Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Natiq Soruşur Yazılma Tarixi:15.09.2013 10:27:19

salam men Oktyabrin 3 herbi xidmete caqrilmiwam hara duwduyum nevaxt biliner ???

Siz, təyin olunduğunuz hərbi hissə haqqında məlumatları 30 sentyabr tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündən əldə edə biləcəksiniz.
Aqil Soruşur Yazılma Tarixi:15.09.2013 08:21:51

salam men hal hazirda serhed qowunlarinda xidmet edirem men 052 sayli herbi hissede kewviyatliq kursuna getmey isdirem orada kursa giriw Milli ordudandir amma men serhed qowunlarinda xidmet edirem men nece ora gede bilerem xaiw edirem komey edin

Bildiririk ki, Sərhəd Qoşunlarında müddətli həqiqi hərbi xidmətinizi başa çatdıraraq hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra, Siz 052 saylı hərbi hissədə kəşfiyatçı kursuna daxil olmağınız üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz.
Elşən Soruşur Yazılma Tarixi:14.09.2013 18:43:10

salam men Mirzeyev Elsen Quba rayonunun qeydiyyatindayam ve orda komissyadan kecdim ve Bakida Milli Qvardiyyada seneddermi istediler ve hekim muainesinden kecdim ve senedderi verdim deye bilersiz menim Milli Qvardiyyaya dusmek ehtimalim boyukdu ya yox?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Orxan Soruşur Yazılma Tarixi:13.09.2013 14:22:46

Salam Eleykum mən 2013 cü ildə ali məktəbin 4 kursunu bitirmişəm ama kəsrlərim olduğuna görə 5 kursa qalası oldum və universitet mənə arayiş birdə forma 10 verdi vu əsasla məni 1 illik hərbi xidçətdən salanilası oldum mən bu aryışı sumqayit hərbi komisarliğina verdim iyul ayında sonra üstündən 1 ay kecib məni çaığrıb deyirlər ki sənədlərin duzgün deyil sən oktyabr ayında hərbiyə getməlisən bu halda ancaq sumqayıtdadir basqa yerlərdə yoxdur mən bilmək istəyirəm ki məni niyə aparirlar ???

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir. Bu səbəbdən Sizə hərbi xidmətə çağırışdan ikinci dəfə möhlət verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Siz qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmətinizi başa vurduqdan sonra təhsilinizi davam etdirə bilərsiniz. Yuxarıda göstərilənlərə əsasən Siz, 2013-cü ilin oktyabr çağırışında qanunvericiliyə müvafiq olaraq ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqsınız.
Ayxan Soruşur Yazılma Tarixi:13.09.2013 12:27:52

Men aYin 3 Herbi xiDmeTe cagiriLmisham ...biLmey olar hansi erazide xidmet edecem ?

Siz, təyin olunduğunuz hərbi hissə haqqında məlumatları 30 sentyabr tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündən əldə edə biləcəksiniz.
kamran Soruşur Yazılma Tarixi:13.09.2013 09:44:25

Salam . Men Qaxda yashayiram , 10 gun evvel erize yazib mektubla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətine gondermishem. Hele de cavab gelmir. Sorushmaq isterdim ki, meni qebul uchun cagirma ehtimali ne qederdir ? .. Onu da deyim ki ali tehsilliyem , leytenant herbi rutbem var .

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbulla əlaqədar hal-hazırda müraciətlərin sayı çox olduğundan vətəndaşların bu məzmunda ərizələrinə baxılması 2013-cü ilin oktyabr ayınadək müvəqqəti olaraq dayandırılmışdır. Göstərilən müddət bitdikdən sonra, istəyinizdən asılı olaraq Sizı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət etmək tövsiyyə olunur. Bu barədə Sizə 11.09.2016-cü il tarixli 6179 nömrəli məktubla cavab verilmişdir.
Ulvi Soruşur Yazılma Tarixi:13.09.2013 07:16:16

salam men burda adimi axtaram adim gelmir niye bilmey olar

Siz, təyin olunduğunuz hərbi hissə haqqında məlumatları 30 sentyabr tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündən əldə edə biləcəksiniz.
qurbet Soruşur Yazılma Tarixi:12.09.2013 15:35:42

men texnikoma qebul olmusam bilmey isdeyirem ki texnikom herbi xidmete gedecem ya yox?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 21.1.3-cü maddəsinə əsasən orta ixtisas təhsil müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış (9 illik təhsil bazasından) 22 yaşınadək çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilir.
Nərman(Norman Etibarov) Soruşur Yazılma Tarixi:12.09.2013 12:30:30

Salam!Oğlum 2007-ci il də Türkiyənin Bursa şəhəri Uludağ universitetinə daxil olmuşdur.Bir il yerli və xarici dil hazırlığı keçmiş.iki il oxuduqdan sonra başqa ixtisasa keçmiş.Bir il də ödəvi verə bilməmiş sinifdə qalmışdır.Hazırda (əyani olaraq) Memarlıq fakultəsinin 3-cü kursunda oxuyur.Bu yaxınlarda rayon hərbi komissarlğından zənglə müraciət olunmuş,oxuması haqda arayış tələb edilmiş.Bundan sonra oxuduğu Unuversitetdən verilmiş arayışın tərcümə ilə notariat təstiqi təqdim edilmişdir.Lakin,dövlət xitmətindən oğlumun təhsilini yarımçıq qoyub əskəri xitmətə gedəcəyini bildirmişlər. Zəhmət olmasa aydınlıq verəsiniz.(Olmaz ki, təhsilini başa vurandan sonra hərbi xitmət yerinə yetirilsin?)Mümkün olan variantı bilmək istərdim. Təşəkkür edirəm.

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün oğlunuzun soyadı, adı, təvəllüdü və qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.
Şöhrət Nağıyev Soruşur Yazılma Tarixi:12.09.2013 08:44:04

Oğlum Nağıyev Elcan həqiqi hərbi xidmətə cağırışçıdır.01.09.2013-cü il tarixdə aldığı travma ilə bağlı Təcili Tibbi Yardım Stansiyasının maşını ilə Gəncədə yerləşən Təcili Tibi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriblər.12 gün xəstəxanada müalicə olunub.Həkimlər oğluma "Qapalı kəllə beyin travması ,başbeyin silkələnməsi kəllə daxili hipertenziya, vegeto damar paroksizmalari ilə müşayyət olunan qıc olma tutmaları" diaqnozu qoymuşdurlar.Buna baxmayaraq Goranboy rayonun Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə şöbənin rəisi xəstəliklə bağlı sənədləri təqdim edəndə ciddi narazılıq etməyə başladı.Hörmətli cənab general Arzu Rəhimov Sizdən xahiş edirəm bu məsələyə aydınlıq gətirəsiniz!\nHörmətlə Şöhrət Nağıyev\nGoranboy rayon Qaradağlı kəndi\nMob Tel:0555536311

Oğlunuz Nağıyev Elcan Şöhrət oğlunun akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müayinəsinin təmin olunması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinə müvafiq göstəriş verilmişdir.
Cədvəldə sətir sayı :14804