Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Samir Soruşur Yazılma Tarixi:06.07.2013 12:39:48

salam.mən Naxçivan qeydiyyatiyam.bölgələr arasinda Naxçivan yoxdu axi

Naxçıvan MR-da qeydiyyatda olan çağırış yaşlı vətəndaşlar həqiqi hərbi xidmət keçmək üçün Naxçıvan MR-nın ərazisində yerləşən hərbi hissələrə təyin olunurlar.
ebil Soruşur Yazılma Tarixi:06.07.2013 12:27:39

193 nomreli cast harada yerlesir

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
Vaqif Soruşur Yazılma Tarixi:06.07.2013 11:42:56

Mən 2 dəfə kor bagırsağından əməliyyat olunmuşam.Məni əsgər apara bilərlər?

Çağırışçıların tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən keçirilir.
Əbülqasim Soruşur Yazılma Tarixi:06.07.2013 11:42:52

Salam.menim 2014 Iyul ayına qədər möhlət hüququm vardır lakin universitet 1 il tez bitdiyinden 03.07.2013 tarixində universiteti bitirdiyim haqqında arayışı sumqayit şəhər seferberlik və hərbi xidmətə çağırış dövlət xidmətinə verdim tibbi komisiyada kecdim yararli olaraq senedlerim qeydə alinaraq cağiriş vərəqəsi verdilər.Mənə ordan söylədilərki sənədlərim qərərgaha 10u tarixində göndəriləcək herbi xidmətədə gedib getməyəceyim ondan sonra məlum olacaq plan dolarsa oktyabra qalacagmisam.zəhmət olmasa İyul çağırışında hərbi xidmətə getməyimə yardimcı olun.elaqə nomrəm 055.2240091

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır.Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
araz Soruşur Yazılma Tarixi:06.07.2013 10:47:31

salam men ali tehsilimi basa vurmusam lakin menim kesrlerim qalib balonya sistemine gore kredit borclarimi odemek ucun mene 1 il herbi xidetden mohlet verilmelidir bunun ucun menim unversitetden hansi arayisi almam lazimdir?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
etibar Soruşur Yazılma Tarixi:06.07.2013 09:43:56

herbi xidmete aid olaraq hara duduyumu oyreenmek isteyirem ama mumkun olmur buna gore komeklik elye bilersiz?

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Cəmil Soruşur Yazılma Tarixi:06.07.2013 09:30:19

Məlumatları daxil etdikdən sonra hansı hh-yə düşdüyümüz niyə görünmür?

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
muzamir Soruşur Yazılma Tarixi:06.07.2013 07:51:35

herbide dsx ne demekdi?

Dövlət Sərhəd Xidməti
idris Soruşur Yazılma Tarixi:06.07.2013 05:22:36

idris sahmaliyev uzeyir oglu hansi herbi hisseye daxil olub

Çağırışçının təyin olduğunuz hərbi hissə haqqında məlumatları şəxsi məlumatlarını daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
akif nur Soruşur Yazılma Tarixi:05.07.2013 21:13:19

salam biz musteqil bir dovletin vetendawlariyiq her kes bir birini bawa duwmelidir sualim ise beledir''niye gore eskerler doyulur????...xaiw edirem bu yazilmamiw qanunu mene izzah edesiz

Bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Saxili Xidmət Nizamnaməsi ilə hərbi qulluqçuların ümumi vəzifələri, onlar arasında qarşılıqlı münasibətləri, alayda (briqadada) və onun bölmələrində daxili qayda-qanunları və həmçinin əsas vəzifəli şəxslərin xidmət vəzifələri müəyyənləşdirilmişdir. Nizamnamədən kənar münasibətlər qanun pozuntusu hesab edilməsini nəzərə alaraq, Sİz hər hansı faktla baqlı aidiyyəti Hərbi Prokurorluğa müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14901