Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
axmed Soruşur Yazılma Tarixi:30.06.2013 17:38:15

212 sayli herbi hisse harda yerlewir??xaiw cavabinizi gozleyirik

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
TURAL Soruşur Yazılma Tarixi:30.06.2013 17:32:11

salam.men karate uzre avropa ve dunya cempionuyam.ve mene gore herbi xidmetime gore idman nazirliyinden bir basa seferberlik xidmetinin reisinin unvanina mektub yollanilib.sadece olaraq bu mektub bolu nmeden 1 gun evvel teqdim edilib...bilmek isterdim bundan sonra nese deyiwiklik ola bilermi?

Müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar rayon çağırış komissiyasının təyin etdiyi vaxtda Xidmət rəisinin müvafiq sərəncamı ilə təyin olunduqları hərbi hissələrə göndərilməlidir.
nadir Soruşur Yazılma Tarixi:30.06.2013 17:30:45

salam,men hara dusmeyim haqqda setrafli melumati nece alim ve ya hacan cixar saytda melumat/sadece sdx-de qulluq edeceyim bilinir.evvelceden tskler

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
elcin Soruşur Yazılma Tarixi:30.06.2013 17:21:39

meni herbi xidmete cagirilmisam ama har dusduyumu oyrene bilmirem

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Aydin Soruşur Yazılma Tarixi:30.06.2013 17:20:26

men herbiye gedirem amma burda yaziram bilinmirki hara dusmusem

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
rasim Soruşur Yazılma Tarixi:30.06.2013 17:19:16

esgerlerin hara düşeceyini ne vaxt bilmek olar?30 iyundu amma hele çıxmayıb

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
tural gulushov Soruşur Yazılma Tarixi:30.06.2013 17:10:05

salam bilmək istəyirəm MN müdafiə nazirliyi gedir ya milli ordu?

Müdafiə Nazirliyi
Elsevər Soruşur Yazılma Tarixi:30.06.2013 17:03:24

Bilmək istəyirəm 950 saylı Hərbi hissə hansı qoşun növünə aiddir.

Müdafiə Nazirliyi
xudaverdi Soruşur Yazılma Tarixi:30.06.2013 17:01:44

iyunun 2si esger gedirem hara dusduyumu oyrenmek isteyirem

Çağırışçının təyin olduğunuz hərbi hissə haqqında məlumatları şəxsi məlumatlarını daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz
Elcin Soruşur Yazılma Tarixi:30.06.2013 17:00:46

Menim adim cixmayib Haciyev Elçin Eldəniz ..neyniyim indi men niye cixmiyib ?kime muraciet eliyey

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Cədvəldə sətir sayı :14891