Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Murad Soruşur Yazılma Tarixi:17.07.2023 22:59:03

Salam,çox xahiş edirem ki sualima cavab yazasiniz mende anadan geleme ürək qüsuru Aortal qapaq çatişmazliği 1ci derece xesteliyi var,bilmek isteyirem ki herbi xidmete yararliyam ya yox.önceden teşekkür edirem.

Müəyyən edilmişdir ki, 2023-cü ilin yanvar çağırışı zamanı Siz qeydiyyatda olduğunuz Xidmətin Yardımlı rayon bölməsinin çağırış komissiyası tərəfindən tibbi müayinələrdən (qanın, sidiyin ümumi analizləri, EKQ, USM və döş qəfəsi orqanlarının flüoroqrafik müayinələri) keçirilmiş və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun “hərbi xidmətə yararlıdır” hesab edilmiş və 26.07.2023-cü il tarixdə təyin olunduğunuz Müdafiə Nazirliyinin hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətə göndərilmisiniz. 30.01.2023-cü il tarixdə səhhətiniz ilə bağlı hərbi hissədən geri qaytarıldıqdan sonra Xidmətin Yardımlı rayon bölməsinin çağırış komissiyası tərəfindən Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna və Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə müayinələrə göndərilmisiniz. Lakin Siz səhhətiniz ilə bağlı göndərildiyiniz dövlət səhiyyə müəssisələrindən bu günə qədər müayinələrdən keçməmisiniz. Sizin müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə qərar qəbul edilməsi üçün qeyd edilən səhiyyə müəssisələrində müayinələrdən keçməyiniz vacibdir. Səhiyyə müəssisələrinin tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ları Xidmətin Yardımlı rayon bölməsinə daxil olduqdan sonra barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun qərar qəbul ediləcəkdir. Əlavə olaraq bildiririk ki, “Anadangəlmə ürək qüsuru: aortal qapaq çatışmazlığı” olan çağırışçılar Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
Mürsəl Soruşur Yazılma Tarixi:17.07.2023 22:51:26

Salam. Mənim göy biletimdə məhdud yararlı yazılıb. Bu nə deməkdir? Mən təhsilim bitdikdən sonra çağrılacak yoxsa sadəcə müharibə dövründə çağırış gələcək?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Sizə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil almağınızla əlaqədar Sumqayıt şəhər çağırış komissiyasının qərarı ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsi ilə 01.07.2024-cü il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. Siz təhsilə görə verilmiş möhlət müddəti bitdikdən sonra ümumi əsaslarla 2024-cü ilin iyul çağırışına cəlb ediləcəksiniz. Bildiririk ki, vətəndaşlar ilkin hərbi qeydiyyata alma komissiyaları tərəfindən tibbi şəhadətləndirildikdən sonra onların barəsində “hərbi xidmətə yararlıdır”, “sıradankənar hərbi xidmətə yararlıdır”, “dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır”, “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” və ya “müalicəyə ehtiyacı var” qərarlarından biri qəbul edilir. Əlavə olaraq bildiririk ki, 18 yaşı tamam olmuş vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılarkən rayon (şəhər) çağırış komissiyaları tərəfindən yenidən tibbi şəhadətləndirilir, öyrənilir və hərbi xidmətə yararlı olub-olmaması məsələsi çağırış komissiyalarının qərarı ilə həll edilir.  
EMİL Soruşur Yazılma Tarixi:17.07.2023 21:15:19

Salam mən həbi xidmətə yarsız am 3 il kecir ama mən isdiyirəm hərbi xidmətə getmək isdyirəm onda bilməy isdyirəm hərbi bilet hərbi xidmətə yarlı olcaq düz dümü. Zəhmət olmasa mənə məlumat verərdiniz?

