Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
emin Soruşur Yazılma Tarixi:07.07.2013 20:16:27

salam men hara duşmuşəm?

Çağırışçının təyin olduğunuz hərbi hissə haqqında məlumatları şəxsi məlumatlarını daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
tural Soruşur Yazılma Tarixi:07.07.2013 17:52:09

herbi hissede hansi bolukde xidmet edeceyimi nece oyrene bilerem?yeni piyada yoxsa pevo?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyyə olunur.
Emin Soruşur Yazılma Tarixi:07.07.2013 16:06:14

salam.Men UNivertetin 4 kurs telebesiyem, kesrlerim oldugu ucun ali tehsil ocagi mene arayiw teqdim etdiki bunu qeydiyyatda oldugum idareye verim, verdim idare bu arayiwi qebul etmir. amma bawqa qrup yoldaslarimin arayiwi qebul olunur..men bu haqqda hara ,kime muraciet edim?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
Elxan Soruşur Yazılma Tarixi:07.07.2013 14:44:09

Salam Absheron rayonunan caqrishci adin yaziram gelmir

Çağırışçı haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğu idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
elxan Soruşur Yazılma Tarixi:07.07.2013 14:14:07

salam menim qohumum 1995.07.17 teveludu adin familyasin atasinin adin yaziram gelmir neden ola biler o nece bilmek olar o hara duwur

Çağırışçı haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğu idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Alim Soruşur Yazılma Tarixi:07.07.2013 11:30:10

salam menim adim Alim Əliyevdir Sumqayit seherinde yasayiram tevveludum 1992 04 24 atamin adi Sadıx Əliyevdir 11mk yasayiram men harada esgerlik etdiyimi oyrenmey isteyirem xaiş cvb yazin evvelceden teşekur

Çağırışçının təyin olduğunuz hərbi hissə haqqında məlumatları şəxsi məlumatlarını daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiniz.
Qurban Soruşur Yazılma Tarixi:07.07.2013 08:22:41

Əliyev Fərid Elçin oğlu 1991.09.25 tevellüdlü vətəndaşın hara düşdüyünü internet göstərmir. Binəqədi rayon hərbi komissarlığından qeydiyyatdan keçib. Xahiş edirik hara düşməsi barədə bizi məlumatlandırasınız. Öncədən təşəkkürümüzü bildiririk.

Çağırışçı haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğu idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
aydin Soruşur Yazılma Tarixi:07.07.2013 08:00:32

salam bize deyiblerki ayin 10-nu bilinecek hara dusmusunuz ola bilsinkide oktyabira qalasiniz amma men bu ay getmek isteyirem.

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır.Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
Leyla Soruşur Yazılma Tarixi:07.07.2013 07:46:10

Çağırışçıların xidmət edəcəyi hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğu idarə, şöbə və ya bölmədən əldə edə bilərsiniz.

Hörmətli İstifadəçi Tezliklə Sualınıza Cavab Yazılacaq
Taleh Soruşur Yazılma Tarixi:07.07.2013 04:15:51

salam.mən ayın 20sinə chagiriş vərəqəsi almışam,tibbi komissiyadan ayın 3u keçmişəm.nə vaxt biləcəm hara düşdüymü?

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır.Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
Cədvəldə sətir sayı :14897