Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Vusal Soruşur Yazılma Tarixi:28.07.2013 12:06:54

Salam.Orta mektebden(11-ci sinfi bitirdikden sonra) birbasa polis akademiyasina daxil olmus,orani bitirib polis leytenanti xususi rutbesi almis sexsler sonradan polisden xaric olsalar onlarin herbi qeydiyyat meselesi nece hell olunur ve onlara herbi bilet hansi formada verilir(zabit yoxsa esger kimi)?Xahis edirem ki,sualima etrafli cavab veresiniz.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununda xüsusi rütbə almış şəxslərin müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməsi nəzərdə tutulmamışdır. Qanunun 28.3-cü bəndinə əsasən, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssislərinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Qanunun bu bəndində müdavimlər nəzərə alınmamışdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli Rərmanının 4.2-ci bəndinə əsasən, mərləzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının bu Qanuna uyğunlaşdırılması tələb edilmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, hazırda xüsusi rütbəli şəxslərin hansı qaydada hərbi qeydiyyata alınması, hərbi biletlə təmin olunması və ya hərbi xidmətə çağırılması sahəsində müəyyən tədbirlər həyata keçirilir. Görülən tədbirlərin nəticəsinə uyğun olaraq polis leytenantı xüsusi rütbəsi almış şəxslər barədə müvafiq qərar qəbul ediləcəkdir.
kamal Soruşur Yazılma Tarixi:27.07.2013 23:41:42

oktyabr cagirisina senedler ne vaxtdan qebul olunacaq

Bildiririk ki, 2013-cü ilin oktyabr çağırışına hazırlıq işlərinə avqust ayından etibarən başlanılacaqdır.
QORXMAZ Soruşur Yazılma Tarixi:27.07.2013 13:09:06

SALAM ADIM 2 CI SIYAHIDADIR SORUWMAQ ISTEYIREM KI OKTYABIRA QALMIWAMI?

Sizin müraciətinizə cavab olaraq bildiririk ki, Silahlı Qüvvələrin qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır.\nXidmətin yerli idarə, şöbə və bölmələrində 2013-cü ilin iyul çağırışına hazırlıq may və iyun aylarında başlanılır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 20 iyun 2013-cü il tarixdə başa çatır.\n Qeyd edilən müddət ərzində tibbi şəhadətləndirilmədən keçmədiyiniz üçün Sizin 2013-cü ilin oktyabr çağırışında müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq təkrar baxılacaqdır.\n
Murad Soruşur Yazılma Tarixi:27.07.2013 12:23:56

Siz yazmisizki men tibbi komisiyadan kecmediyime gore cagirilmamiwam . ama men kecmiwem axi senedlerimdede hech bir problem yoxdu .

Sizin müraciətinizə cavab olaraq bildiririk ki, Silahlı Qüvvələrin qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır.\nXidmətin yerli idarə, şöbə və bölmələrində 2013-cü ilin iyul çağırışına hazırlıq may və iyun aylarında başlanılır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 20 iyun 2013-cü il tarixdə başa çatır.\n Qeyd edilən müddət ərzində tibbi şəhadətləndirilmədən keçmədiyiniz üçün Sizin 2013-cü ilin oktyabr çağırışında müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq təkrar baxılacaqdır.\n
Mail Soruşur Yazılma Tarixi:27.07.2013 12:19:17

Salam.Hərbi xidmətə çağırılan vaxt şəxsiyyət vəsiqəsi Hərbi komissarlıq tərəfindən alınırmı?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar şəxsiyyət vəsiqələrini Xidmətin yerli idarə, şöbə və ya bölmələrinə təhvil verməlidirlər. Alınmış şəxsiyyət vəsiqələri çağırış başa çatdıqdan sonra aidiyyəti üzrə rayon polis şöbələrinə göndərilir.
Cavansir Soruşur Yazılma Tarixi:27.07.2013 04:24:24

salam.Texnikoma dusen telebeleri herbi xidmede aparirlar? Texnikomdan evvel gedir yoxsa sonra?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1.3-cü maddəsinə əsasən orta ixtisas təhsil müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış (9 illik təhsil bazasında) 22 yaşınadək çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilir.
Mikayil Soruşur Yazılma Tarixi:25.07.2013 15:34:27

Salam\nMen Sizden oyrenmek istiyerdim ki, menim oktyabir ayin 2013 ilin herbiye gulluga cagirish olacaq ve o vaxta kimi men diqer bir olkeye istrahete gede bilerem?

Bildiririk ki, 2013-cü ilin oktyabr çağırışına hazırlıq işlərinə avqust ayından etibarən başlanılacaqdır.
Rafiq Soruşur Yazılma Tarixi:25.07.2013 11:39:30

növbeti çağırış ne vaxtdır?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq Azərbyacan Respublikası Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırış günü üçün 18 yaşı tamam olmuş 35 yaşınadək vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Orxan Soruşur Yazılma Tarixi:24.07.2013 22:22:23

Salam Men Hesenli Orxan Arif Oglu Sizden Cox Xahiw Edirem Tezlikle Cavablandirasiz Men Size Son Sual Veren Wexsem Menim Adim Saytda Cixmadi Ve Mene Yevlax Rayon Herbi Komisarligindan Cagirdilarki Fizuli N Sayli Herbi Hisseye Duwmusen Ama Men Ali Tehsil Aldigim "ODLAR YURDU" Universiteti Terefinden Forma 10 Yeniki Tehsilimi Davam Etdirdiyim Senedi Yolladim Qebul Etmir Komisarliq Ikinci Defe Rektorumuz Millet Vekili Prof. E.A. Veliyev Terefinden Yeniden Mektub Formasinda Menim Tehsilimi Davam Etdirdiyim Haqda Sened Gonderildi Ama Yenede Komisarliq Bunu Qebul Etmir Ve Meni Getmeyeceyim Halda Herbi Prokraturaya Vermekle Hedeliyirler Sizden Xahiw Edirem Buna Aydinliq Getiresizki Menim Tehsilim Davam Etdiyi Halda Meni Nece Herbiye Apara Bilerler?? Yeni Menim Bu Nece Ilde Eziyyetim Niye Hece Sayirlar?? Herbiden Cekinmirem Gedim Ne Qeder Lazim Bilinir O Qeder Xidmetimi Edim Ama Tehsilim Yarimciq Qoyub Nece Apara Bilerler??

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.Bu səbəbdən Sizə hərbi xidmətə çağırışdan ikinci dəfə möhlət verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Iltifat Soruşur Yazılma Tarixi:24.07.2013 18:45:59

elektron sorgumun cavabi menim epoct unvanima gelecek?

Bildiririk ki, Xidmətin saytının “sual-cavab” bölümünə göndərdiyiniz suallar onlayn şəkildə saytın adı qeyd olunan bölümündə cavablandırılır, “müraciət” bölümünə və email ünvanımıza göndərdiyiniz sualların cavabı isə müvafiq olaraq qeyd etdiyiniz email ünvana göndərilir.
Cədvəldə sətir sayı :14897