Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
vusal Soruşur Yazılma Tarixi:03.07.2013 15:16:19

salam... men ozum haqda bura yaziram...herbi komisarliqin komisyasindanda tibbi komisyadan da kecmiwem...herbir senetimde qaydasinda olub..herbiyede yararliyam..ama hec bir netice gelmir...nyesin yaza bilersiniz?

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
s'rxan Soruşur Yazılma Tarixi:03.07.2013 14:29:07

salam menim bir sualim var menim qardasim daxili qosunlarqa dusub ama hansi rayon və ya səhərə düsməsi barədə məlumat yoxdur xais edirem komek ede bilersiz

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Ulvi Soruşur Yazılma Tarixi:03.07.2013 14:19:01

Salam men Eyvazlı Ülvi Taleh oğlu 12.02.1992 təvəllüdlü. Mən 01.07.2013-cü ildə Suraxanı rayonu hərbi komisarlığı tərəfindən hərbi xidmətə çağırılmışdım lakin müayinə zamanı dişlərimdə müəyyən bir hissəsinin aralılığı olmasına görə məni hərbi xidmətdən azad edirlər. Dişlərimə nə praqnoz qoyduqların tam dəqiqliklə bilmirəm. Amma mən hərbi xidmətə getmək istəyirəm. Sadə və xırda bir aralılığ var dişimdə buna görə hərbi xidmətdən azad olmaq istəmirəm. Dişlərdə olan bu aralılığa gorə niyə hərbi xidmətə aparılmıram? Mənə hərbi xidmət çəkməyə şans yaradasız. Mən iyul ayında hərbi xidmətə getmək istəyirəm və mən könüllü belə olsa yazıla bilərəm?

Çağırışçıların tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən aparılır.
Orxan Soruşur Yazılma Tarixi:03.07.2013 14:16:17

Salam.Mən hansı ərazidə Həqiqi Hərbi xidmətdə olacağımı bilmək istərdim.Elektron xidmətdən istofadə etdim.Öz adımı,soyadımı,atamın adını,təvəllüdümü və qeydiyyatda olduğum rayonun adını yazdım.Amma bu məlumatlara uyğun biri tapılmadı.Bununla bağlı mənə ətraflı məlumat verə bilərsiz?

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
huseyn Soruşur Yazılma Tarixi:03.07.2013 14:04:55

men 1996 may ayinin 29 anadan olmuwam eger ali mektebe girmesem ne vaxt herbiden cagiracaqlar

29.05.1996-cı ildə doğulmuş vətəndaş 2014-cü ilin iyul çağırışında müddətli həqiqi hərbi xidmətə cəlb ediləcəkdir.
samxal Soruşur Yazılma Tarixi:03.07.2013 13:56:19

930 nomreli herbi hisse barede bilmek isterdim

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
Ramil Soruşur Yazılma Tarixi:03.07.2013 12:20:06

salam men bilmek isterdimki cagiriw muddeti ne vaxta kimi davam edir?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunun 12.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Ferid Soruşur Yazılma Tarixi:03.07.2013 11:32:14

Xais edirem ki deyerdiniz men axtaris etdim DQ dusduyum yazildi seferberlik idaresindende sorusdum menim qulluq edeceyim yerin adi yeni nomresi yazilmadi deqiq olaraq hara dusduyumu oyrenmek ucun kime ve ya haraya muraciet etmeliyem .....

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
Tural Soruşur Yazılma Tarixi:03.07.2013 11:29:07

Salam Sualim oduki.Menim Cagirisim Ayin 12-ne teseduf edir .Men Indi Gurcustana ve Ya Turkiyeye 4-5 gunluk getmek Imkanim var mi?Icaze varmi ya yoxdu?Mumkunse bu barede deyerdiz.Evvelceden Minnetdaram!

Müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar rayon çağırış komissiyasının təyin etdiyi vaxtda Xidmət rəisinin müvafiq sərəncamı ilə təyin olunduqları hərbi hissələrə göndərilməlidirlər.
teymur Soruşur Yazılma Tarixi:03.07.2013 10:14:39

salam men DSX ne dusmusem.ali tehsilim var,unverstetden TTM oxumaq ucun arayisda almisam.men herbiye getdikden sonra TTM OXUYUB NIKADIR kimi herbide qala bilerem?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyyə olunur.
Cədvəldə sətir sayı :14897