Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Cemil Soruşur Yazılma Tarixi:29.06.2013 14:34:01

cemil besirov elyar oglu hara dusmsem ozum kurdemirdenem

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
ilkin Soruşur Yazılma Tarixi:29.06.2013 14:33:15

MN 051 saylı hərbi hissənin harada yerləşdiyini və ünvanı öyrənmək istəyirəm

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
neriman Soruşur Yazılma Tarixi:29.06.2013 14:31:10

eger tehsil 4 il, amma 1 il bakalavr ucun kredite gore elave olunub, demeli tehsili ancaq esgerlikden sonra davam etdirmek olar?

Qeyd etdiyiniz məsələ ilə bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununda heç bir müddəa nəzərdə tutulmamışdır.
Rustam Soruşur Yazılma Tarixi:29.06.2013 14:30:14

Bu gun dushduyum yerioyrendim burdan DSX-ya dushmusem. Bes hansi rayon ve ya chastin nomresini nece oyrenim?

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
Semed Soruşur Yazılma Tarixi:29.06.2013 14:28:05

saalam naxcivan prapiskasi yoxdu onu nece bilmek olar?

Naxçıvan MR-da qeydiyyatda olan çağırış yaşlı vətəndaşlar həqiqi hərbi xidmət keçmək üçün Naxçıvan MR-nın ərazisində yerləşən hərbi hissələrə təyin olunurlar.
Samir Soruşur Yazılma Tarixi:29.06.2013 14:27:51

Salam,men tibbi yoxlanisdan kecmisem ve hec bir problemim yoxdu.ama dunen oyrendimki menim belin awagi nahiyesinda kista var ve emliyyat olunmaliyam.bunu nece edim? ve men ayin 01.07.2013 tarixine herbi xidmete cagirilmiwam.men emeliyyat olunsam nece olacaq ? mene mumkunse komek edin

Siz, xidmətə göndərilməzdən əvvəl qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında təkrar tibbi baxışdan keçiriləcəksiniz, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
ilkin Soruşur Yazılma Tarixi:29.06.2013 14:26:17

salam men esgerliye hara duseceyimi ne vaxt oyrenecem

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
cemil Soruşur Yazılma Tarixi:29.06.2013 14:25:22

ayin 18 qeydiyyatdan kecmiwem..senedler gonderilib.menim siyahida adim cixmiyib niye?

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Hikmet Soruşur Yazılma Tarixi:29.06.2013 14:24:59

salam.menim qardasim iyulda esger gedecek.u saytda dusduyu yere baxdim ve herbi hissenin nomresi AAHM idi. bu deqiq melumatdir? ve AAHM zigda yerlesen herbi mektebdir?

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
Javid Soruşur Yazılma Tarixi:29.06.2013 14:23:59

Salam, burada ancaq hərbi hissənin nömrəsi yazilir amma rayon yox, rayonu necə öyrənmək olar?

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
Cədvəldə sətir sayı :13805