Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
yusifov qudret Soruşur Yazılma Tarixi:30.07.2013 13:39:05

Prezident seçkilərinə görə müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılmasında hər hansı ləngimə olacaq mı?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara: - Ali təhsili olanlara – 1 il, qalan bütün əsgərlərə, matros və çavuçlara – 1 il 6 ay müəyyənləşdirilmişdir. Nəzərinizə çatdırırıq ki, qeyd olunan Qanunda hərbi qulluqçuların müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaları hər hansı seçkinin keçirilməsi ilə əlaqədar ləngidilməsi nəzərdə tutulmamışdır.
rovsen Soruşur Yazılma Tarixi:29.07.2013 14:41:55

salam.men ali tehsilliyem,men esgerliye leytnant kimi getmek isteyirem,yeni iwleyim orda,bunun ucun hara ,ne vaxt muraciyyet elemeliyem?

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Sema Soruşur Yazılma Tarixi:29.07.2013 14:41:03

Salam. TTMdə zabit kursu keçmək üçün qeydiyatda olduğum hərbi komissarlığa əvvəlcədən ərizə yazmalıyam ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar. Zabitlərin həqiqi hərbi xidmətinə-hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində oxumaq üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
resad Soruşur Yazılma Tarixi:29.07.2013 12:08:41

salam men bineqedi rayonunda qeydiyyatdayam gelen il universitet bitirib esgerliye gedecem amma naxcivan qeydiyyatina dusmek isteyirem bunanla bagli her hansi problem cixmaz qeydiyyatdan cixanda

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə əsasən çağırışçılar və hərbi vəzifəlilər yaşayış yeri üzrə, 3 aydan artıq müddətə yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölmələrində qeydiyyata durmalıdırlar.
Sənan Soruşur Yazılma Tarixi:28.07.2013 20:26:51

Men Ərəbov Sənan İlyas oğlu Kəpəz rayon hərbi komissarlğinda uçotdayam bilmek isterdim hansi rayonda və hansi bolmede qulluq edacam? Saqolun!

Müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Qüvvələr və qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrdə əks ərazi prinsipi nəzərə alınmaqla hərbi hissələrə təyin olunurlar.
Məmməd Soruşur Yazılma Tarixi:28.07.2013 17:59:33

Bu müraciəti Sizə ünvanlayan Bakı şəhər Xətai rayonu Gəncə prospekti 75 mənzil 63-də daimi qeydiyyatda olan Quliyev Məmməd Arif oğludur.Mən Quliyev Məmməd Arif oğlu 21.01.2013-cü ildə Müdafiə Nazirinin əmri ilə xəstəliklə SQ-in sıralarından təxris olunmuşam.Sizə belə bir sualla müraciət etmək istəyirəm ki,mən xəstəliklə təxris olunmuş zabit kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayonu idarəsindən Şəxsi İşimi Müdafiə Nazirliyinə pensiyanın hesablanması üçün göndərilən zaman mən şəxsi işimə əlavə olunmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayonu idarəsinə hansı dövlət orqanlarından hansı sənədləri təqdim etməliyəm. Çünki mənə deyirlər Şəxsi işə hansısa sənədlər əlavə olunmalıdır.Amma konkret heçnə demirlər.Məlumat üçün bildirirəm ki,Mən aprel ayından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayonu idarəsində qeydiyatdayam.Sizdən Artıq dərəcədə xahiş edirəm bu sualıma ətraflı cavab verəsiniz.Əvəlcədən Sizə dərin minətdarlığımı bildirirəm

Bildiririk ki, pensiyanın hesablanması üçün şəxsi işinizə hansı dövlət orqanından hansı sənədlərin əlavə olunmasına aydınlıq gətirilməsi barədə aidiyyəti üzrə Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Serxan Soruşur Yazılma Tarixi:28.07.2013 17:48:50

MN hərbi hissə haradır

Bildiririk ki, MN- Müdafiə Nazirliyi deməkdir.
Rövşən Soruşur Yazılma Tarixi:28.07.2013 14:32:52

salam..men ali tehsilliyem herbi xidmete yanvarda gedecem.bilmek isteyiremki men leytnat kimi getmek ucun hara muraciyyet elemeliyem.

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzində ehtiyyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur. Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyyə olunur.
Elmar Soruşur Yazılma Tarixi:28.07.2013 12:19:12

sulhmeramli quvvelerde istirak etmek ucun hansi telebler qoyulur?

Sülhməramlı Qoşunlar Müdafiə Nazirliyinin tabeçiliyində olduğu üçün qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Eli Soruşur Yazılma Tarixi:28.07.2013 12:11:59

Salam.Men universiteti bu il bitirmisem.Adim cixmayib isteyirem iyulda esgerliye gedim.Mumkundurmu?

Sizin müraciətinizə cavab olaraq bildiririk ki, Silahlı Qüvvələrin qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır.\nXidmətin yerli idarə, şöbə və bölmələrində 2013-cü ilin iyul çağırışına hazırlıq may və iyun aylarında başlanılır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 20 iyun 2013-cü il tarixdə başa çatır.\n Qeyd edilən müddət ərzində tibbi şəhadətləndirilmədən keçmədiyiniz üçün Sizin 2013-cü ilin oktyabr çağırışında müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq təkrar baxılacaqdır.\n
Cədvəldə sətir sayı :14897