Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Zohrab Soruşur Yazılma Tarixi:01.07.2013 10:12:04

444 sayli herbi hisse haradir.

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
Emin Soruşur Yazılma Tarixi:01.07.2013 10:05:23

salam.men bu sayttan semkir rayonuna herbi duseceyimi oyrendim.sonra bugun herbi komisarliqdan semkirden agstafa rayonuna boluneceyimi dediler.bu 40gunluy telimden sonra olacaq yoxsa getdiyim gun?choxsagolun

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Taleh Soruşur Yazılma Tarixi:01.07.2013 10:05:22

Salam Aleykum.mənim gozumdə cox zəiflik var (-3) və məni həqiqi hərbi xidmətə cagiriblar 10.07.13 tarixinde bərdə 051 çasta.Sonra isə dedilerki ordanda gondəriləcəm 190 hərbi hissəyə.Mənim bildiyimdən 190 hərbi hissə agdamdadi.Bilmək istəyirəm mənin zəif gormə qabiliyətimlə məni gondərə bilərlər?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
SADAQAT Soruşur Yazılma Tarixi:01.07.2013 10:01:57

OĞLUM 1995-Cİ İLDƏ 10 İYULDA NİZAMİ RAYONUNDA ANADAN OLUB. BİLMƏK İSTƏYİRƏM DÜŞDÜYÜ HƏRBİ HİSSƏNİN ADINI. VERDİYİNİZ HƏRBİ XİDMƏT SAYTINA DAXİL OLARAQ HEÇ BİR MƏLUMAT ƏLDƏ EDƏ BİLMİRİK. XAHİŞ EDİRİK HACIYEV FƏRİD ARİF OĞLU 10.07.1995 TƏVƏLLÜDLÜ VƏTƏNDAŞ HANSI HƏRBİ XİDMƏTƏ QEYDƏ ALINIB.

Çağırışçı haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğu idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Zaur Soruşur Yazılma Tarixi:01.07.2013 09:56:24

men yaziram melumatlari hara duwduyum cixmir. getdim voenkamata dediler ayin 10 unnan sonra. ne demekdi bu? niye bilinmir hara duwduyum

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır.Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
Sərxan Soruşur Yazılma Tarixi:01.07.2013 09:56:10

Salam.Mən saytın hərbi xidmət bölməsinə məlumatlarımı yazıram,lakin hara düşdüyümü göstərmir.(bu məlumatlarda insan tapılmadı yazılır).Qeydiyyatda olduğum hərbi komisarlığa getdim ordakı siyaha da adım yox idi.Mən necə öyrənə bilərəm???

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır.Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
Munasib Soruşur Yazılma Tarixi:01.07.2013 09:54:03

Salam men bilmek isterdim herbi hissesin nomresi 193 bilmek olar haradi ora?

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
Həmzə Soruşur Yazılma Tarixi:01.07.2013 09:52:39

salam.men 193 sayli herbi hisseye dusmusem.bile bilerem ordan sora hara dusecem?evvelceden twk

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
musa Soruşur Yazılma Tarixi:01.07.2013 09:45:31

706 sayli herbi cast hansi rayondu?

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
Əli Soruşur Yazılma Tarixi:01.07.2013 09:44:28

salam. mənim şəxsiyyət vəsiqəmdə soyad yazılmayıb. yalnız adım və ata adım göstərilib, men hansı hərbi hissəyə düşdüyümü hərbi xidmət bölməsindən öyrənmək üçün soyad xanasına nə yazmalıyam? cünki soyad xanasını böş qoyanda sistem soyad istəyir.

Bildiririk ki, soyadı olmayan çağırışçılar müvafiq bölmədə soyadının yerinə X işarəsini daxil etməklə təyin olunduğu hərbi hissə haqqında məlumat ala bilər.
Cədvəldə sətir sayı :14897