Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
aydin Soruşur Yazılma Tarixi:09.07.2013 10:40:43

salam aydin sevindik oglu 1994.07.03 bilmek olarmi men hara dusmusem.

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
heyder Soruşur Yazılma Tarixi:09.07.2013 09:50:05

salam men dq ya dusmusem amma hansi rayona dustuymu deqiq bilmirem sadece dq ya dusduyummelumati veribler hardan oyrene bilerem deqiq yermi

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
Əli Soruşur Yazılma Tarixi:09.07.2013 09:25:26

Salam,cagiriwcinin duwduyu herbi birlewmenin arxasinda hec bir herbi hissenin nomresi yazilmiyibsa bu o demekdirki hemin herbi birlewmenin ozune duwub?onceden tewekkur edirem

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
Elvar Soruşur Yazılma Tarixi:09.07.2013 07:19:37

Salam, men DSX-ya dusmusem, ali tehsilliyem. bilmek isteyirdim dsx-da leytenant kimi xidmet etmek mumkundu? zehmet olmasa etrafli melumat verin

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyyə olunur.
ferman Soruşur Yazılma Tarixi:09.07.2013 07:05:41

men nece orgene bilerem hara dusmusem ?

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Teymur Soruşur Yazılma Tarixi:08.07.2013 23:29:15

Eshitdiyima gora magistratura oxuyan Insanlar ya 6 yada ki 3 aya asgarliya cagirirlar.duz qanundi,yoxsa yox??

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1 maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il müddətli həqiqi hərbi xidmət küçirlər.
hemid Soruşur Yazılma Tarixi:08.07.2013 21:19:28

Salam\nSnaper ve kesfiyyat kursu texminen ne vaxt acilacaq.tez olsa yaxsi olar

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində olan "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-də hal-hazırda snayper və kəşfiyyatçı ixtisaslı mütəxəssislərin hazırlığı aparılmır. Tədrisin başlanmasına hazırlıq barədə Xidmətin saytının elanlar bölməsində məlumat yerləşdiriləcəkdir.
Ilyas Soruşur Yazılma Tarixi:08.07.2013 19:41:51

Salam,mən Hüseynzadə İlyas İlqar oğlu BDU-nun 4-cü kursunu bitirmişəm,lakin kredit borcum qaldıdığı üçün diplom ala bilmirəm,mən 3 ay həqiqi hərbi xidmətdən möhlət hüququ istəyirəm,amma mənə verilmir,Sumqayıt komissarligina universitetden arayış apardım,mektuba baxıldı və mənə icazə verilmişdi,lakin iyulun 5-də məni hərbi xidmətə çağırış üçün hərbi komissarlığa dəvət etdilər və tibbi müayinədən keçirdilər.Bu cür situasiyada olan 10-la tələbə var və mən çox xahiş edirəm ki bizə möhlət hüququ verilsin.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
vusal Soruşur Yazılma Tarixi:08.07.2013 18:10:59

salam , MEN QEYDIYAT OLDUQUM YERI DEYIWMIWEM VE HELE MENIM HARA DUWDUYUM MELUM DEYIL BU HAVAXT MELUM OLACAQ

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır.Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
fəxrəddin Soruşur Yazılma Tarixi:08.07.2013 16:37:32

mən təqaüdə cixmişam.blmək istərdim pensiya kitapcam hazirdirmi?

Pensiya kitabçasının alınması üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etməyiniz tövsiyyə olunur.
Cədvəldə sətir sayı :14897