Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Adil Soruşur Yazılma Tarixi:17.07.2023 10:31:11

Salam. Mən Nərimanov rayon komissarlığı qeydiyyatındayam. Gözümdə çox yüksək dərəcədə korreksiya olduğu üçün Zərifə Əliyeva adına Göz Klinikasına yoxlanışa göndərilmişəm. Haqqımda olan yekun qərarı bilmək istəyirəm zəhmət olmasa

Müəyyən edilmişdir ki, Siz 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Nərimanov rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və səhhətiniz ilə əlaqədar Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əlavə tibbi müayinəyə göndərilmisiniz. Müayinə nəticələrinə əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Barənizdə qəbul edilən qərarın “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına uyğunluğu yoxlanıldıqdan sonra yekun qərar qəbul ediləcəkdir.
Nicat Soruşur Yazılma Tarixi:16.07.2023 17:42:08

Salam.Mənim sualımı niyə cavablandırmırsınız??

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Sizə Sabunçu rayon çağırış komissiyası tərəfindən Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsinə əsasən hərbi xidmətə müvəqqəti yararsız hesab edilərək 6 ay müddətinə möhlət verilmişdir. Bildiririk ki, Sizə verilmiş möhlət müddəti bitdikdən sonra Sabunçu rayon çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq təkrar baxılacaqdır.
Nihad Soruşur Yazılma Tarixi:16.07.2023 15:25:16

Salam mən yastıpəncəliklə bağlı 2 dəfə rentgennən keçmişem.Lakin mənə yararlı və yaxud yararsız olmağımla bağlı məlumat verilməyib.Qerari öyrənmək istəyirəm.

  Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərar Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunduqdan sonra hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Mahir Soruşur Yazılma Tarixi:16.07.2023 14:24:03

Salam. İlkin qeydiyyatdan keçmək üçün hansı sınədlər lazımdır və prisedurun gedişi ilə bağlı məlumat almaq isdəyirəm(forma 25 tələb okunurmu, vəsiqə hansı müddətdə təhvil verilir və sairə). Təşəkkürlər.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır.    Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar. Əlavə olaraq bildiririk ki, qanunvericiliyə əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar (həmin il 15 yaşı tamam olan vətəndaşlar) qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  yaşayış və ya olduğu yer üzrə müvafiq yerli struktur bölməsinə gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər: 1. doğum haqqında şəhadətnamənin surəti;         2. ailə tərkibi haqqında arayış; 3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün); 4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış; 5. tərcümeyi-hal; 6. 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil. Həmçinin müvafiq aktlara uyğun olaraq, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar hərbi xidmətə yararlılığının müəyyən edilməsi məqsədilə qanunla müəyyən olunmuş qaydada tibbi müayinələrdən keçdikdən sonra ilkin hərbi qeydiyyata alınmalı və müvafiq qeydiyyat sənədində şəxsən imza etməklə ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə ilə təmin olunmalıdırlar.  
orxan Soruşur Yazılma Tarixi:16.07.2023 12:16:40

Salam mən Gəncə şəhər Nizami rayon hərbi komissarlığı tərəfindən sağlamlıq vəziyyətim ilə əlaqədar iyun ayında Bakı Neyrocərrahiyyə xəstəxanasına (beynimdə kista olması ilə əlaqədar) və travmatologiya İnstitutuna (qolumda qırıq səbəbindən mil var) göndərilmişəm.Bu il bakalavra sənəd qəbulu ilə bağlı DİM müraciət etdim.DİM mənə hərbi komissarlıqdan möhlət olduqdan sonra qeydiyyatdan keçə biləcəyimi bildirdi.Hərbi komissarlığa müraciət etdiyim vaxt xəstəliyimin təstiq olmadığını bildirdi.Sizdən xahiş edirəm ki, Dim-də qeydiyyatda keçməyimlə bağlı mənə köməklik göstərəsiniz.Təşəkkürlər.

