Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Samir Soruşur Yazılma Tarixi:08.08.2013 14:25:08

salam men bilmek isteyirem ki,meni bu atpravka gedib gedmeyeceyimi sorusmaq isteyirdim doqulduqum tarix ise 17-07-1995

Siz qeydiyyatda olduğunuz idarə, şöbə və bölmənin çağırış komissiyası tərəfindən tibbi şəhadətləndirildikdən və öyrənildikdən sonra barənizdə qanunvericiliyə müvafiq olaraq qərar qəbul olunacaqdır.
araz Soruşur Yazılma Tarixi:08.08.2013 09:52:06

avusdun necesinde caqiris olacaq xais edirem yazardiniz

"HƏrbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Arif Soruşur Yazılma Tarixi:08.08.2013 05:52:02

Salam. Yararsız hərbi bilet dövlət işinə düzəlməyimə mane olurmu, misal üçün hər hansı bir Neft Şirkətinə?

Bildiririk ki, yararsız hərbi biletlə dövlət işinə düzəlmək, işə düzəlmək istədiyiniz dövlət orqanının səlahiyyətlərinə aiddir. Bu səbəbdən aidiyyəti üzrə müraciət etməlisiniz.
ELcin Soruşur Yazılma Tarixi:07.08.2013 09:29:29

salam..men senedimle elaqedar olaraq bu cagirish dan saxladilar ..senedlerimi indi teqdim etmisem..men oktyabr cagirisna qaldim ama mene hec bir sened teqdim etmeyible .men Gurcustan respublikasina gede bilieremmi\n?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Aydin Shamilov Soruşur Yazılma Tarixi:05.08.2013 14:15:18

Salam , men,Belarusyanin minsk seherinde FHN akademyasinda oxuyuram odenisli hesabla, tehsil 4 ildi leytinant zvanyasi verecekler bilmek isteyirem men Azerbaycana gelende herbi xidmete aparacaqlar ya yox?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidirlər.
araz Soruşur Yazılma Tarixi:05.08.2013 12:21:32

bu ayin necesinde cagris baslayacaq?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən vətəndaşlar müddətli həqiqi hərbi xidmətə Azərbaycan Respublikasının Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar.
Amin Soruşur Yazılma Tarixi:04.08.2013 10:24:19

salam, mən ali təhsilliyəm. Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişəm və oktyabr ayinda hərbi xidmətə gedəcəm. Bilmək istəyirəmki men milli orduya düşsəm leytnantliği oxuyub xidmetimi leytnant olaraq davam etdirə bilərəm?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur.
tamerlan Soruşur Yazılma Tarixi:03.08.2013 22:01:10

salam,menim bu atpravka adim cixmadi,qaldim oktyabra ola biler ki gelen atpravkada da getmiyim???

2013-cü ili oktyabr ayında Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsi tərəfindən Sizin barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Gülnar Soruşur Yazılma Tarixi:03.08.2013 12:19:57

Salam \nMenim oglum Belarusyada oxuyur Fovqalade Hallar Nazirliyinin akademyasinda(мчс)-de odenishli hesabla oxuyur ve qutarib gelende letinant zvaniyasi ile gelecek.Bilmek isteyirem ki, bura gelende onu herbi xidmete aparacaqlar ya yox ?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidirlər.
Coshgun Soruşur Yazılma Tarixi:03.08.2013 11:03:03

Oktyabr ayının ali təhsilli çağırışçıları TTM də zabitlik kursu keçmək üçün hansı ayda imtahan verə bilərlər.\nTTM-ə qəbul yalnız iyul ayındadır yoxsa oktyabr və ya digər aylarda da imtahan var ?

Bildiririk ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində zabit hazırlığı kursuna hansı aylarda qəbul keçirilməsivə hansı imtahanların verilməsi məsələsinə aydınlıq gətirilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897