Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
tamerlan Soruşur Yazılma Tarixi:01.07.2013 07:41:30

hansi bolgede xidmet edecem?

Çağırışçının təyin olduğunuz hərbi hissə haqqında məlumatları şəxsi məlumatlarını daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
sehriyar Soruşur Yazılma Tarixi:01.07.2013 07:41:04

salam men fuzulidenem..meni 3u caqira cagiriblar ama adim cixmayib hara dusmusem vayinkamatdanda mene hecne bildirmirler xais edirem menim isime baxardiz?cox sagolun

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır.Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
Şahin Soruşur Yazılma Tarixi:01.07.2013 07:35:20

Mən Bakiya ayin 24ü gəlmişəm, 25i sənədlərimi voenkamata vermişəm. Hələm çıxmıyıb hara düşdüyüm, bilmey olar nevaxt çıxacaq, oktyabra qalmaq istəmirəm. Bunun üçün nə etməliyəm? \nSuraxani rayonundan Eliyev Sahin Elxan oglu

Hörmətli İstifadəçi Tezliklə Sualınıza Cavab Yazılacaq
Serxan Soruşur Yazılma Tarixi:01.07.2013 07:31:17

Salam men Gencede yasayiram men bilmek isteyirem herbi xidmeti harada edeceyem!? Iyun ayinin 30-u deyirdiler amma ayin 1-i oldu hele cixmayib!!!

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Tural Soruşur Yazılma Tarixi:01.07.2013 07:30:58

Mən Orucov Tural magistraturaya imtahan vermişəm, ixtisas seçimi etmişəm. Nəticələr hələ TQDK tərəfindən elan edilməyib.Müsabiqənin nəticələri bilinmədən məni 03.07.2013 tarixdə hərbi xidmətə çağırıblar.Müsabiqənin nəticələri və qeydiyyat üçün hərbi xidmətə aparılma vaxtı dəyişdirilə bilərmi?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
tural Soruşur Yazılma Tarixi:01.07.2013 07:20:39

salam.zəhmət olmasa Qasımov Yengibar Müşviq oğlunun hərbi xidmətini etməsi üçün hansı bölgəmizə təyin olduğunu deyərdiz.əvvəlcədən təşəkkür edirəm

Çağırışçının təyin olduğunuz hərbi hissə haqqında məlumatları şəxsi məlumatlarını daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.\n
FERID Soruşur Yazılma Tarixi:01.07.2013 07:19:37

salam men 5-iyul cagriscisiyam herbi xidmet bolmesinde sorgunu doldururam cavab gelmir ne etmeliyem

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
aydin Soruşur Yazılma Tarixi:01.07.2013 07:17:55

bunan 3 seferdi yaziram amma ki, bir melumat verilmir xais edirem komeklik gosteresiniz.

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Gülhəsən Soruşur Yazılma Tarixi:01.07.2013 07:13:24

salam, mən MN 193 duşmuşəm bilmək istoyirəm ordan hansi hərbi hissəyə göndəriləcəyə?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
aydin Soruşur Yazılma Tarixi:01.07.2013 07:08:16

salam men nece bilim hara dusmusem

Çağırışçının təyin olduğunuz hərbi hissə haqqında məlumatları şəxsi məlumatlarını daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
Cədvəldə sətir sayı :14891