Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Adil Soruşur Yazılma Tarixi:20.07.2023 13:09:58

Salam. Zəhmət olmasa sualımı cavablayın. Nərimanov hərbi komissarlığı qeydiyyatındayam. Gözümdə çox yüksək dərəcədə korreksiya olduğu üçün Zərifə Əliyeva adına Göz klinikasına yoxlanışa göndərilmişəm. Haqqımda olan yekun qərarı bilmək istəyirəm.

Müəyyən edilmişdir ki, Siz 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Nərimanov rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və səhhətiniz ilə əlaqədar Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əlavə tibbi müayinəyə göndərilmisiniz. Müayinə nəticələrinə əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Barənizdə qəbul edilən qərarın “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına uyğunluğu yoxlanıldıqdan sonra yekun qərar qəbul ediləcəkdir.
Adil Soruşur Yazılma Tarixi:20.07.2023 13:09:17

Salam. Zəhmət olmasa sualımı cavablayın. Nərimanov hərbi komissarlığı qeydiyyatındayam. Gözümdə çox yüksək dərəcədə korreksiya olduğu üçün Zərifə Əliyeva adına Göz klinikasına yoxlanışa göndərilmişəm. Haqqımda olan yekun qərarı bilmək istəyirəm.

Müəyyən edilmişdir ki, Siz 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Nərimanov rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və səhhətiniz ilə əlaqədar Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əlavə tibbi müayinəyə göndərilmisiniz. Müayinə nəticələrinə əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Barənizdə qəbul edilən qərarın “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına uyğunluğu yoxlanıldıqdan sonra yekun qərar qəbul ediləcəkdir.
Nahid Soruşur Yazılma Tarixi:20.07.2023 08:27:31

Salam.Mən Hacıyev Nahid Natiq oğlu 05.05.1996 ci ildə Ağcabədi rayonunda anadan olmuşam.2013-2019 cu illərdə tarix üzrə bakalavr və magistr təhsili almışam.2019-2021 ci illər ərzində sol gicgah nahiyəsində kista olmasına görə müalicə almışam və hərbi xidmətə yararlı hesab olunub, 2021-ci il aprelində DQ N saylı hərbi hissəsində qulluğa başladım.2021-ci il oktyabr ayında kəskin baş ağrıları, qıc olma olduğu üçün vaxtından əvvəl tərxis olundum. İndi isə iş üçün hara müraciət edirəm bildirirlər ki, biz bu maddə ilə işə götürə bilmərik. Hərbi xidmətə yararsız idimsə niyə apardılar hərbi xidmətə. Mənə isə cavabları o oldu ki, özün istəyib gəlmisən , bilirdinsə səhhətində ciddi problem var gəlməzdin. Yəni bu məsələnin cavabı bumudur? Nə etməli hərbi xidmətdən yayınası deyildim ki. İndi iki diplomla heç bir yerə işə götürmürlər. Heç bir sığorta pulu da ödənilmədi ki, səndə problem əvvəldən olub.

Məlum olmuşdur ki, 2020-ci ilin aprel çağırışına hazırlıqla əlaqədar, Siz Xidmətin Ağcabədi rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış, səhhətiniz ilə əlaqədar Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına, Respublika Neyrocərrahiyyə Xəstəxanasına və Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əlavə tibbi müayinələrə göndərilmisiniz. Müayinələr nəticəsinə əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “hərbi xidmətə yararlıdır” hesab edilmiş, 24.04.2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətə göndərilmisiniz. Siz hərbi xidmət dövründə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin II qrafasının tələblərinə əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilərək, vaxtından əvvəl ehtiyata buraxılmısınız. Xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Ümumi xəstəlikdir”. Əlavə olaraq bildiririk ki, vaxtından əvvəl tərxis olunmağınıza səbəb “Ümumi xəstəlikdir” (şəhadətləndirilən şəxsdə xəstəlik onun hərbi xidmətə çağırılmasına qədər yaranmışdır) olduğundan, Sizə sığorta ödənişinin verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.        
Firudin Soruşur Yazılma Tarixi:19.07.2023 19:45:51

Gözümlə əlaqədar olaraq, bakıdan yoxlanışdan keçdim. Yoxlanış cavabları haqqında məlumat almaq istəyirəm. 01.07.2023 tarixində komisarlıq tərəfindən çağırıldım, lakin gözümlə əlaqədar olaraq, adım siyahıda yox idi.

