Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
zaur Soruşur Yazılma Tarixi:01.07.2013 09:43:46

salam mən DSX-ya düşmüşəm amma hərbi hissənin nömrəsi göstərilməyib xaiş edirəm bu haqda məlumat verəsiniz

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
Bəxtiyar Soruşur Yazılma Tarixi:01.07.2013 09:35:46

Salam. Mənim qardaşım DSX-ə düşüb. Ancaq hansı bölgə və neçə nömrəli hərbi hissə qeyd olunmayib. Bu barədə məlumat əldə etmək istəyirəm.

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
Nigar Dadashova Soruşur Yazılma Tarixi:01.07.2013 09:34:08

AZƏRBAYCAN RESPUBLİKASI\nSƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ \nDÖVLƏT XİDMƏTİNİN RƏİSİ\ngeneral-leytenant Yusif oğlu Arzu RƏHİMOVA\n\n\n\n\n01.11.1999-cu ildən 10.04.2010-cu ilədək Suraxanı rayon hərbi komissarlığında, 10.04.2010-cu ildən 20.12.2010-cu ilədək isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rabitə kafedrasında “operator” vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət etmişəm. \n18.02.2011-ci ildən 09.07.2012-ci ilədək Azərbaycan Respublikasının Hərbi Komissarlığında rəis köməkçisi vəzifəsində (yarımştat) işləmişəm. 09 iyul 2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ştatların ixtisar edildikdə) işdən azad edilmişəm. Orta-ixtisas təhsilliyəm. \nHörmətli general-leytenant Arzu Rəhimov Sizdən çox xahiş edirəm ki, mənə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə hərbi xidmətə qəbul edə bilərsiz?\nƏvvəlcədən öz minnətdarlığımı bildirirəm.

Nəzərinizə çatdırırıq ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçün nəzərdə tutulmuş vəzifələr üzrə ixtisasınıza uyğun vakant yerlər olmadığı üçün, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün deyil.
Kamran Soruşur Yazılma Tarixi:01.07.2013 09:14:14

men sizin saytdan harda xidmet edeceyimi orgenmisem.bilmek istyremki men herbi xitmetimi daimi olaraq 212 sayli herbi hissede kecirecem yoxsa ordan harasa gonderileceyik?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Turan Soruşur Yazılma Tarixi:01.07.2013 08:47:32

Salam men bilmek isteyirdimmki goresen Magistratura imtahaninin neticelerini universtetde qeydiyyatdan kecirmek ucun herbi komisarliq mene qeyri shertsiz mohlet vere biler 1 hefte ya 10 gun?

Qeyd etdiyiniz məsələ ilə bağlı təsdiqedici sənədlə birlikdə qeydiyyatda olduğunuz idarə, şöbə və bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Natiq Soruşur Yazılma Tarixi:01.07.2013 08:42:48

Salam,30.07.1995 tevelludlu mirzeyev natiq eli oglu celilabad rayon goytepe seher cagiriscisidir.Hansi herbi hisseye dusduyumu bilmek isteyirem

Çağırışçının təyin olduğunuz hərbi hissə haqqında məlumatları şəxsi məlumatlarını daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
Samur Soruşur Yazılma Tarixi:01.07.2013 08:42:36

Salam.Men Aztu mezunuyam.600 sayli herbi hisseye dusmusem.Deniz donanmasinda xidmet muddetim nece ay olacaqdir..Ali tehsilli cagiriscilar 18 ay xidmet edecek deye soz esitmisem..Bu ne derecede duzgundur. Xahis edirem sualima cavab veresiz..

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununu 38-ci maddəsinə əsasən ali təhsili olan - 1 il, qalan bütün əsgər, matros və çavuşlar - 1 il 6 ay müddətinə həqiqi hərbi xidmət keçirlər.
tagi Soruşur Yazılma Tarixi:01.07.2013 08:42:14

929 sayli herbi hisse harda yerlesir men ordan sonra hansi herbi hisseye gedecem?

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
Ruslan Soruşur Yazılma Tarixi:01.07.2013 08:40:16

212 sayli hərbi hissəyə Beyləqana duşmuşəm.Ola bilsin ki andiÇmədən sonra başqa rayona məsələn Fizuliye göndərsinlər?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Aydinchik Soruşur Yazılma Tarixi:01.07.2013 08:38:52

193 nomreli herbi hisse harda yerlesir?mudafie nazirliyinin

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
Cədvəldə sətir sayı :14897