Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
İsmayıl Soruşur Yazılma Tarixi:21.09.2020 17:22:53

Men 7 aydirki ehtiyata buraxilmisam. Aviasiyanin ixtisasli mutexesisiyem. Herbi vezifelilere zeng gelib ama mene yox. Birde yeniden konullu qayitmaq isteyirem hara muraciet edim.

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. Bildiririk ki, könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək istəyən Azərbaycan Respublikasının vətəndaşları Xidmətin www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər (https://exidmet.seferberlik.gov.az/Volunteer/Service). 
Əlavə edirik ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.
MEHRAC Soruşur Yazılma Tarixi:21.09.2020 17:08:15

Salam Mən Vətən Uğrunda Döyüşməkə Hər Zaman Hazıram. Sizdən Xaiş Edirəm ki, Mənim Yaş Məhdudiyyətim Çatmasada Məni Hazırlaşdırıb Ön cəbhəyə Göndərə Bilərsiniz Çünki Qardaşlarımıza Kömək edək.

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. Bildiririk ki, könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək istəyən Azərbaycan Respublikasının vətəndaşları Xidmətin www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər (https://exidmet.seferberlik.gov.az/Volunteer/Service). 
Əlavə edirik ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.
RAMAZAN Soruşur Yazılma Tarixi:21.09.2020 17:07:29

salam men konullu qeydiyatdan kecmisem 1defe zeng geldi gozluyun cagiraciyiq sonra cavab gelmedi xais edirem menide konullu cagirin insallah bu veten ucun olmeye yox veten ucun oldurmeye haziriq insallah tez bir zamanda cagrirarsiz indiden cox sagolun

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. 
Əlavə edirik ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.
Eldəniz Soruşur Yazılma Tarixi:21.09.2020 14:21:37

Mən Polis Akademiyasını leytenant rütbəsi ilə bitirib, 11 il daxili işlər orqanlarında xidmət etmişəm, polis kapitanı rütbəsi ilə xidmətdən xaric olunmuşam, səfərbərliklə bağlı xidmətə çağırıldığım təqdirdə hərbi vəzifənin müəyyən olunması ilə bağlıdır sualım.Qeyd edim ki , hərbi biletimdə bu barədə hər hansı bir qeyd etməyiblər.

Qeyd etdiyiniz məsələ ilə bağlı hərbi biletdə qeydlərin aparılması üçün müvafiq sənədlərinizlə hərbi qeydiyyat üzrə Xidmətin Ağdam rayon şöbəsinə müraciət etməlisiniz.
İradə Soruşur Yazılma Tarixi:21.09.2020 14:20:17

Salam. Mən Gəncə şəhər sakiniyəm. 1955 təvəllüdəm. 2001-ci ildə Nigahım pozulub və bir övladım var. Övladımla bir yaşayıram və özüm isə pensiyanerəm. Bu halda tək övladımın səfərbərliyə çağırılması qanunla nəzərdə tutulurmu? Zəhmət olmasa sualımı cavablandırasınız.

Portala daxil olan müraciətinizə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baxılmışdır. Bildiririk ki, səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət aşağıdakı vətəndaşlara verilir: - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada bron edilmiş şəxslərə; - səhhətinə görə hərbi xidmətə müvəqqəti yararsız hesab olunan şəxslərə 6 ay müddətinədək; - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ayrı-ayrı kateqoriyalı vətəndaşlara.
Nərgiz Soruşur Yazılma Tarixi:21.09.2020 13:43:35

Salam, mən ehtiyatda olan tibb bacısıyam, Ali təhsil ocağında təlim almışam, diplomum var. Könüllü kimi qeydiyyatdan keçmişəm lakin tibb bacısı kimi ayrıca vurğulanmadı. Bunun üçün necə müraciət etməliyəm?

Portala daxil olmuş müraciətinizə cavab olaraq bildiririk ki, hərbi qulluqçular öz hərbi ixtisaslarına uyğun vəzifələrdə xidmət keçirlər.
Novruz Soruşur Yazılma Tarixi:21.09.2020 13:17:47

Mən könüllü olarağ qeydiyyatdan keçmişəm amma mənə heç bir çağırış gəlmir, amma ki qeydiyyatdan keçmiyənlər belə çağırılıb xaiş edirəm mənə məlumat verərdiz könüllü olarağ qeydiyyatdan keçənlər nə vaxt cəlb olunacağ

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. 
Əlavə edirik ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.
Ramil Soruşur Yazılma Tarixi:21.09.2020 13:00:46

Mən Daşdəmirov Ramil hərbi də ola bilməmişəm amma indi o problemlərmi yoluna qoya bilmişəm. Səfərbərlikdən yaralana bilərəm? Vətənə borcumu ödəyə bilərəm??

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. Bildiririk ki, könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək istəyən Azərbaycan Respublikasının vətəndaşları Xidmətin www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər (https://exidmet.seferberlik.gov.az/Volunteer/Service).         Əlavə edirik ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.
Zaur Soruşur Yazılma Tarixi:21.09.2020 12:12:26

Salam, sabahınız xeyir. Sizin xidmətdən gələn zəngdən sonra səbirsizliklə gözlədiyim zəng olunub bir çox insanlara heç gözləmədikləri halda. Bəs mən hər an gözlədiyim zəng nə üçün mənə gəlmədi və bu günki caqrilib aparilanlar arasında mən niyə olmadım? Bu sualima kim cavab verər?

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. Bildiririk ki, könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək istəyən Azərbaycan Respublikasının vətəndaşları Xidmətin www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər (https://exidmet.seferberlik.gov.az/Volunteer/Service). Əlavə edirik ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.
İlqar Soruşur Yazılma Tarixi:21.09.2020 11:46:23

SALAM . mən hərbi xidmətdə olmuşam 2013-2015 illərində məni niyə əsgərliyə yenidən şağırmırlar, təəcili olaraq çağırmağınızı xahiş edirəm. könüllü.. neçə dəfə sərbərlik olub bizdə hamıya mesaj gəlib mənnən başqa. belə şey olmaz. 055-620-14-40

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. Bildiririk ki, könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək istəyən Azərbaycan Respublikasının vətəndaşları Xidmətin www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər (https://exidmet.seferberlik.gov.az/Volunteer/Service).
Əlavə edirik ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.
Cədvəldə sətir sayı :13933