Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Musa Soruşur Yazılma Tarixi:29.09.2013 10:23:18

Salam men harda herbi xidmet etmeyim haqqinda melumat elde etmek isteyirem ama olmur.Oktyabrin 1 esger gedirem.

Özünüz haqqında məlumatları dəqiq, azərbaycan dilində Xidmətin saytının “Hərbi xidmət” bölümünün müvafiq xanalarına daxil edərək cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
rustem Soruşur Yazılma Tarixi:29.09.2013 10:08:35

salam men bessaliyev rustem c.Naxcivanskiye qebul olmaq isdeyirem mene komek edin ki men bilim de nece girmek olar ora

Qeyd etdiyiniz məsələ ilə bağlı C. Naxçıvanski adına hərbi litseyə müraciət etməyiniz tövsiyə olunur.
BABEƏK Soruşur Yazılma Tarixi:29.09.2013 09:37:43

SALAM MEN BURDA OZUM HAQQINDA MELUMAT YAZIRAM TAPILMIR XAIW EDIREM MENE KOMEKLIK EDESIZ.

Özünüz haqqında məlumatları dəqiq, azərbaycan dilində Xidmətin saytının “Hərbi xidmət” bölümünün müvafiq xanalarına daxil edərək cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Elnur Soruşur Yazılma Tarixi:29.09.2013 09:27:17

menim belimde problem var mualice aliram skalyozam buna baxmayaraq herbi xitmete cagirirlar

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcəksiniz, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
mehemmed Soruşur Yazılma Tarixi:29.09.2013 08:10:33

oktyabrda vaxti biten esgerlerin buraxilma vaxti ne vaxtdi?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək, qanunla müəyyən edilmiş xidmət meddətlərini başa vurmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları hərbi xidmətdən ehtiyata buraxılırlar.
Tural Soruşur Yazılma Tarixi:29.09.2013 08:00:09

men Alıtesıllı cagrıwcıyam.men nıkadr leytınant ola bılerem?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək, qanunla müəyyən edilmiş xidmət meddətlərini başa vurmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları hərbi xidmətdən ehtiyata buraxılırlar.
Kenan Soruşur Yazılma Tarixi:29.09.2013 06:57:38

salam men ibrahimov kenan mene oktyabrin 2ne herbi cagiris bileti gelib ve mende hara dusduyumu oyrenmek isteyirem eyer mumkundurse??

Özünüz haqqında məlumatları dəqiq, azərbaycan dilində Xidmətin saytının “Hərbi xidmət” bölümünün müvafiq xanalarına daxil edərək cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Memmedhuseyn Soruşur Yazılma Tarixi:28.09.2013 20:56:44

Huseynov Memmedhuseyn Ilqar oglu Yevlax sheherinde qeydiyatdayam hansi herbi hissee qulluq edeceyimi bilmek istedim?Evvelceden coxsag olun!

Özünüz haqqında məlumatları dəqiq, azərbaycan dilində Xidmətin saytının “Hərbi xidmət” bölümünün müvafiq xanalarına daxil edərək cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Xeyal Soruşur Yazılma Tarixi:28.09.2013 18:40:00

harada qulluq edeceyimi oyrene bileremmi??

Özünüz haqqında məlumatları dəqiq, azərbaycan dilində Xidmətin saytının “Hərbi xidmət” bölümünün müvafiq xanalarına daxil edərək cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
xeyal Soruşur Yazılma Tarixi:28.09.2013 17:47:55

Salam.men herbi xidmeti ehtiyatda olan zabit kimi cekmek isteyirem.bu oktyabr cagirisinda mumkundu??fakultem Huquqdu

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Cədvəldə sətir sayı :14891