sizdən xahiş edirəm ki, əgər hazırdırsa, ən tez hansı müddətə hərbi biletimi əldə edə biləcəyim barədə mənə məlumat verəsiniz. Hörmətlə

Bildiririk ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Sabunçu rayon idarəsi tərəfindən 14.12.2021-ci il tarixdə SX/0671472 nömrəli hərbi biletlə təmin edilmisiniz
Mahir Soruşur Yazılma Tarixi:12.12.2021 22:08:21

Salam. Mən 3 cu derecesi yastıpencelik diaqnozu ile dinc dövrdə yararsız müharibə dövründe məhdud yararlı biletimi almışdım. Hal hazırda təkrar tibbi müayinə cagrilmisam. Sualım her iki ayağın 3 cu dərəcəli yastipencelik diaqnozu ile herbi xidmətə dinc dövrdə yararlı ola bilerem?Qeyd edimki təkrar müayinə üçün Sabunçu xestexasina deyil birbaşa herbi hospitala gonderirler.

III (üçüncü) dərəcəli yastıayaqlıq” olan çağırışçılar Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68 “c” maddəsinin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Mədət Soruşur Yazılma Tarixi:12.12.2021 14:23:59

Salam Menim ayağımın altı düzdü, Mən Naxcivanskiyə vermək istəyirəm mən hərbi komisiyadan keçə bilərəm?

Çağırışçıların sümük-əzələ sistemi, birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən onurğanın deformasıyası və funksiyaların pozulması dərəcəsindən asılı olaraq aparılır. Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nə əsasən ştat üzrə “zabit” hərbi rütbəsi nəzərdə tutulmuş vəzifələrə hərbi xidmətə könüllü daxil olan və çağırış üzrə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara sağlamlıq vəziyyətinə dair tələblər fərqlidir.
Kənan Soruşur Yazılma Tarixi:09.12.2021 08:11:22

Salam aleykum, Onurğamda problem olduğu üçün noyabrın 17-si 2-ci yoxlanışa çağrılmışdım amma cavabların nə vaxt bilinəcəyi haqqında məlumat verilmədi, bilmək istəyirəm yanvara kimi cavablar bilinəcək yoxsa aprelə kimi uzana bilər?

Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz şəxsi işiniz ilə birlikdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz. Rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmiş qərar Xidmətin Mərkəzi hərbi həkim komissiyası tərəfindən təsdiq edilmişdir. Bildiririk ki, şəxsi işiniz Xidmətin Xocalı rayon bölməsinə daxil olduqdan sonra Siz hərbi bilet ilə təmin olunacaqsınız.
Nurlan Soruşur Yazılma Tarixi:08.12.2021 19:11:20

Salam mən bilmək istəyirəm məni 2022 ci il yanvar ayında yenə hərbi xidmətə çağırcaqlar məni hərbi hospitala nə vaxt göndərəcəklər vayani bileti nə vaxt verəcəklər zəhmət olmasa deyərdizdə

Bildiririk ki, Siz barənizdə yekun qərarın qəbul edilməsi üçün şəxsi işiniz ilə birgə Xidmətin Şəki rayon şöbəsi tərəfindən Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız.  
Cədvəldə sətir sayı :14897