Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
terife Soruşur Yazılma Tarixi:11.09.2013 16:51:05

Salam!Hormetli Qeneralimizin Lenkerana seferi hansi tarixde qezlenilir Tesekkur edirem

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidməti rəisinin Respublikanın cənub bölgəsi üzrə vətəndaşların qəbulu 08 iyun 2013-cü il tarixdə Xidmətin Lənkəran rayon şöbəsində keçirilmişdir.
kamran Soruşur Yazılma Tarixi:11.09.2013 16:48:54

men kamran ahmedzade 1992 tarixinde astara weherinde anadan olmuwam oktyabir 2 si herbi xidmete cagiriw gelib harda xidmet edeceyimi bilmey isteyirem

Siz təyin olunduğunuz hərbi hissə haqqında məlumatı 30 sentyabr 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündən əldə edə biləcəksiniz.
Əsəd Soruşur Yazılma Tarixi:11.09.2013 16:46:24

salam.men sentyabrin 16si magistratura pilləsində təhsil almağa başlayacam.oktyabrda hərbi xidmətə cağırılmışam.menim derse getdiyim 15-20 gun nece olacaq.ehtiyata buraxildiqdan sonra dersi dayandırdiğım günden davam etdirəcəm yoxsa 1 il sonra sentyabr ayında yeniden derse gedecem.əvvəcədən təşəkkür

Qeyd etdiyiniz məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Sakina Soruşur Yazılma Tarixi:11.09.2013 16:19:33

Oktyabr təxrisini sərəncamı imzalanıb?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul vı oktyabr aylarının 1-dən 30-dək vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar və qanunla müəyyən olunmuş xidmət müddətləri başa çatmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılırlar.
Faiq Soruşur Yazılma Tarixi:11.09.2013 15:05:53

Salam aleykum.Magistraturaya qebul olunub,esger geden wexslercun normal muddetden az(6 ay)qulluq etmeleri haqqinda qanun var?

Qeyd etdiyiniz məsələ ilə bağlı "Hərbi vəzifə və hərbi xidmət" haqqında Azərbaycan Respublikası Qanununda heç bir müddəa nəzərdə tutulmamışdır.
Nicat Soruşur Yazılma Tarixi:11.09.2013 06:05:34

Salam..menim belimde 4mm-lik qrija var..meni hec bir xestexanaya gondermeden esgerliye yararli oldugumu deyirler..men heqiqeten bu problemnen esgerliye getmeliyem?

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında təkrar tibbi baxışdan keçiriləcəksiniz, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
araz Soruşur Yazılma Tarixi:10.09.2013 10:29:34

salam bilmek isdeyirem ki bu ayin necesinde cagris vereqesi verileceh tessekur edirem

Xidmətin yerli idarə, şöbə və bölmələrində 2013-cü ilin oktyabr çağırışına hazırlıq avqust və sentyabr aylarında aparılır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 20 sentyabr 2013-cü il tarixə kimi başa çatdırılır. Qeyd etdiiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
İLKİN Soruşur Yazılma Tarixi:09.09.2013 16:04:32

salam qohumumuz bu il esgerliyüe gedir qeydiyatdan kecirik amma hara dusduyu gorsenmir

Siz? qonşunuzun təyin olunduğu hərbi hissə haqqında məlumatı 30 sentyabr 2013-cü il tarixdən etibarən çağırışçının şəxsi məlumatlarını daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündən əldə edə bilərsiz.
İmran Soruşur Yazılma Tarixi:09.09.2013 14:50:45

Salam.Mən ali təhsilliyəm.Oktyabr ayında hərbi xidmətə çağrılmışam.Hərbi xidmətə Müddətli zabit kimi getmək istiyirəm.Bu barədə sənədlərimi hansı orqana təqdim etməliyəm?

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Nicat Soruşur Yazılma Tarixi:09.09.2013 12:55:30

Salam mənə oktyabr ayinin 1-ne cagiris vereqesi verilib. Bu il men magistratura pilləsinə qəbul olmuşam Universitetdən deyirlər ki dərsə gəlməlisən. Bilmək istiyirəm ki bu nə dərəcədə doğrudu? mən hərbi xidmətə getsəm mənim universitetdəki yerim donduralacaq və qayitdiqdan sonra təhsilimi qayıtdığım ildəcə davam etdirə biləcəm?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir. Bu səbəbdən Sizə hərbi xidmətə çağırışdan ikinci dəfə möhlət verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Siz qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmətinizi başa vurduqdan sonra təhsilinizi davam etdirə bilərsiniz.\nYuxarıda göstərilənlərə əsasən Siz, 2013-cü ilin oktyabr çağırışında qanunvericiliyə müvafiq olaraq ümumi əsasəlarla həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqsınız.
Cədvəldə sətir sayı :14891