Müəyyən edilmişdir ki, Siz 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Lənkəran rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və səhhətiniz ilə əlaqədar Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əlavə tibbi müayinəyə göndərilmisiniz. Müayinə nəticələrinə əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Barənizdə qəbul edilən qərarın “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına uyğunluğu yoxlanıldıqdan sonra yekun qərar qəbul ediləcəkdir.
Emin Soruşur Yazılma Tarixi:19.07.2023 19:14:15

salam mən bilmək istəyirdim ki səfərbərlikdə isə qəbulla bagli imtahan nə vaxt olacaq?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız barədə sənədləriniz daxil olmuşdur. Növbəti mərhələ ilə bağlı əlavə məlumat veriləcəkdir.  
Nihad Soruşur Yazılma Tarixi:19.07.2023 16:40:17

Salam. Mən Nizami rayon Hərbi Xidmət üzrə Dövlət xidmətinin göstərişinə əsasən komisyalardan keçmişəm. Artıq 2 ildir ki, çəki azlığı ilə əlaqədar olaraq mənə möhlət verilmişdir. Hal-hazırda Subbakalavr kimi universitetə sənəd vermək istəyirəm. Lakin Dövlət İmtahan Mərkəzində Subbakalavr elektron ərizəm təstiq edilməyib. Səbəbi Nizami rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış tərəfindən sənədim təsdiqlənməməsidir. Zəhmət olmasa Subbakalvr elektron ərizəmi təsdiq edə bilərsiniz?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə tərəfimizdən baxılmış və müraciətin xüsusatları barədə Xidmətin Nizami rayon idarəsinə məlumat verilmişdir. Odur ki, Sizin elektron ərizənizin təsdiq olunması məqsədilə tələb olunan hərbi vəzifə ilə bağlı məlumatlarınızın dəqiqləşdirilməsi üçün Xidmətin qeydiyyatda olduğunuz Nizami rayon idarəsinə gəlməyiniz tövsiyə olunur.
Vahid Soruşur Yazılma Tarixi:19.07.2023 16:19:03

Salam mənə çağırışla bağlı sms nə vaxt gələcək? Və indi gəlməməyinin səbəbi nədir?

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Ağcabədi rayon şöbəsində tibbi şəhadətləndirilmiş, öyrənilmiş və sağlamlıq vəziyyətinizlə əlaqədar zərurət yarandığı üçün 20 iyun 2023-cü il tarixli göndərişlə Respublika Kliniki Xəstəxanasına tibbi müayinəyə göndərilmisiniz. Tibbi müayinənin nəticələri qeydiyyatda olduğunuz struktur bölməyə daxil olduqdan sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli struktur bölmələrində həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. Rayon (şəhər) çağırış komissiyaları tərəfindən əlavə tibbi müayinəyə göndərilən çağırışçılarla bağlı qərarlar onların müayinə nəticələri məlum olduqdan sonra qəbul edilir.  
Mürsəl Soruşur Yazılma Tarixi:19.07.2023 12:40:28

Salam herbi komisiyanin menim barede cixartdigi qerari bilmek isterdim xahiş edirem cavablandirin Apşeron qeydiyatindayam Babayev Mürsəl Mehman oglu 06 06 2005 teveludluyem

Müəyyən edilmişdir ki, 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Siz Xidmətin Abşeron rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və səhhətiniz ilə əlaqədar Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticələrinə əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Barənizdə qəbul edilən qərarın “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına uyğunluğu yoxlanıldıqdan sonra yekun qərar qəbul ediləcəkdir.
Ömər Soruşur Yazılma Tarixi:19.07.2023 12:38:49

Salam. 2 aydır sual yazıram heç biri cavablandırılmır.

Hörmətli Ömər müəllim,
Müəyyən olmuşdur ki, 2023-cü ilin iyul çağırışına cəlb edilərək qeydiyyatda olduğunuz Xidmətin Xətai rayon idarəsinin çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq Sabunçu Tibb Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə uyğun “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın səhiyyə müəssisəsinin tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na uyğunluğu yoxlanıldıqdan sonra Siz hərbi biletlə təmin olunacaqsınız.  
İbrahim Soruşur Yazılma Tarixi:19.07.2023 12:13:00

Salam zəhmət olmasa cavablandırın. Mənim analizlərimiz cavablari necə oldu? Hərbi xidmətə yararliyam ya yox?

Müəyyən edilmişdir ki, Siz 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Bakı şəhəri Nəsimi rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış, səhhətiniz ilə əlaqədar Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə və Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına əlavə tibbi müayinələrə göndərilmisiniz. Müayinə nəticələrinə əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Barənizdə qəbul edilən qərarın “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına uyğunluğu yoxlanıldıqdan sonra yekun qərar qəbul ediləcəkdir.
Cədvəldə sətir sayı :14897