Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Orxan Soruşur Yazılma Tarixi:01.07.2013 18:11:54

mən 1995.04.05 təvəludlu Kəpəz rayon çağırışçsıyam harada xidmət etməyimi bilmək isdəyirəm

Çağırışçının təyin olduğunuz hərbi hissə haqqında məlumatları şəxsi məlumatlarını daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
xuraman Soruşur Yazılma Tarixi:01.07.2013 17:54:06

Men 2-ci qrup elilem,heyat yoldashim ise 6 ildir rehmete gedib, bir qizim ve bir oglum var hansi ki,iyul 2013 cagirishcisidir.Harada xidmet etmesinde bu veziyyet bir rol oynayirmi?

Qeyd etdiyiniz məsələ ilə bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununda heç bir müddəa nəzərdə tutulmamışdır.
irade Soruşur Yazılma Tarixi:01.07.2013 17:51:26

men bilmek isteyirem ki, menim xalam oglu hansi bolgeye dusub.

Çağırışçının təyin olduğunuz hərbi hissə haqqında məlumatları şəxsi məlumatlarını daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
ixtiyar Soruşur Yazılma Tarixi:01.07.2013 17:45:30

212 nomreli herbi hisse hansi bolgededi?

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
TURQUT Soruşur Yazılma Tarixi:01.07.2013 17:11:49

SALAM , men hansi casta hara duwmusem zehmet deyilse cvblandirardiniz. 03.03.1992 salyan . quliyev turqut siyasət oglu

Çağırışçının təyin olduğunuz hərbi hissə haqqında məlumatları şəxsi məlumatlarını daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
Nurlan Soruşur Yazılma Tarixi:01.07.2013 17:02:05

Axtardığım şəxsin hansı hərbi hissəyə düşdüyünü öyrənə bilmirəm. Məlumatları daxil eləmişdim

Çağırışçı haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğu idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Şahin Soruşur Yazılma Tarixi:01.07.2013 16:48:04

mən ali təhsilli kimi xidmətə 1 il gedirəm. bilmək istəyirəm ki, mən 3 ay kurs oxuyub "leytnant" rütbəsi ilə nə qədər vaxt xidmət edecəm və vaxt bitdikdən sonra təxris oluna biləcəmmi?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyyə olunur. \n
Naile Soruşur Yazılma Tarixi:01.07.2013 16:33:17

Salam oglum 051-130-a dusub.Onun daimi esgerlik cekdiyi yer hansi olacag?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Elxan Soruşur Yazılma Tarixi:01.07.2013 16:31:10

Salam men 051-130-a dusmusem ora haradi.

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
Əfqan Soruşur Yazılma Tarixi:01.07.2013 16:08:30

korpusun nömresi bilirem hara düşmüşəm.bes hansı hissəyə düşdüyümü nece bilim

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
Cədvəldə sətir sayı :14897