Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Vusal Soruşur Yazılma Tarixi:04.09.2013 08:10:17

Oktyabrda texris olan əsgərlər prezident seckilerinde yeni oktyabr ayinin 9-dan sonra ses veribmi texris olacaq yoxsa ayin 1 mi?

Bildiririk ki, hərbi qulluqçuların hərbi xidmətdən ehtiyata buraxılması Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqları tərəfindən həyata keçirilir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin səlayətlərinə hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçuların yaşayış yeri üzrə hərbi qeydiyyata alınması aiddir. Odur ki, qeyd etdiyiniz məsələ ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına meraciət edə bilərsiz.
rafael Soruşur Yazılma Tarixi:03.09.2013 13:23:27

051 hansi rayon?

051 saylı hərbi hissə Bərdə rayonunda yerləşir.
Arif Soruşur Yazılma Tarixi:03.09.2013 12:51:15

Salam.Seferberlik ve Herbi Xidmete Cagiris uzre Dovlet Xidmetinin siralarinda calismaq isterdim hansi senedler teleb olunur? Ali tehsilliyem Herbi xidmetde olmusam hal hazirda issizem.Evvelceden size minnetdarligimi bildirirem

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbul olunmağınızla əlaqədar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət etməyiniz tövsiyyə olunur.
Əhməd Soruşur Yazılma Tarixi:03.09.2013 08:57:53

Salam Menim boyreyimin birinde genislenme var\nMen Heqiqi herbi xidmete gede bilerem yax yox

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcəksiniz, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Aga Soruşur Yazılma Tarixi:03.09.2013 08:56:30

Salam!\nboyum 173 chekim 45,500 kg iki sefe baki seheri Efeendiyev adina 4 sayli xestexanaya gedib gelmisem seferbrlik ve herbi xidmete 3 defe cagiriblar men bilmek isteyirem men herbi xidmete yararliyam?mene deyirler aile veziyyetine gore gede bilmezsen meni 3-cu defe bakiya yoxlamaya aparmalidirlar amma qoymurlar chekime gore men bimek isteyirem men aile evziyyetime gore herbi xidmetden qalmaliyam ya bakiya yoxlamaya gedib gelenden sonra herbi biletiverilmelidir?\n\nAğalarov Boyükağa Mirmahir oğlu\nBilesuvar Səfərbərlik və hərbi xidmətə çağırış idarəsi

Sizin Rayon Mərkəzi Xəstəxanasında müayinənizin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən hərbi xidmətə yararlı olub-olmamağınız barədə qərar qəbul olunacaqdır.
Elşad Soruşur Yazılma Tarixi:03.09.2013 08:52:21

Salam. Mənim Sağ böyrəyimdə 2 ci dərəcəli genişlənmə var..\nOktyabr ayında gedəcəm hərbi xidmətə??\nyəni ümidim varmi gedim???\nVə könüllü Əsgər getmək deyə bir şey varmı??

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcəksiniz, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən qərar qəbul ediləcəkdir.\n Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1 hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Əlavə olaraq bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda könüllü müddətli həqiqi hərbi xidmət nəzərdə tutulmamışdır.
Efsane Soruşur Yazılma Tarixi:03.09.2013 07:09:28

Salam.18 ay müddətinə gedən,Sərhəd qoşunlarında olan əsgər xidmətin 1 ili tamam olanda öz ərizəsi ilə kursdan keçib herbiçi kimi qala bilər?

Bildiririk ki, Dövlət Sərhəd Xidmətində və ya qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətdə olan əsgərlər öz arzusu ilə xidmətdə qalması üçün komanda üzrə raportla müraciət etməlidir.
azer Soruşur Yazılma Tarixi:03.09.2013 06:32:38

salam.Men Azer Gulmemmedli Ilqar ogul 04.08.1995-ci -ilde anadan olmuwam oktyabrda herbi xidmete cagirilmiwam isteyirem herbide gizir qalam nece edim ki herbide gizir qalim

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət etdiyiniz hərbi hissənin komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Damla Soruşur Yazılma Tarixi:01.09.2013 20:40:48

Salam. Menim qohumum iyul ayinda herbi xidmete cagrilib ama hara duwduyunu bilmirik. Onu nece oyrene bilerik?

Sizin qohumunuzun xidmət etdiyi hissə barədə məlumatı qeydiyyatda olduğu idarə, şöbə və ya bölmədən əldə edə bilərsiniz.
Orxan Soruşur Yazılma Tarixi:31.08.2013 13:53:17

Salam.Men Universiteti bu il bitirib Magistra qebul olmuwam.Oktyabrda esger gedecem.Universitet de mohlet vermesi ucun chastdan arayiw istiyir ki mohlet verilsin.Bilmek isterdim ki oktyabrda gedib arayiw alsam problem olmaz?

Siz, ali təhsil müəssisəsini bitirdikdən sonra çağırışdan möhlət hüququnu itirərək, oktyabr çağırışında ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz. Qeydiyyatda olduğunuz yerli idarə, şöbə və bölmə tərəfindən oktyabr çağırışına cəlb edilməniz barədə verilmiş müvafiq sənədi ali təhsil müəssisəsinə təqdim etməlisiniz.
Cədvəldə sətir sayı :14891