Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rövşən Soruşur Yazılma Tarixi:30.08.2013 14:59:12

Mən 17 ildən çox xidmət etmişəm sonra məhkumluqla bağlı təxris olmuşam, hal hazırda xəstəyəm, hospitala getdim polkovnik Qarabekov mənə bildirdi ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətindən göndəriş almalısınız. Sonra şəhadətləndirilə və müayinə müalicə ola bilərsiniz. Bu sənədləri mən necə ala bilərəm.\n\n «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə\n\nAzərbaycan RESPUBLİKASININ Qanunu\n\n \n\n Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:\n\n 1. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə təsdiq edilsin (əlavə olunur).\n 2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.\n\n Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV\n Bakı şəhəri, 3 oktyabr 1997-ci il\n№ 377-IQ\n\n Azərbaycan Respublikasının \n1997-ci il 3 oktyabr tarixli, 377-IQ nömrəli Qanunu ilə \nTƏSDİQ EDİLMİŞDİR\n\n \n\n«Hərbi xidmətkeçmə haqqında»\nƏsasnamə\n\n163. Ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Bu məqsədlə hərbi-həkim komissiyasının müayinəsinə aşağıdakı hərbi qulluqçular öz xahişinə əsasən göndərilməyə bilərlər:\n\nHəqiqi hərbi xidmətdə son yaş həddinə çatmış və xidmət illərinə görə maksimal miqdarda pensiya təminatı hüququ olan şəxslər. ehtiyatda olmağın son yaş həddinə çatmış şəxslər. \n\n Bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndi, 158-ci maddəsinin «b» bəndi ilə buraxılmaya təqdim olunanlar, habelə ehtiyatdan çağırılan və 156-cı maddəsinin «q» bəndi ilə buraxılmaya təqdim olunanlar adətən hərbi-həkim komissiyasının müayinəsinə göndərilmirlər.\n\n Hərbi qulluqçunun hərbi xidmətə, habelə suüstü gəmilərdə və xüsusi qurğularda xidmətə yararlılıq səviyyəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibbi müayinə haqqında Əsasnaməyə uyğun, uçuş işlərinə yararlılıq səviyyəsi Azərbaycan Respublikası Silahlı Qüvvələri aviasiyasının uçuş heyətinin tibbi müayinəsi haqqında Əsasnaməyə uyğun həyata keçirilir.

Bildiririk ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasına göndəriş verilməsi üçün hərbi tibbi sənədlərinizlə hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbəsinə və ya bölməsinə) müraciət etməlisiniz.
samir Soruşur Yazılma Tarixi:30.08.2013 13:37:34

salam,men bilmek isteyirem ki, avqusda ayinda anadan olmus vetendaslara herbi caqrilis vesiqesi gelib ama, men ozum iyul ayinin 17-07-1995 tarixinde anadan olmusam ama mene caqrilis vesiqesi gelmeyib

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz idarə, şöbə və bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Sahil Mustafayev Soruşur Yazılma Tarixi:30.08.2013 13:32:15

salam men ehtiyatda olan zabitem.iwe qebulla bagli Dövlet Seferberlik xidmetine erizeile muraciet etdim.cavab geldi,meni cagirdilar,anket doldurdum,dediler cagiracagiq,artiq 2 aydir ama xeber yoxdur,xaiw edirem,deyeydiz,men ne vaxt cagrlacam

Bildiririk ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduğundan onların Xidmətin Aparatına söhbətə dəvət olunmaları növbəli qaydada həyata keçirildiyi üçün, Sizə bu barədə əlavə məlumat veriləcəkdir.
Aytekin Soruşur Yazılma Tarixi:30.08.2013 12:36:33

Salam men oyrenmek isteyerdim ki, oktyabrda gelen esgerlerin emri ne vaxt verilir?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək, qanunla müəyyən edilmiş xidmət müddətlərini başa vurmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları hərbi xidmətdən ehtiyata buraxılırlar.
Səid Soruşur Yazılma Tarixi:30.08.2013 09:48:32

Salam mənim ürəyimde 1-ci dereceli blokada var mən hərbi xidmətə yararlıyam?

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Nazim Rüstəmov Soruşur Yazılma Tarixi:28.08.2013 12:13:28

Mənim anam atam vəfat etdikdən sonra onun pensiyasının 35%-nı alir(atam hərbi komissarlığında xidmət edirdi). İndi 10% pensiyası qaxmadı,dedilərki siz indi pensiyanı S və HXÇ xidmətindən alırsınız,onlarında vəzifə maaşları qalxmayıb. Belədirsə bəs niyə pensiya indiki Sizdə olan vəzifə maaşından hesablanmır?

Bildiririk ki, keçmiş Azərbaycan Respublikası Hərbi Komissarlığından Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, əmək pensiyası alan hərbi qulluqçuların əmək pensiyalarının təsdiq olunmuş yeni ştat vahidlərinə müvafiq vəzifə maaşlarına uyğunlaşdırılaraq hesablanması barədə mövcud qanunvericiliyə uyğun olaraq həll edilməsi üçün, aidiyyəti orqanlara müraciət olunmuşdur.
araz Soruşur Yazılma Tarixi:28.08.2013 10:14:26

salam bilmek isdeyirem ki bu ayin axri herbi komissiya kecmeye cagiracahlar yoxsa sentyabr ayinda cagiris olacaq?ve hansi tarixde olacaq tesekkur ederim

Bildiririk ki, 2013-cü ilin oktyabr çağırışına hazırlıq işlərinə avqust ayından etibarən başlanılmışdır.
Murad Soruşur Yazılma Tarixi:27.08.2013 17:21:31

salam,men iyul ayinda herbi xidmete getmeliydim lakin ayagimdan zede aldigima gore vaxtimi oktyabra kecirdiler,bilmek isterdim menim herbi xidmetde olacagim qoshun novu deyiwecekmi?

Siz qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmənin çağırış komissiyası tərəfindən tibbi şəhadətləndirildikdən və öyrənildikdən sonra barənizdə qanunvericiliyə müvafiq olaraq qərar qəbul ediləcəkdir.
Aytekin Soruşur Yazılma Tarixi:27.08.2013 14:43:46

oktyabr prizivleri ucun prikaz ne vaxt cixir?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək, qanunla müəyyən edilmiş xidmət müddətlərini başa vurmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları hərbi xidmətdən ehtiyata buraxılırlar.
Mənsur Soruşur Yazılma Tarixi:27.08.2013 11:58:15

15.06.1995-ci il təvəllüdlüyəm.Bu ilin iyul ayında çağırış vərəqəsi göndərilsə də məni hərbi xidmətə aparmadılar. Hazırda Dagıstanda özəl institutun əyani şöbəsinə daxil olmuşam. Bilmək istəyirəm,institut qurtarana kimi hərbi xidmətdən möhlətliyəm, ya yox. Cox sağ olun.

Qeyd etdiyiniz məsələ ilə bağlı bildiririk ki, Siz, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququna malik deyilsiniz və 2013-cü ilin oktyabr çağırışında qanunvericiliyə müvafiq olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Cədvəldə sətir sayı :14897