Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
VÜSAL Soruşur Yazılma Tarixi:15.09.2021 23:23:13

Salam Men AĞ.AYEV VÜSAL size Yazdim sizde Vaynkamada Elaqe S a x l a m i s i Z. kend s a v eti mene zenG eledi dedi size 6 ay m o h l et. v e r i l i b. İndi menim sözüm odur ki menim gözüm sağlamdı M o h l e ti istemirem. gözüm sağlamdı onsuz. yarar li ola-ola yan.var ayına qal.maq istemirem. sizden artiq derecede xais edirem komeyliy edin. O k t i y a b r. Ayında getmey istiyirem Özüm Bakida Q a l i r am. Cox Xais edirem komeyliy gösterin O k t i y a b r ayında gedim Əsgərliy ə. Eslinde İyulda geT.meliydim Əsgerliyə gozum nen ə.laqeder a.parmadilar Mu.ALice elemisem gözüm Sağlamdı Cox Cox artiq derecede xais edirem komeyliy gösterin oktiyabrda gedim əsgər. İnşallah Komeyliy gö.sterersiz Sizden Xeber göz.diyecem.

Məlum olmuşdur ki, Siz 2021-ci ilin iyul çağırışında Xidmətin İsmayıllı rayon hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Müalicə üçün verilmiş möhlət hüququ bitdikdə Siz 2022-ci ilin yanvar çağırışı zamanı təkrar tibbi müayinəyə cəlb olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə yekun qərar qəbul ediləcəkdir.
Munis Soruşur Yazılma Tarixi:13.09.2021 20:24:20

Salam kimsə ali təhsilini başa vurub sonrada hərbi xidmətə yola duşub indi həmin adamın diplomunu mən necə göturə bilərəm həmdə onun 1 il əsgərliy etməsi ucun nə vaxta kimi diplom barədə hərbi hissəyə məlumat verilməlidi?Yəni həmən adam hərbi hissədən mənə etibarbamə verə bilər?mən diplomun nusxəsini hərbi hissəyə təqdim etməliyəm?birdə ne vaxta kimi bu olunmalıdır?

Qeyd etdiyiniz məsələ ilə bağlı hərbi qulluqçunun xidmət etdiyi qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Zöhrab Soruşur Yazılma Tarixi:11.09.2021 19:56:23

Salam, mən 11,09,21 tarixində gözümdə problem olduğuna görə Zərifə Əliyeva adına göz kilinikasında müayinədən keçmişəm lakin, indiyə qədər nəticələr barədə heç bir məlumat yoxdur, yararli və yaxud da yarasız olduğumu öyrənmək istəyərdim.

Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Siz şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız. Müayinənin nəticəsinə müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Nurlan Soruşur Yazılma Tarixi:10.09.2021 09:49:57

Salam.Mən ikinci Qarabağ müharibəsində iştirak etmişəm və mənədə hamı kimi Fizulinin azad olunması uğrunda medalı,Cənab prezident İlham Əliyevin sərancamı ilə siyahıda adım var.Lakin hələm mənə Sumqayıt şəhər SHXÇDX-i tərəfindən hələm çağırılıb təqdim olunmamışdır.Amma indi isə Xocavəndin azad olunması uğrunda medalı verilir kimlərinki adı var.Mən bilmək istəyirəm mənim Fizulinin azad olunması uğrunda medalım nə vaxt veriləcək.Bəlkədə gəlib Vayunkomat mənim əlaqə nömrəmi tapa bilmir.Özümdə gedə bilmirəm Ayaqlarım və əllərim yara basıb ona görə soruşuram gəlibsə əgər mənə zəhmət olmasa bir məlumat verərdiniz.

Bildiririk ki, Sizin adınıza “Füzulinin azad olunmasına görə” medal Xidmətin Aparatına daxil olmamışdır.
Odur ki, qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə Müdafiə Nazirliyinə müraciət etməyiniz məqsədəuyğundur.  
Murad Soruşur Yazılma Tarixi:09.09.2021 19:49:49

Salam mən oktyabrın 1i çağırışçıyam Ona burda baxdım bilməy olmur hara düşdüm iyul ayı çıxır amma qonşu uşağ bilir ona necə baxmaq olar?

