Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
SERXAN Soruşur Yazılma Tarixi:23.09.2013 10:35:06

men okduyabirin ucu gedirem esgere men bilmek isdiyirem ayin necesi bilecemki men hara dusmusem tesekuler

Siz, təyin olunduğunuz hərbi hissə haqqında məlumatları 30 sentyabr tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündən əldə edə biləcəksiniz.
Samir Soruşur Yazılma Tarixi:23.09.2013 10:24:49

salam adim Samir heyderli 1990 ci il tevelludluyem ve ali tehsilli oldugum ucun oktyabrda herbi xidmetimi yerine yetirmek ucun esgerliye gedecem. sizden xaisim menim hansi herbi hissede qulluq edeceyimle bagli melumati nevaxt elde edeceyimi deyesiniz

Siz, təyin olunduğunuz hərbi hissə haqqında məlumatları 30 sentyabr tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündən əldə edə biləcəksiniz.
Iftixar Soruşur Yazılma Tarixi:23.09.2013 09:12:57

Salam Mən Kərimov İftixar Rafiq oğlu 14.01.1991 ci ildə Bakı şəhərində anadan olmuşam.2008 ci ildə Alı məktəbə daxil olmuşam və 2012 ci il iyul ayında Ali məktəbi başa vurmuşam və Magistratura pilləsinə daxil olmuşam .2012 ci ilin iyul ayında Binəqədi rayonu Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidməti tərəfindən xidmətə çağrılmışam komissiya zamanı yoxlanışda bədən çəki 43.5 kiloqram olduğu üçün 4 saylı şəhər klinik xəstəxanasına müayinə üçün göndəriş verilib.Xəstəxanadan müayinədən keçdikdən sonra müayinənin nəticələrini xidmətə təqdim edəndə mənə 6 ay müddətinə hərbi xidmətdən möhlət hüququ verildi .6 ay keşdikdən sonra yenidən xidmətə çağrıldım bədən çəkimdə yenidən dəyişiklik olmadığı üçün 4 saylı xəstəxanada müayinədən keçdim.Müayinə nəticələri xidmətə təqdim etdim və yenidən mənə 6 ay müddətinə möhlət hüququ verildi.Möhlət hüququnun bitdiyinə görə 2013 cü ilin iyun ayında yenidən məni Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinə çağırdılar və bədən çəkimdə yenidən dəyişiklik olmadığı üçün (43.5 kq) 1 ay sonra gəlməyimi dedilər 1 ay sonra çağırmadılar 2013 cü il sentyabr ayının 5 i məni xidmətə dəvət etdilər yenidən bədən çəkimdə dəyişiklik olmadığı üçün (42.5 kq boy 163 sm ) 4nömrəli şəhər xəstəxanasına göndəriş verdilər müayinə nəticələrini 10.09.2013 tarixində xitmətə təqdim etdim v dəyişiklik olmayıb.Mən bilmək istəyirəm ki Səfərbərlik və Hərbi xidmətə çağırış idarəsi mənə Nazilər kabinetinin 29 Fevral 2008 ci il 59 N li qərarının 87 ci maddəsinin a bəndi tətbiq olunmalıdır??\n\nBədən çəkisi 45 kq-dan az və (və ya) boyu 148 sm-dən az olan, «Xəstəliklər cədvəli»nin I qrafası üzrə şəhadətləndirilənlər endokrinoloq tərəfindən müayinə edilməlidirlər. Bu şəxslər «b» bəndinə əsasən 12 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Fiziki inkişaf çatışmazlığı saxlandıqda, şəhadətləndirilmə «a» bəndi üzrə keçirilir.

F. Əfəndiyev adına 4 saylı Şəhər Klinik Xəstəxanasında müayinə nəticəsində təqdim olunmuş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda göstərilən diaqnoza müvafiq olaraq barənizdə 2013-cü ilin oktyabr çağırışı zamanı Binəqədi rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq oedilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13c maddəsinin 1 qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararasız, müharibə dövründə məhdud yararlı” qərarı qəbul olunacaqdır.
Abdulla Soruşur Yazılma Tarixi:23.09.2013 09:05:55

Men isle bagli size muraciet ede bilerem?

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla əlaqədar barənizdə ətraflı məlumat verilməklə ərizə ilə müraciət etməyiniz tövsiyə olunur.
Fərhad Soruşur Yazılma Tarixi:23.09.2013 08:39:43

Salam. Xahiş edirəm sualımı cavablandırasınız. Aşağıdakı hallardan hansında çağırışçıya həqiqi hərbi xidmətdən möhlət hüququ verilir və ya hərbi xidmətdən azad olunur.\n1)ailəli və iki övladının olması;\n2)ailənin tək oğlan övladı olması;\n3) psoriaz xəstəliyindən əziyyət çəkmək;

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununda iki övladı olan və ailənin tək övladı olançağırışçılara hərbi xidmətə çağırışdan möhlət verilməsi nəzərdə tutulmamışdır. Qeyd etdiyiniz xəstəliklə bağlı müvafiq səhiyyə müəssisəsində tibbi müayinə olunduqdan sonra rayon çağırış komissiyasında barənizdə qərar qəbul ediləcəkdir.
Elçin Rzayev Sevindik oğlu Soruşur Yazılma Tarixi:23.09.2013 07:46:15

Bilmək istəyirik Laçın rayonundan Həqiq Hərbi xidmətə çağırılmış 01 iyun 1995-ci il təvəllüdlü Rzayev Cahid Cantik oğlu hansı bölgədə və hansı hərbi xidmətdə qulluq edəcək. Xahiş edirəm cavablandırın.

Rzayev Cahid Cantik oğlunun təyin olunduğu hərbi hissə haqqında məlumatları 30 sentyabr tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündən əldə edə biləcəksiniz.
Zaur Soruşur Yazılma Tarixi:23.09.2013 05:46:22

men oktyabrin 3 esgerliye cagrilmiwam bilmirem hara duwmuwem mene deye bilersiz hara duwmusem.Birde ne vaxt bilecem

Siz, təyin olunduğunuz hərbi hissə haqqında məlumatları 30 sentyabr tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündən əldə edə biləcəksiniz.
Rüfət tağıyev Soruşur Yazılma Tarixi:21.09.2013 08:37:58

Salam. Mən tibb universitetini bu il qutarmışam və ayın 3ü çağırış vərəqəsini mənə veriblər. TTM`ə yazılmaq üçün mən nə etməliyəm. xahiş edirəm mənə kömək edərdiniz.

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Kanan Soruşur Yazılma Tarixi:21.09.2013 07:59:43

Salam men kollecde oxuyuram,bilmek isteyirem kolleci bitirenden sonra men esgerliyde 1 il olacam ya 1 il 6 ay??

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1 maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan bütün çağırışçılar 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər.
nuride Soruşur Yazılma Tarixi:20.09.2013 12:31:44

eger ceki duz olmasa oz raziligiyla gede biler geri qaytarmazlar

Çağırışçıların tibbi şəhadətləndirilməsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən aparılır. Könüllü həqiqi hərbi xidmət qanunvericilikdə nəzərdə tutulmamışdır.
Cədvəldə sətir sayı :14891