Müəyyən edilmişdir ki, 2019-cu ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Siz Xidmətin Lerik rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və səhhətiniz ilə əlaqədar Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticələrinə əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” hesab edilmisiniz. Nəzərinizə çatdırırıq ki, Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” hesab edilən vətəndaşların təkrar tibbi müayinədən keçirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.  
Nicat Soruşur Yazılma Tarixi:17.07.2023 19:45:46

Birdə vaenkomat mənə maksimum neçə defe müvəqqəti möhlət vermək ixtiyarı var? Zəhmət olmasa məlumat verərsiniz

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən, sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər.
Nicat Soruşur Yazılma Tarixi:17.07.2023 19:42:33

Salam.6ay möhlət verilib.Bəs niyə mən arayış isteyirem möhlətlə bağlı verilmir?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Siz barənizdə Sabunçu rayon çağırış komissiyası tərəfindən qəbul olunmuş qərara 2023-cü ilin iyul çağırışı müddətində müvafiq qaydada baxıldıqdan sonra həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsini nəzərdə tutan müvafiq arayışla təmin oluna bilərsiniz. Odur ki, Sizin sağlamlıq vəziyyətinizlə əlaqədar barənizdə təsdiq olunmuş qərarla tanış olmağınız üçün Xidmətin qeydiyyatda olduğunuz Sabunçu rayon idarəsi ilə əlaqə saxlamağınız tövsiyə olunur.  
Ömər Soruşur Yazılma Tarixi:17.07.2023 19:04:37

Salam. Yararlıyam yoxsa yararsız?

Hörmətli Ömər müəllim,
Müəyyən olmuşdur ki, 2023-cü ilin iyul çağırışına cəlb edilərək qeydiyyatda olduğunuz Xidmətin Xətai rayon idarəsinin çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq Sabunçu Tibb Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə uyğun “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın səhiyyə müəssisəsinin tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na uyğunluğu yoxlanıldıqdan sonra Siz hərbi biletlə təmin olunacaqsınız.  
Nəbi Soruşur Yazılma Tarixi:17.07.2023 17:46:29

Salam hərbidə MAXE kimi qalıb işləmək üçün boy neçə olmalıdı və nə etməlisən?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 №-li qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.1-ci bəndinə əsasən, müvafiq dövlət orqanlarında həqiqi hərbi xidmətə fərdi qaydada könüllü daxil olmaq istəyən həqiqi hərbi xidmət hərbi qulluqçularının, hərbi vəzifəlilərin və hərbi qeydiyyatda olmayan qadınların, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin seçilməsini, sənədlərin toplanılmasını və şəxsi işlərin tərtib edilməsini həmin dövlət orqanlarının kadr aparatları həyata keçirirlər. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçmək istədiyiniz qoşun növü üzrə aidiyyəti nazirliyə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməyiniz tövsiyə olunur.  
Nüsrət Soruşur Yazılma Tarixi:17.07.2023 14:58:25

Salam.Mən SHXÇDX necə onlinə şəkildə məktub,yaxud ərizə ünvanlaya bilərəm? 10 gündü Nazirliyə məktub göndərmişəm Nə bildiriş gəlib nə də məktubun cavabi.Xaiş edirəm müraciətimə baxardiniz.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbulla əlaqədar özünüz haqqında ətraflı məlumat verməklə, ərizə ilə müraciət etməyiniz tövsiyə olunur.
İbrahim Soruşur Yazılma Tarixi:17.07.2023 13:09:49

Salam Mənim müayyinəlerimin cavablari necə oldu?

Müəyyən edilmişdir ki, Siz 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Bakı şəhəri Nəsimi rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış, səhhətiniz ilə əlaqədar Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə və Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına əlavə tibbi müayinələrə göndərilmisiniz. Müayinə nəticələrinə əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Barənizdə qəbul edilən qərarın “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına uyğunluğu yoxlanıldıqdan sonra yekun qərar qəbul ediləcəkdir.
Vüsal Soruşur Yazılma Tarixi:17.07.2023 11:46:57

Salam iyul prizvlerinin 2hisse hara dusduyu sms ne vaxt gelecek xais edirem cavablandirasiz tesekur edirem

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsi tərəfindən 2023-cü ilin iyul çağırışına cəlb olunmuş Məmmədov Vüsal Abbas oğlu çağırışçıların hərbi hissələr üzrə bölgüsü əsasında müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Ordusuna təyin olunmuşdur
Cədvəldə sətir sayı :14897