Bildiririk ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar. Əlavə olaraq qeyd edirik ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25-30 sentyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.  
Rəhim Soruşur Yazılma Tarixi:08.09.2021 15:53:36

Salam mən təkrar tibbi müayinəmin vaxtı aprelin 1 dir mən aprel çağırışçılarınıda 2ay qabaq çağırırlar fevralda mənidə fevral ayı çağıracaqsız ?

Portala daxil olan müraciətinizə baxılmışdır.            
  Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.
           
  
Hərbi vəzifəlilərin təkrar tibbi şəhadətləndirilməsi vaxtında aparılmalıdır.
Sabir Soruşur Yazılma Tarixi:06.09.2021 19:19:57

Salam. Menim herbi biletimde mehdud yararlı yazılıb. Yoxlanışa 2023de getmeliyem.İndi isə türkiyəyə gedecem.Amma yoxlanışlarda bura gelecem.Xarici pasport alanda və ya kirayə qaldığım evi boşaldıb çıxdıqda harasa melumat verilmelidi ya yox?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsinə əsasən, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişdikdə 10 gün müddətində hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə məlumat verməlidirlər.
Sadiq Soruşur Yazılma Tarixi:05.09.2021 20:43:21

Salam.mənə oktyabrın 1-ə çağırış gəlib.Mən Türkiyədə universitetə qəbul olmuşam.Türkiyəyə gedəndə problem olar?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırışdan möhləti olan vətəndaşlara möhlət hüquqları qüvvədə olan müddətdə sərhədkeçməyə məhdudiyyət qoyulmur.   
Vüsal Soruşur Yazılma Tarixi:04.09.2021 13:59:12

Salam. Zəhmət olmasa deyin, EKQ müayinəsində müəyyən olunan xəstəlik göstəricisinə baxmayaraq hərbi xidmətə yararlı olaraq göndərildiyim halda, xidmət dövrümün bitməyinə 20 gün qalmış Hospitalda eyni adlı xəstəlik göstəricisi səbəbindən yararsız kimi tərxis olunmağımın təzminatını almalıyammı? (3 medalla təltif olunmuşam.)

Məlum olmuşdur ki, Siz Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin II qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilərək ehtiyata buraxılmısınız. Xəstəlikdir hərbi xidmət dövründə alınmışdır (əsas: 25.05.2021-ci il tarixli 747 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”). Bildiririk ki, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən sığorta hadisələri və ödənişləri baş vermə səbəbindən (hərbi qulluqçu xidmətdə olduğu zaman həlak olduqda, yaralandıqda, xidməti vəzifəsini yerinə yetirərkən xəstələndikdə və s.) asılı olaraq üç il müddətində sığorta olunana əlillik təyin olunduqda verilir.             Qanunun tələblərinə əsasən sığorta olunan və ya onun vərəsələrinə sığorta ödənişləri Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən həyata keçirilir. Bu səbəbdən aidiyyəti üzrə müraciət etməyiniz məqsədəuyğundur.  
RÖYAL Soruşur Yazılma Tarixi:02.09.2021 10:45:18

Cox sagolun sulımı cavablandırıbsız amma tam başa dümedimki yaniki men Hüseynov Röyal Güləddin oxlu1991.02.23 tevellüdü 30 yaşım var herbiye işe qebul olmaqımda yaşım 30 olmaqı manecilik töretmezki?rahat işe qebul ola bileremmi cox xayiş cavablandırarsız teşekürler

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarının 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ştat üzrə vəzifələrə uyğun olaraq həqiqi hərbi xidmət keçmək üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar. Əlavə olaraq bildiririk ki,  Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarının 2.10-cu maddəsinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə uyğun olaraq bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsili olan, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçmək istədiyiniz qoşun növü üzrə aidiyyəti nazirliyə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.
Cədvəldə sətir sayı :14897