Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
gunay Soruşur Yazılma Tarixi:01.07.2013 03:32:11

salam menim qardasimi iyul ayinin 23 ne cagrilib bilmek olar indiden o hara dusub

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Toğrul Gülməmmədov Soruşur Yazılma Tarixi:01.07.2013 03:19:53

Salam! 516 saylı hərbi hissə harada yerləşir? Xahiş edirəm cavablandırasınız

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
Şaban Soruşur Yazılma Tarixi:30.06.2013 20:22:25

Salam mən Əsədov Şaban Cavanşır oğlu, 14 fevral 1994 il, mən keçən il ayağı sındırmışam, və məni götürmədilər, 3 ilden sonra dedilər çağırış olacaq, indi ayağ yaxşidir həkim dedi gede bilərəm, 1 il 4 ay keçdi, mən gedmək istiyirəm, mən bu ile kommisiya keçmək təzdən bilərəm ya da o 3 il erzinde gəlməliyəm?

Azərbaycan Respublikası NAzirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamı"nin 6.3 maddəsinin tələblərinə əsasən hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilə bilər.
Ali Soruşur Yazılma Tarixi:30.06.2013 18:57:58

Salam axwaminiz xeyir.Niye hara duwduyumuz bilinmir hele? Birdeki esgerlik 1il 6 aydi yoxsa 2il?

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır.Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
Cagrishchi Soruşur Yazılma Tarixi:30.06.2013 18:38:44

Salam, Men Naxcivana MN 705-e dushmushem, bilmek isteyirem nevaxt gedecem?

Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrə təyin olunmuş çağırışçılar 15.07.2013-cü il tarixdən etibarən xidmət yerlərinə göndəriləcəklər.
Tural Soruşur Yazılma Tarixi:30.06.2013 18:36:45

Mən öz adımı, soyadımı, atamın adın və doğum tarixini şəxsiyyət vəsiqəsində olduğu kimi yazıram, amma məlumat çıxmır.Qeyd olunur: (Axtarış Zamanı Bu Məlumatlara Uyğun Gələn İnsan Tapılmadı)

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
araz Soruşur Yazılma Tarixi:30.06.2013 18:27:56

qeydiyyatdan kecirem cavab gelecek yazilib ama gelmir duzgun kecmemisem qeydiyyatdan?

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Elmi Soruşur Yazılma Tarixi:30.06.2013 18:25:26

Mən evin tək ogluyam həta bacimda yoxdur atam isə rəhmətə gedib anam yataq xəstəsidir.Mən arxada olan hərbi hissələrə duşə bilərəmmi.

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçıların həqiqi hərbi xidmət keçmək üçün yuxarıda qeyd olunan qoşun növlərində əks ərazi prinsipi nəzərə alınmaqla hərbi hissələrə təyin olunurlar. Ailədə tək övlad olan çaöırışçılara həqiqi hərbi xidmətə çağırışla əlaqədar qanunvericilikdə hər hansı güzəşt nəzərdə tutulmamışdır.
elnur Soruşur Yazılma Tarixi:30.06.2013 18:19:44

agdas rayonu 1994.08.10tevelludlu umudeliyev perviz tofiq oglu hara dusduyunu bilmek isteyirem

Çağırışçının təyin olduğunuz hərbi hissə haqqında məlumatları şəxsi məlumatlarını daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
Qasim Soruşur Yazılma Tarixi:30.06.2013 18:19:39

salam men FHN-e dusmusem hansi rayona onu ne vaxt bilecem ?

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
Cədvəldə sətir sayı :14901