Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nurlan Soruşur Yazılma Tarixi:02.07.2013 12:37:24

Salam.Men DQ-ye dusmusem ve ayin 4unde herbi xidmete caqiriblar.Amma maqistra qebul olmusam ve neticelerimde artiq cixib ve Tehsil Nazirliyi mene ayin 12sine kimi senedlerimi universitete vermek imkani verib.Herbi komisarliq is meni tez getmeye mecbur edir.ayin 12sine kimi meni aparmaq huquqlari var?

Qeyd etdiyiniz məsələ ilə bağlı təsdiqedici sənədlə birlikdə qeydiyyatda olduğunuz idarə, şöbə və bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Şəbnəm Soruşur Yazılma Tarixi:02.07.2013 12:34:21

Salam. Menim qardasim Aslanov Cavid Sahib oglunun 18.03.1995-ci il tevelludlu Sumqayit seherde qeydiyatdadir. Vesiqe nomresi AZE № 09299197-dir. Bilmek isterdim ki qardasim herbi xidmete hara ve hansi vezifede qulluq edecek

Çağırışçının təyin olduğunuz hərbi hissə haqqında məlumatları şəxsi məlumatlarını daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.\n
habil Soruşur Yazılma Tarixi:02.07.2013 12:30:47

Naxcivan MR duşen cağirişcilar ne vaxt yola dusur?

Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrə təyin olunmuş çağırışçılar 15.07.2013-cü ili tarixdən etibarən xidmət yerlərinə göndəriləcəklər.
bahadir Soruşur Yazılma Tarixi:02.07.2013 12:29:06

bilmek isterdim afganistan muharibesi istirakcilari hansi imtiyazlara malikdir

Bildiririk ki, "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, "müharibə veteranı" sayılan şəxslərə sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsi və başqa sahələrdə veteranların hüquqları və güzəştləri müəyyənləşdirilmişdir.
Rəhim Abasəliyev Soruşur Yazılma Tarixi:02.07.2013 12:20:59

Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin Təşkili və idarə edilməsi fakultəsinin 108 qrup tələbəsi Abasəliyev Anar Rəfi oğlu oxuduğu 4 il müddətində aşağıda göstərilən 5 fəndən akademik borcu qalmışdır:\n1. Riyaziyyat 1 - 90saat(6kredit)\n2. Riyaziyyat 2 - 60saat(4kredit)\n3. Mikroiqtisadiyyat - 90saat(6kredit)\n4.Makroiqtisadiyyat - 60saat(4kredit)\n5. Ekonometrka - 60saat(5kredit)\n\nZəngilan rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış bölməsi tərəfindən övladımız hərbi xidmətə çağrılmış və həkim komissiyasından keçirilmişdir.\nBiz valideyn olaraq istəyirik ki, övladımız təhsilini 5 akedemik borcunu bitirib, hərbi xidməti borcunu yerinə yetirsin.\nBunun üçün biz nə etməliyik?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
ceyhun Soruşur Yazılma Tarixi:02.07.2013 12:16:58

men herbi xidmetde MN herbi xidmetedusmusem.bilmek isteyirem hansi xidmete dusmusem

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
sabir Soruşur Yazılma Tarixi:02.07.2013 12:14:37

Hərbi hissənin nömrəsi : 109

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
ceyhun Soruşur Yazılma Tarixi:02.07.2013 12:06:16

men dusmusem herbi xidmetde MN hasixidmet novudu

Müdafiə Nazirliyi
Letafet Soruşur Yazılma Tarixi:02.07.2013 11:15:48

salam..menim bibim oglu Kerimli Togrul Agazer oglu 12.11.1993 tevellud..Lenkeranda 929-cu castdadir..bu ay herbi xidmeti bitirib gelmelidi..men bilmek isteyirem Lenkeranda olan esgerlerimizi ne vaxt buraxacaqlar?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək, qanunla müəyyən edilmiş xidmət müddətlərini başa vurmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları hərbi xidmətdən ehtiyata buraxılırlar.
Qalib Soruşur Yazılma Tarixi:02.07.2013 11:00:56

859-D Həhbi hissə haqqinda məlumat istəyirəm

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
Cədvəldə sətir sayı :14897