Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Polad Soruşur Yazılma Tarixi:02.07.2013 19:26:48

salam men Ibrahimov Polad Mahir oglu herbi xirmeti harada cekeceyimi bilmek iterdim

Çağırışçının təyin olduğunuz hərbi hissə haqqında məlumatları şəxsi məlumatlarını daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
vuqar Soruşur Yazılma Tarixi:02.07.2013 19:16:51

salam...men daxili qowunlara duwmuwem amma hansi herbi hisseye duwduyum bilinmir...onu nevax oyrene bilerem?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
tural Soruşur Yazılma Tarixi:02.07.2013 19:12:27

sefiyev elvin elihuseyin oqlu cellabad rayonu goytepe seherihara dusduyunu bilmek isteyirem

Çağırışçının təyin olduğunuz hərbi hissə haqqında məlumatları şəxsi məlumatlarını daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
vuqar Soruşur Yazılma Tarixi:02.07.2013 19:04:21

salam..men daxili qowunlara duwmuwem amma hansi herbi hisseye duwduyum bilinmir?o nevaxt bilinecek?

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
Musa Soruşur Yazılma Tarixi:02.07.2013 18:36:00

men 15 iyulcagiriscisiyam ama adim cixmiyib ne vaxt cixacaq bilmey olur xaiw edirem cavab yazin

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Surac Soruşur Yazılma Tarixi:02.07.2013 18:35:28

Salam.mənim diz sınığı problemim var.mayın 30u Masallıda yoxlanışdan keçmişəm.mənə deyilib cavab gələcək amma hələdə cavab yoxdu.

Çağırışçıların tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlət Kabinetinin 29.02.2008-cü il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən aparılır. "Azərbaycan Respublikası vətəmdaşlarının 2013-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların ehtiyyata buraxılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyun tarixli 2927 nömrəli sərəncamıına əsasən çağırış müddəti bitənədək barənizdə qərar qəbul olunacaqdır.
Togrul Soruşur Yazılma Tarixi:02.07.2013 18:25:13

Salam, DSX-ne dusen cagiscilarin deqiq xidmet yerini nece oyrenmek olar?

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
Senan Soruşur Yazılma Tarixi:02.07.2013 17:04:32

ayin 15i gedenlerin hara dusduyu ne vaxt bilinecek ?

Çağırışçının təyin olduğunuz hərbi hissə haqqında məlumatları şəxsi məlumatlarını daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.\n
Razim Soruşur Yazılma Tarixi:02.07.2013 16:07:04

salam...bilmek isteyerdim DSX xidmetine dusmusem...men hansi bolgemizde herbi xidmetde ola bilerem??

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
Farid Soruşur Yazılma Tarixi:02.07.2013 16:04:42

Salam.men sizden sorusmaq isterdim ki,herbi hekim komisiyasindan herbi xidmete yararli oldugum melum oldu.7 gun once avtomobil qezasi zamani sag baldirimin sumuyunde catlama olub ayagimda sis emele gelib.hekimin yazdigi senede esasen sisin ve catlagin sagalma muddeti 1 ildir.men bu halda herbi xidmete gede bileremmi?\nya bu halda mene 1 illik mohlet verilecekmi?\nmohlet verilecekse hansi senedleri teqdim etmeliyem herbi komisarliga?

Siz, xidmətə göndərilməzdən əvvəl qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında təkrar tibbi baxışdan keçiriləcəksiniz, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
Cədvəldə sətir sayı :14891