Müraciətinizlə əlaqədar bildiririk ki, Sizin barənizdə Gəncə şəhəri Nizami rayon çağırış komissiyası tərəfindən verilmiş qərara 2023-cü ilin iyul çağırışı müddətində baxıldıqdan sonra elektron ərizənizin təsdiq olunması üçün tələb olunan hərbi vəzifə ilə bağlı məlumatlarınızda dəyişiklik aparılacaqdır. Barənizdə qəbul olunan qərarla tanış olmaq üçün Xidmətin qeydiyyatda olduğunuz Nizami rayon şöbəsi ilə əlaqə saxlamağınız xahiş olunur.    
Ələddin Soruşur Yazılma Tarixi:15.07.2023 11:45:45

hərbi xiidmmətə tam yararsız olduğum halda adımı sistemdən götürmürlər və onlara universitetə sənəd verəcəm dedikdə mümkün deyl bu il mümkün deyl deyilir niyə mənim 1 ilim gedir bəs xaiş edirəm kömək edərdiniz

          Müraciətinizlə əlaqədar bildiririk ki, Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən 2023-cü ilin iyul çağırışına cəlb edilmiş, hərbi həkim komissiyasında tibbi müayinədən keçirilmiş və sağlamlıq vəziyyətinizlə əlaqədar Sumqayıt Tibb Mərkəzinə əlavə tibbi müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsində müayinə olunduqdan sonra barənizdə tərtib edilmiş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”na əsasən rayon çağırış komissiyasının 12.07.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 66-cı maddəsinin “c” bəndinin l qrafasına görə “Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz.         “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  23.0.2-ci maddəsinə əsasən sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmiş çağırışçılar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər.          Qeyd olunanlara əsasən bildiririk ki, Siz Xaçmaz rayon çağırış komissiyasının qərarı ilə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək hərbi vəzifəlilərin qeydiyyatına verilmisiniz.           Nəzərə almağınızı xahiş edirik.
Emin Soruşur Yazılma Tarixi:14.07.2023 16:14:48

salam. Agdam vainkamati ile nece elaqe saxlaya bilerem? ayin 3u esger getmeli idim hele de zeng gelmiyib.

Müraciətinizlə əlaqədar bildiririk ki, Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən 2023-cü ilin iyul çağırışına cəlb edilmiş, hərbi həkim komissiyasında tibbi müayinədən keçirilmiş və hərbi xidmətə yararlı hesab edilmisiniz.          Vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr üzrə bölgüsü zamanı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Müdafiə Nazirliyinin daxili bölgüsünə əsasən isə müddətli həqiqi hərbi xidmət keçmək üçün 201 saylı hərbi hissəyə təyin edilmisiniz.          18.07.2023-cü il tarixdə təyin olunduğunuz hərbi hissəyə müddətli həqiqi hərbi xidmətə göndərilmisiniz.           Nəzərə almağınızı xahiş edirik.
Məhəmməd Soruşur Yazılma Tarixi:14.07.2023 15:29:53

Sıradankənar həqiqi hərbi xidmətə yararlı nə deməkdir?

Müraciətinizlə əlaqədar bildiririk ki, sıradankənar həqiqi hərbi xidmətə yararlılıq - ilkin hərbi qeydiyyata alınarkən və müddətli həqiqi hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə uyğun olaraq ilkin hərbi qeydiyyata alma və ya çağırış komissiyaları tərəfindən onlar barəsində qəbul olunan qərarlardan biridir. Sıradankənar həqiqi hərbi xidmətə yararlı sayılmış hərbi qulluqçular müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları hərbi hissədə arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati-təsərrüfat və digər vəzifələrə təyin edilirlər
Elgiz Soruşur Yazılma Tarixi:14.07.2023 00:35:47

Salam.175.5 cm boy,çəki 94 kilo,meniskus 2-çi dərəcə diz yırtığı,1-2 dərəcəli hepatoz qaraciyər piylənməsi,dəmir defistli animiya,mikrositoz,dalaq ölçülərində böyümə vardır.Əsgərliyə yararlıdırmı?

Bildiririk ki, “II (ikinci) dərəcə alimentar piylənmə” olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər. “Meniskin II (ikinci) dərəcəli yırtığı. I-II dərəcəli hepatoz, qaraciyərin piylənməsi, dəmir defisitli anemiya, mikrositoz, splenomeqaliya” olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilirlər. Çağırışçılar qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilir ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinəsi təmin olunur və hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun qərar qəbul edilir.
Əli Soruşur Yazılma Tarixi:13.07.2023 22:20:31

Salam men esgerliye yararlı yararsız olduğumu oyrenmek isdirem

   Müəyyən olmuşdur ki, 2023-cü ilin iyul çağırışına cəlb edilərək qeydiyyatda olduğunuz Xidmətin Lənkəran rayon şöbəsinin çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə uyğun “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın səhiyyə müəssisəsinin tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na uyğunluğu yoxlanıldıqdan sonra Siz hərbi biletlə təmin olunacaqsınız.
Cədvəldə sətir sayı :14897