Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elnur Soruşur Yazılma Tarixi:05.07.2020 15:30:21

Yazıb sizdən xahiş edirəm ki mənə cavab gəlmir yoxlanışdan 1 ildi keçmişəm xahiş edirəm araşdırın

Bildiririk ki, Sizin şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim edilməniz nəzərdə tutulmuşdur. Şəhadətləndirilmənin nəticəsinə müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
Emil Soruşur Yazılma Tarixi:05.07.2020 02:36:33

Her bir vetandasin borcudur muqqeddes vetene xidmet etmek ve menimde borcumdur amma men xesdeyem urek damar qan teziqi nevruluji xesde ve sudurqam var meni lenkaran rayun herbi komisyasindan meni sehv yoxluyara 02 07 2020 herbi xidmete getmeyim haqda bildiris verilmisdir mene mesaj gelmisdir dsx dusmusem 07 07 2020 herbi xidmete yola dusmeliyem men prezdente zakir hesenova sikayet erizesi gondermisem sizden xais edirem meni obyektiv ve etrafli yeniden herbi komisyasindan kecmeyime aid tapsiriq verersiz ve meni 06 07 2020 tarixinde cavablandirmanizi sizden cox xais edirem

Məlum olmuşdur ki, 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar, Siz Xidmətin Lənkəran rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və nəticədə rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilmisiniz.
Tural Soruşur Yazılma Tarixi:04.07.2020 23:19:10

Salam. Mənə çağırış iyulun 20 ə gəlib ama hələdə hansi hərbi hissəyə təyin olunduğum bilinmir. Mən bilmək isdiyirəm ki mən bu ay hərbi xidmətə gedəcəmə ya yox?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Alp Soruşur Yazılma Tarixi:04.07.2020 17:40:36

Vaxtınız xeyir Səfərbərlik və hərbi xidmətə çağırış dövlət xidməti əməkdaşı, Mənim bir məsələ ilə bağlı sualım var idi. Deməli, mən 2018ci ilin avqust ayında sülh dövrü üçün yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edildim ( 18B maddəsinə əsasən). Növbəti yoxlanış 2021ci il iyul ayının 14u qeyd edilib biletdə. Sadəcə bilmək istəyirəm ki, göstərilən tarixdən ən son nə zamana qədər ölkədən çıxışa icazə verilir? Vaynkomata xəbər verməyə ehtiyac qalmadan yəni. Yoxsa ümumilikdə belə bir qadağa qoyulmur, lakin göstərilən tarixdə vaynkomata getmək şərtilə? Əgər qadağa qoyulursa, göstərilən tarixdən öncə (14 iyuldan öncə yəni) ölkəyə qayıtmaq şərtilə qısa müddətli ( 2-3 həftə müddətinə, iyun ayı ərzində məsələn) ölkədən müvəqqəti çıxış üçün icazəni vaynkomat yaxud başqa bir qurumdan əldə etmək necə mümkündür? Suallarımı mümkün olduğu zaman cavablandırsanız sevinərəm. Sevgi və harmoniya ilə qalmağınız ümidilə. Alp Əliyev

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Hərbi vəzifəlilərin təkrar tibbi şəhadətləndirilməsi vaxtında aparılmalıdır. Hər hansı bir səbəbdən vətəndaşların ölkədən çıxışına məhdudiyyət tətbiq olunmur.
Əli Soruşur Yazılma Tarixi:04.07.2020 17:28:47

Artıq bir neçə gündür ki mən sual yazmışam ancaq hələdə sualıma cavab verilməyib. Mən bir şeyi başa düşə bilmirəm ki, yəni bu qədər çətindir sualıma cavab vermək?

Müraciətiniz qeydə alınıb. Qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyatı üzrə baxıldıqdan sonra sizə məlumat veriləcəkdir.
Akif Soruşur Yazılma Tarixi:04.07.2020 10:19:21

Salam, 1 iyul çağırış vərəqi verilib, lakin xidmət edəcəyim qoşun növü haqqında məlumat əldə edə bilməmişəm. SHXÇDX-nın elektron xidmətlər bölməsindən və 9100-dan aldığım məlumatda qeyd edilir ki, uyğun çağrışçı yoxdur. 2 sualım olaqcaq. 1) Ola bilərmi ki, sonradan xidmət edəcəyim qoşun növü haqqında məlumat yerləşdirilsin? 2) Çağrışçıların xidmət dəcəyi qoşun növü haqqında məlumatların yerləşdirilməsi başa çatıb ya davam edir?

Bildiririk ki, 2020-ci ilin iyul çağırışçıları 29.06.2020-ci il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar. Vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat isə 22-25 iyul tarixindən etibarən sms vasitəsilə veriləcəkdir.
Ayaz Soruşur Yazılma Tarixi:03.07.2020 20:27:25

Salam. Mən iyun ayının 19-u 2020-ci il tarixində Mərkəzi Hərbi Həkim Komissiyasına problemim ilə əlaqədar təqdim olunmuşam. Mənim haqqında verilən qərarın, nəticənin nə olduğunu Sizdən öyrənmək istəyirəm. Çoxsağolun.

Məlum olmuşdur ki, Siz Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.
Mətləb Soruşur Yazılma Tarixi:03.07.2020 09:59:55

Salam məni altı ay hərbiyə gözləmə müdeti veriblər öyrənmək isdiyirdim müdet ne vaxt bitir ?

Müəyyən edilmişdir ki, Sizə rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsinə əsasən hərbi xidmətə müvəqqəti yararsız hesab edilərək 6 ay müddətinə möhlət verilmişdir.         Bildiririk ki, Sizə verilmiş möhlət müddəti bitdikdən sonra Xidmətin qeydiyyatda olduğunuz Gədəbəy rayon şöbəsinin çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələsinə qanunvericiliyin tələblərinə uyğun olaraq təkrar baxılacaqdır.
Asiman Soruşur Yazılma Tarixi:03.07.2020 09:48:56

Salam men bilmek isteyirem bundan sonrada çagris olacag karantin uzadildi ona gora

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, “Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” 11.06.2020-ci il tarixli Sərəncamı verilmişdir. Əlavə olaraq bildiririk ki, hal-hazırda mövcud vəziyyətlə əlaqədar çağırışçıların iyul ayı ərzində xidmət yerlərinə daşınması ilə əlaqədar hər hansı dəyişikliyin olmasına dair normativ hüquqi akt yoxdur.
Tural Soruşur Yazılma Tarixi:02.07.2020 19:55:10

Salam. Men hansı hərbi hissəyə təyin olunduğumu bilmek istəyirəm

Bildiririk ki, 29.06.2020-ci il tarixdə çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün Silahlı Qüvvələr üzrə təyinatları ilə bağlı SMS xidməti vasitəsilə məlumatlandırılmışlar.  Bundan əlavə vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında məlumat 30 iyun tarixdən etibarən Xidmətin rəsmi saytında yerləşdirilmişdir.Çağırışçılar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər. Əks halda qeydiyyatda olduları yerli idarə, şöbə və ya bölməyə müraciət etmələri tövsiyə olunur. Əlavə olaraq bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.  
Cədvəldə sətir sayı :13933