Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Əbülqasim Soruşur Yazılma Tarixi:12.09.2013 05:53:03

Oktyabrda herbi xidmete gedirem ali tehsili oldugum ucun herbi xidmete zabit kimi getmək istəyirəm lakin meni yaşadigim yer uzre herbi çagırış idarəsi zabit kimi düşdüyum herbi hisseden erize ile gede bileceyimi deyir ama hemise bu voyenkamatin ozunde olurdu vetendas bir basa kursant kimi gedirdi.zehmet olmasa meseleye aydinliq getirin

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən yalnış həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Turan Soruşur Yazılma Tarixi:12.09.2013 05:42:28

Salam Men ali tehsilliyem ve kickboxla mesqul oluram, derecem var. Bilmek isteyirem herbide mesqimi davam etdire bilerem ve ya, yarişlara çıxa bileremmi?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur.
Heyder Quliyev Soruşur Yazılma Tarixi:12.09.2013 03:30:59

Salam men Oktyabrin 2 si herbi xidmete caqirilmiwam hara duwduymu ne vaxt hardan ve nece orgene bilerem ???

Siz təyin olunduğunuz hərbi hissə haqqında məlumatı 30 sentyabr 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündən əldə edə biləcəksiniz.
terife Soruşur Yazılma Tarixi:11.09.2013 16:51:05

Salam!Hormetli Qeneralimizin Lenkerana seferi hansi tarixde qezlenilir Tesekkur edirem

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidməti rəisinin Respublikanın cənub bölgəsi üzrə vətəndaşların qəbulu 08 iyun 2013-cü il tarixdə Xidmətin Lənkəran rayon şöbəsində keçirilmişdir.
kamran Soruşur Yazılma Tarixi:11.09.2013 16:48:54

men kamran ahmedzade 1992 tarixinde astara weherinde anadan olmuwam oktyabir 2 si herbi xidmete cagiriw gelib harda xidmet edeceyimi bilmey isteyirem

Siz təyin olunduğunuz hərbi hissə haqqında məlumatı 30 sentyabr 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündən əldə edə biləcəksiniz.
Əsəd Soruşur Yazılma Tarixi:11.09.2013 16:46:24

salam.men sentyabrin 16si magistratura pilləsində təhsil almağa başlayacam.oktyabrda hərbi xidmətə cağırılmışam.menim derse getdiyim 15-20 gun nece olacaq.ehtiyata buraxildiqdan sonra dersi dayandırdiğım günden davam etdirəcəm yoxsa 1 il sonra sentyabr ayında yeniden derse gedecem.əvvəcədən təşəkkür

Qeyd etdiyiniz məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Sakina Soruşur Yazılma Tarixi:11.09.2013 16:19:33

Oktyabr təxrisini sərəncamı imzalanıb?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul vı oktyabr aylarının 1-dən 30-dək vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar və qanunla müəyyən olunmuş xidmət müddətləri başa çatmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılırlar.
Faiq Soruşur Yazılma Tarixi:11.09.2013 15:05:53

Salam aleykum.Magistraturaya qebul olunub,esger geden wexslercun normal muddetden az(6 ay)qulluq etmeleri haqqinda qanun var?

Qeyd etdiyiniz məsələ ilə bağlı "Hərbi vəzifə və hərbi xidmət" haqqında Azərbaycan Respublikası Qanununda heç bir müddəa nəzərdə tutulmamışdır.
Nicat Soruşur Yazılma Tarixi:11.09.2013 06:05:34

Salam..menim belimde 4mm-lik qrija var..meni hec bir xestexanaya gondermeden esgerliye yararli oldugumu deyirler..men heqiqeten bu problemnen esgerliye getmeliyem?

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında təkrar tibbi baxışdan keçiriləcəksiniz, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
araz Soruşur Yazılma Tarixi:10.09.2013 10:29:34

salam bilmek isdeyirem ki bu ayin necesinde cagris vereqesi verileceh tessekur edirem

Xidmətin yerli idarə, şöbə və bölmələrində 2013-cü ilin oktyabr çağırışına hazırlıq avqust və sentyabr aylarında aparılır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 20 sentyabr 2013-cü il tarixə kimi başa çatdırılır. Qeyd etdiiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14804