Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Zamir Soruşur Yazılma Tarixi:29.06.2013 18:26:41

Demek olar ki,hər kəs hansi hərbi hissəyə yollanacağını bilir.men öz melumatlarımı daxil etdikdə nəticə,mənim barəmdə hec bir melumat yoxdur deye gosterir.Hansı Hərbi hissəyə düşdüyüm barədə nəticə sabah ola bilər?Yoxsa oktyabr çağırışına qaldım?

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Əzizağa Soruşur Yazılma Tarixi:29.06.2013 18:26:26

Xahiş edirəm mənə düşdüyüm yeri diyərdiz sabah gedirəm

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
hamlet Soruşur Yazılma Tarixi:29.06.2013 18:26:11

salam menim oglum cagiriscidir onu hara dusduyunu nece ne vaxt oyrene bilerik internet vasitesiyle xahis edirem sualimi cavablandirasiz

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
Azad Soruşur Yazılma Tarixi:29.06.2013 18:22:29

Salam. Mən Məlikov Azad Heybətəli oğlu. 1992-03-21 təvəllüdlü və Yasamal rhk dan çağırılmışam. Bu gün kimin adını yazdıqsa hara düşdüyünü gördük lakin mənim adım yazıldıqda belə bir insanın olmadığını deyir

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
rahim Soruşur Yazılma Tarixi:29.06.2013 18:22:08

051 saylı hərbi hissə harada yerləşir?

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
Rasim Soruşur Yazılma Tarixi:29.06.2013 18:21:15

Cagiriwa nece gun erzinde gede bilerem

Qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsi tərəfindən təyin olunduğu gün
taleh Soruşur Yazılma Tarixi:29.06.2013 18:19:43

MN HARADI?MN NEDI UMUMIYETCE? 514 NOMRELI HERBI HISSEDI

Müdafiə Nazirliyi
Anar Soruşur Yazılma Tarixi:29.06.2013 18:17:15

Salam,mənim Sərhəd Qoşunlarına düşdüyüm bildirilir,amma neçə nömrəli hərbi hissəyə düşdüyüm göstərilmir,mən nə etməliyəm?

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
Togrul Soruşur Yazılma Tarixi:29.06.2013 18:15:11

salam,bilmek isteyirem ki 051 nomreli herbi hisse harada yerlesir ?

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
famil Soruşur Yazılma Tarixi:29.06.2013 18:15:02

men hara dusmusem

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
Cədvəldə sətir sayı :13805