Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
orxan Soruşur Yazılma Tarixi:17.09.2013 18:53:52

bilmek isteyirem ki,oktyabr ayinda ehtiyata buraxilan esgerler ucun prezident seckileri ile elaqadar her hansi bir gecikme olacaq yoxsa normal dak i kimi olacaq

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar və qanunla müəyyən olunmuş xidmət müddətləri başa çatmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılırlar.
Vahid Soruşur Yazılma Tarixi:17.09.2013 15:19:17

Men kecen gonderisle herbi xidmete gede bilmedim!! adim gelmedi siyahida.indi tezden men hekim komisyasindan kecmeliyem?

Siz qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmənin çağırış komissiyası tərəfindən tibbi şəhadətləndirildikdən və öyrənildikdən sonra barənizdə qanunvericiliyə müvafiq olaraq qərar qəbul ediləcəkdir.
Anar Soruşur Yazılma Tarixi:17.09.2013 09:47:30

Salam.Men ali tehsilli olaraq herbi xidmeti leytenant kimi basa vurmusam.Ve bu ilin iyul ayi terxis olmusam.Qeyd edim ki orduda maliyye xidmet uzre islemisem.Men is ucun size muraciet ede bileremmi?Muraciet ede bileremse nece muraciet etmeliyem?

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazirliği İdarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir.
Ayten Abdullayeva Soruşur Yazılma Tarixi:16.09.2013 15:34:36

Salam menim qardasimi oktyabrin 2 sinde esger cagiriblar bilmek istiyirem hara dusecek.Birde ki qardasimin onurgasin yarsi yoxdu anadan gelme eledi bilmek istiyirem qardasim esger gede biler.Xahis edirem tez muraciyet edesiniz

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün qardaşınızın soyadını, təvəllüdünü və qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.
Samir Soruşur Yazılma Tarixi:16.09.2013 10:50:12

Salam.Men ehtiyyatda olan zabitem(leytenant).Bilmek isteyirem ki,ehtiyyatda olan zabitler telimlere ne vaxtsa qatilacaq?\nBirde ehtiyyatda olanda ne qeder muddetden bir rutbe artir?Evvelceden tessekkur edirem.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ehtiyatda olan hərbi vəzifəlilərin toplanışlara cəlb olunması nəzərdə tutulmuşdur. Qanunun 47-ci maddəsinə əsasən, toplanışları keçmiş və tədris proqramı üzrə yoxlamaları müvəffəqiyyətlə vermiş hərbi vəzifəlilərə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə müəyyənləşdirilmiş qaydada polkovnik (1-ci dərəcəli kapitan) daxil olmaqla növbəti hərbi rütbələr verilir. Keçiriləcək toplanışların vaxtı və müddəti barədə toplanışlara cəlb olunacaq ehtiyatda olan hərbi vəzifəlilər məlumatlandırılacaqlar.
araz Soruşur Yazılma Tarixi:16.09.2013 10:36:46

salam bilmek isterdim ki,tehsili olmayanlar muddetden artiq herbi xidmet nece il qala biler

Biliririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununda təhsili olmayanların müddətdən artıq hərbi xidmətə qəbul olunması nəzərdə tutulmamışdır.
Vusal Soruşur Yazılma Tarixi:15.09.2013 12:01:01

biz hansi sayitdan oyrene bilerik harda xidmet edeceyimizi?

Siz, təyin olunduğunuz hərbi hissə haqqında məlumatları 30 sentyabr tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündən əldə edə biləcəksiniz.
Natiq Soruşur Yazılma Tarixi:15.09.2013 10:27:19

salam men Oktyabrin 3 herbi xidmete caqrilmiwam hara duwduyum nevaxt biliner ???

Siz, təyin olunduğunuz hərbi hissə haqqında məlumatları 30 sentyabr tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündən əldə edə biləcəksiniz.
Aqil Soruşur Yazılma Tarixi:15.09.2013 08:21:51

salam men hal hazirda serhed qowunlarinda xidmet edirem men 052 sayli herbi hissede kewviyatliq kursuna getmey isdirem orada kursa giriw Milli ordudandir amma men serhed qowunlarinda xidmet edirem men nece ora gede bilerem xaiw edirem komey edin

Bildiririk ki, Sərhəd Qoşunlarında müddətli həqiqi hərbi xidmətinizi başa çatdıraraq hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra, Siz 052 saylı hərbi hissədə kəşfiyatçı kursuna daxil olmağınız üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz.
Elşən Soruşur Yazılma Tarixi:14.09.2013 18:43:10

salam men Mirzeyev Elsen Quba rayonunun qeydiyyatindayam ve orda komissyadan kecdim ve Bakida Milli Qvardiyyada seneddermi istediler ve hekim muainesinden kecdim ve senedderi verdim deye bilersiz menim Milli Qvardiyyaya dusmek ehtimalim boyukdu ya yox?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Cədvəldə sətir sayı :14891