Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Semral Soruşur Yazılma Tarixi:26.08.2013 11:56:01

Salam. Mənim qohumum Turkiyədə bakalavr təhsili alır. Bu yay 5ci kursu bitirib, amma kesri qaldığı üçün 6cı kurs oxumalıdır. Universitetdən orada 2013-2014 tədris ilində təhsil alacağı ilə bağlı arayış gətirib. Amma Səfərbərlik xidmətində deyiblərki oktyabrda o əsgər getməlidi. O təhsilini yarımçıq qoyub necə əsgər getməlidir axı?Xahiş edirəm bu barədə qanunvericilik necədisə məlumat verərdiniz. Öncədən təşəkkürlər

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir
azer Soruşur Yazılma Tarixi:25.08.2013 05:38:31

oktyabrda esgeriye cagirilmiwam ne vaxt hara duwduyumu oyrene bilecem

Siz təyin olunduğunuz hərbi hissə haqqında məlumatları 30 sentyabr tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündə əldə edə biləcəksiniz.
elnur Soruşur Yazılma Tarixi:23.08.2013 19:02:36

herbi xidmete hara dusduyumu yazdim amma bele insan oldugunu demediler

Siz təyin olunduğunuz hərbi hissə haqqında məlumatları 30 sentyabr tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündə əldə edə biləcəksiniz.
elvin Soruşur Yazılma Tarixi:23.08.2013 14:55:54

Salam. Mən Rusia federasiyasının Moskva Dövlət Hüquq Akademiyasını 2010 bitirmişəm, və 2010-2011-ci ildə hərbi qulluqçu olmuşam. İndi istəyirəm öz ixtisasım üzrə hərbiyə qayidim. Qanunla nece etməliyəm? təşəkürlər

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respulikasının Qanununun 36.1-ci maddəsinəəsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:\nMüddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla);\nGizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar,çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla);\nZabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyada olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər. \n Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hərbi xidmətə qayıtmaq üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tetelmeş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.
Ilham Soruşur Yazılma Tarixi:23.08.2013 13:18:35

Salam! Men 2013-cü ilin iyul ayında çağırıldım (təvəllüd 13.06.1995) lakin tqdk-ya sənəd verdiyim üçün oktyabr ayına qaldım. İmtahan verərkən bal az yığdım və keçə bilmədim. Lakin sonradan Türkiyəyə imtahan verib daxil oldum. vaenkomata sənəd gətirərkən mənə dedilər ki tqdk-da kəsildiyin üçün əsgər getməliyəm. Xahiş edirəm açıqləmə verin!

Siz 2013-cü ilidə orta ümumtəhsil məktəbini bitirib, sənədlərinizi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim etmisiniz, lakin heç bir təhsil müəssisəsinə qəbul olunmamısınız. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ailə vəziyyətinizə, sağlamlığınıza görə hərbi xidmətə çağırışdan möhlət hüququna malik olmadığınız təqdirdə 2013-cü ilin oktyabr çağırışında ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Mushfiq Soruşur Yazılma Tarixi:23.08.2013 10:24:56

Salam Aleykum!\nmenim 32 yashim var fiziki qusurluyam her iki qulaqdan kar yeni yetme cagimdan amma danisha bilirem\nmenim herbi biletime yazilib ki, dinc dovurde herbi xidmete yararsiz amma muharibe dovrunde yararli bu nedir?menim herbi biliyim olmasan men nece muharibeye gede bilerem?umumiyyele menim kimi fiziki quuru olan muharibeye gede biler?eger gede bilmezse neden menim herbi biletime ele yazilib?

Bildiririk ki, müraciətiniz əsasında konkret araşdırma aparılması üçün soyadınız, atanızın adı və hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idaəsinin (şöbəsinin, bölməsinin) adını bildirməyiniz vacibdir.
Nemət Soruşur Yazılma Tarixi:23.08.2013 07:38:59

Salam mən oktyabr çağrışına düşürəm qeydiyyatda olduğum yer Şəmkir rayonudur.Hansı rayonda xidmət edəcəyimi öyrənmək istərdim sizin sayıtdan istifadə etdim ancaq məlumat əldə edə bilmədim

Siz təyin olunduğunuz hərbi hissə haqqında məlumatları 30 sentyabr tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündə əldə edə biləcəksiniz.
Elnur Soruşur Yazılma Tarixi:23.08.2013 05:15:38

Salam. Men ali tehsilliyem. bilmek isterdim ki Seferberlik ve Herbi Xidmete cagiris uzre Dovlet Xidmetine ise duzelmek ucun kime ve nece muraciet etmeliyem

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınızla əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət etməyiniz tövsiyyə olunur.
samir Soruşur Yazılma Tarixi:21.08.2013 15:07:09

salam meni maraqlandiran sual men herbi xidmete getmeye hazirlasiram ama isterdim ki cevik alayin esgeri olum bunu nece ede bilerem ve ya bunun ucun kime hara muraciyyet etmeliyem munkunse bunlara cavab yazardiniz onceden tewwekkurler

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında bölünür. Çağırışçıların harada xidmət etməsi məsələsinə yuxarıda göstərilən qurumlarda baxılır.
Aydin Soruşur Yazılma Tarixi:21.08.2013 14:14:11

Bir daha salam, nece olur ki Fovqalade hallar nazirliyinin akademyasini qurtarmisam herbi xidmete gedirem? Leytinant zvanyasi ile herbi xidmete aparirlar?

Bildiririk ki, "Hərbi vəzifə və ərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununda xüsusi rütbə almış şəxslərin müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməsi nəzərdə tutulmamışdır. Qanunun 28.3-cü bəndinə əsasən, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı tıhsil müəssisələrinə qəbul olmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Qanunun bu bəndində müdavimlər nəzərə alınmamışdır. Eyni zamanda nəzərinizə çatdiririq ki, hazırda xüsusi rütbəli şəxslərin hansl qaydada hərbi qeydiyyata alınması, hərbi biletlə təmin olunması və ya hərbi xidmətə çağırılması sahəsində müəyyən tədbirlər həyata keçirilir.
Cədvəldə sətir sayı :14891