Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nəbiyev Ceyhun Edil oğlu Soruşur Yazılma Tarixi:21.08.2013 12:02:30

Səfərbərlik Xidmətində işə qəbul olunmaq üçün mənim sənədlərim və ərizəm bir ay əvvəl qəbul edilib. Lakin bu vaxta qədər mənimlə müsahibə ilə bağlı əlaqə saxlanılmayıb. Bilmək istərdim, namizədin sənədlərinin yoxlanılması və musahibəyə dəvət alması hansı müddət ərzində baş verir. Xahiş edirəm məlumat verəsiniz. Əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm.

Bildiririk ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduğundan onların Xidmətin Aparatına söhbətə dəvət olunmaları növbəli qaydada həyata keçirildiyi üçün, Sizə bu barədə əlavə məlumat veriləcəkdir.
Kənan Soruşur Yazılma Tarixi:21.08.2013 11:29:00

Mən anadan gəlmə gözdən güsurluyam(ambliopiya);Oftalmalogiya mərkəzində qeydiyatdayam, 3-ü grup əliliyəm.Bütün lazımı sənədlər 2013-cü ilin iyun ayında hərbi komisarliga təhvil verilib.Yararsızliq sənədi almaq üçün mən yenə "prosedurlardan" keçməliyəm?

Bildiririk ki, qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmənin çağırış komissiyası tərəfindən barənizdə qərar qəbul edildikdən sonra hərbi xidmətə yararsız sayıldığınız təqdirdə hərbi biletlə təmin olunacaqsınız.
cavid Soruşur Yazılma Tarixi:18.08.2013 09:41:33

salam men kolleci bu il qutariram..qutarandan sonra esgerlik vaxti gelir...universitite imtahan vere bilerem?xahiw edirem cavab yazin.

Sağlamlıq vəziyyətinə, ailə vəziyyətinə və digər qanuni əsaslarla hərbi xidmətə çağırışdan möhlət hüququna malik olmadığınız halda, Siz, qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Əsəd Soruşur Yazılma Tarixi:18.08.2013 04:08:27

men 2013 universiteti bitirib magistratura pillesine daxil olmuwam eger derse getsen cagirisa qeder esgerlik bitenden sonra qaldigim yerden davam edecem yoxsa 1 il sonra yeniden sentyabrin 15inden derse gedecem? evvelceden tewekkur

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir. Bu səbəbdən Sizə hərbi xidmətə çağırışdan ikinci dəfə möhlət verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.Siz qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmətinizi başa vurduqdan sonra təhsilinizi davam etdirə bilərsiniz. Yuxarıda göstərilənlərə əsasən Siz, 2013-cü ilin oktyabr çağırışında qanunvericiliyə müvafiq olaraq ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqsınız.
Perviz Soruşur Yazılma Tarixi:17.08.2013 17:51:16

Salam.Men 2010-cu ilde AZMIU-nun Neqliyyat fakultesinin,yol hereketinin tewkili ixtisasini bitirmiwem,herbi xidmetde de olmuwam.Herbi yol polisinde nece iwleye bilerem?

Bildiririk ki, Hərbi yol pöolisinə daxil olmağınızla bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
SAMIR Soruşur Yazılma Tarixi:16.08.2013 18:11:14

SALAM 17-07-1995 TARIXDE OKDIYABIR ATPIRAVKASINA DUSUR?

"Hərbi vəzifə və hərbi haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin aktl əsasında ildı 4 dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırış günü üçün 18 yaşı tamam olmuş 35 yaşınadək vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Ruslan Soruşur Yazılma Tarixi:14.08.2013 16:29:39

Salam.Men Ali tehsilliyem, bu il universiteti bitirmisem ve magistraturaya daxil olmusam.16 Sentyabr 2013 cu ilden magistraturada tehsilme baslayacagam.Bilmek isterdim men iki il magistraturada tehsilimi davam etdire bileceyyemi, yoxsa oktyabr ayinda herbi xidmete cagrilacagam.Sag olun.Evvelceden tessekur edirem.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir. Siz qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmətinizi başa vurduqdan sonra təhsilinizi davam etdirə bilərsiniz.Yuxarıda göstərilənlərə əsasən Siz, 2013-cü ilin oktyabr çağırışında qanunvericiliyə müvafiq olaraq ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqsınız.
Murad Soruşur Yazılma Tarixi:12.08.2013 14:58:27

salam. ad;m Əliyev Murad Taleh oğlu 12.08.1995 - ci ildə anadan olmuşam və hərbi xidmətə çağırış məntəqəsi Suraxanı rayonudur. Öyrənmək istəyərdim ki, mən hansı rayona düşürəm. (bu saytla yoxladim heç bir cavaba rast gəlmədim)

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 30 sentyabr tarixdən etibarən şəxsi məlumatlarını daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündən əldə edə biləcəksiniz.
ayla Soruşur Yazılma Tarixi:12.08.2013 14:04:44

Salam menim qardasim esger gedib iyul ayinin 13 . Naxcivana DSX dusub. elaqemiz olmadigi ucun and icme gunun bilmirik. onu nece oyrene bilerik? adi QURBANOV MAARIF SAHIN OGLU/ 05/02/1994 .

Qeyd etdiyiniz məsəslə ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Muraz Soruşur Yazılma Tarixi:11.08.2013 13:19:16

salam. Mən 08.06.1996-cı il təvəllüdlüyəm. Mən 2013-cü ildə tələbə qəbulu üzrə imtahanda keçəmmədim. mən gələn il yani 2014-cü ildə TQDK-ya sənədlərimi verə bilərəm yoxsa, cagırışa düşürəm?

Bildiririk ki, 2013-2014-cü tədris ilində hər hansı ali təhsil müəssisəsinə qəbul olunmadığınız haıda, 2014-cü ilin iyul çağırışında qanunvericiliyə müvafiq olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Cədvəldə sətir sayı :14891