Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
vuqar Soruşur Yazılma Tarixi:09.09.2013 12:06:01

salam.menim qilcam 3 defe bir yerden qirilib axirinci defe 2005 ci ilde qirilibdir hal hazirda hemen qirilan yerim eyri bitiwib.ve sumuk sistatasi xesteliyinden eziyet cekirem .bilmek isteyirem men herbiye yararliyam.

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında təkrar tibbi baxışdan keçiriləcəksiniz, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
ceyhun Soruşur Yazılma Tarixi:09.09.2013 10:44:12

salam men iyul ayinda herbi xidmete cağırılmışdım. lakin daxili qoşunlarda tibbi komissiyadan keçərkən böyrəyimdə hidronefroz olduğu üçün geri göndərdilər. bilmək istərdim ki mən oktyabr ayında yenidən çağırılacam ya yox?

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında təkrar tibbi baxışdan keçiriləcəksiniz, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
Murad Soruşur Yazılma Tarixi:09.09.2013 10:07:03

Salam. Mən iyul ayinda herbi xidmətə cagirilmisdim. Mənim sol ayaqimda problem olduguna gorə mən muddət istədim. Onlar fikrimnən razi olmadigina gorə məni poliknikaya gondərib muayinə istədilər. Ozəldən basga hec bir xestaxanada pulsuz muayinə, yada aparatlar tapmadim. Oz poliknikamin cavabi ele olduki esgerliye gerar cixmis esgeri muayinə edə bilmərik.\nİndi uc aydan sora cagiriblar. Mən necə uzada bilərəm vaxti ayaqim duzəlincə(1-3 il)

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında təkrar tibbi baxışdan keçiriləcəksiniz, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
kamal Soruşur Yazılma Tarixi:09.09.2013 07:47:42

salam menim idmandan derecem var..meni daxili qosunlara duzele bilerem?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında bölünür. Çağırışçıların harada xidmət etməsi məsələsinə yuxarıda göstərilən qurumlarda baxılır.
alim Soruşur Yazılma Tarixi:08.09.2013 22:52:42

bu il universiteti bitirdikden sonra herbi xidmete leytenant olaraq getmek isteyirem bunun ucun hara muraciet etmeliyem?

Sizin müddətli həqiqi hərbi xidmətə leytenant kimi göndərilməniz barədə müraciətinizə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən daxil olan sifarişə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müvafiq göstəriş veriləcəkdir. Yuxarıda göstərilənlərə əsasən Siz, qeydiyyatda olduğunuz idarə, şöbə və bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Eltun Soruşur Yazılma Tarixi:08.09.2013 18:10:55

Salam sualim belədir.mən 25.05.2009-cu tarixdeə ACDİÜAC ALİ Məhkəmənin hökmü ilə ARCM-nin 144.3:62.1 maddəsi ilə 2 (iki)il müddətinə azadliqdan məhrum ədilmiş ondan ötrü ki o Tərbiyə Müəssisəsində "13"08.2009 ildən "18"03.2010 ilədək cəza müddəti çəkib və AZ Prezdenti 17.03.2010-tarixi 811 sayli əfv sərəncamina əsasən azad olunub.Sual:Hal-hazirda menin Herbi Xidmətə çağırılmağım nə dərəcədə Qanunə uyğundur?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan mərhum etmə və ya ömürlük azadlıqdan mərhum etmə növünə cəzaya məhkum olunmuş vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılmırlar.
Kamran Soruşur Yazılma Tarixi:08.09.2013 18:05:21

men hansi herbi xidmetde hara dusduyumu nece oyrenim caxiris oktyabr aynin 2 dir

Siz təyin olunduğunuz hərbi hissə haqqında məlumatı 30 sentyabr 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündən əldə edə biləcəksiniz.
Rövşən Soruşur Yazılma Tarixi:08.09.2013 13:17:05

Salam Sizə 30.08.2013-cü il tarixdə yazdıqlarıma cavab olaraq Siz çavab yazmışdınız ki, "Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasına göndəriş verilməsi üçün hərbi tibbi sənədlərinizlə hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbəsinə və ya bölməsinə) müraciət etməlisiniz" buna baxmayaraq qeyd olunan sənədlərlə birlikdə Laçın rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölməsinə müraciət etdim mənə göndəriş vermirlər, mənim ciddi olan xəstəliklkərimlə bağlı kömək etməyinizi və ya Arzu Rəhimov cənabları ilə görüşməyimə şərait yaradmağınızı xahiş edirəm.

Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinin saytına 8 və 9 sentyabr 2013-cü il tarixlərində daxil olmuş eyniməzmunlu müraciətinizə cavab olaraq bildiririk ki, müraciətinizdə qeyd olunan məsələlər barədə 06.09.2013-cü il tarixdə Sizə ətraflı məlumat verilmişdir.
Elvin Soruşur Yazılma Tarixi:07.09.2013 12:55:03

Salam .bu oktyabrda gedenllerin hara duwub duwmemeyi ayin necesi bilinir?

Oktyabr çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçılar təyin olunduqları hərbi hissə haqqında məlumatı 30 sentyabr 2013-cü il tarixdən etibarən şəxsi məlumatlarını daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündən əldə edə biləcəklər.
Natiq Soruşur Yazılma Tarixi:07.09.2013 12:51:34

Salam .bu oktyabirda gedenlerin hara duwub duwmemeyi ayin necesi biliner?

Oktyabr çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçılar təyin olunduqları hərbi hissə haqqında məlumatı 30 sentyabr 2013-cü il tarixdən etibarən şəxsi məlumatlarını daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündən əldə edə biləcəklər.
Cədvəldə sətir sayı :14891