Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Alim Soruşur Yazılma Tarixi:20.06.2013 15:20:47

Salam men iyulun 1-i Hərbi xidmətə cagırılmişam.Bilmek Isteyirem iyunnun 30 yox oz Vayenkomatimnan daha tez oyrene bilerem hara dusduyumu?\\\\\\\\Zehmet olmasa sualimi cavablandirin.!!!

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.
Nəbiyev Ceyhun Edil oğlu Soruşur Yazılma Tarixi:20.06.2013 12:21:35

Salam! Səfərbərlik Xidmətində qulluğa\\nqəbul olunmaq üçün hansı sənədləri təqdim etməliyəm və namizədlər qarşısında hansı tələblər irəli sürülür.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbul olunmaq üçün vətəndaşlar tərəfindən ərizə, anket, tərcümeyi-hal, şəxsiyyət vəsiqəsi, hərbi bilet, əmək kitabçası və təhsil haqqında sənəd təqdim edilməlidir. Müraciət edən vətəndaşlarla söhbət aparılır, aldıqları təhsilə uyğun olaraq bilik səviyyələri yoxlanılır və ümumi dünya görüşləri öyrənilir.
kamran Soruşur Yazılma Tarixi:20.06.2013 08:37:17

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.

Hörmətli İstifadəçi Tezliklə Sualınıza Cavab Yazılacaq
adisirin Soruşur Yazılma Tarixi:20.06.2013 08:30:37

menim her iki gozumde menfi 5 goz zeifliyi onurgamda ise 3dereceli skalyoz var men herbi xidmete yararliyammi

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin ( şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcəksiniz, ehtiyyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən qərar qəbul ediləcəkdır.
səma Soruşur Yazılma Tarixi:20.06.2013 07:21:30

salam!\\\\nOktyabr ayının çağırışçılarından ali təhsilli olanlar TTM-in leytinant kursuna gedə bilərlərmi, yoxsa bu ancaq iyul çağırışçılarına aid edilir ? Mən istəyirdim ki TTM-in leytinant kursuna gedəm iyul ayından.Ancaq ağ ciyərimdə kalsionat olduğuna görə növbəti çağırışadək müayinə möhləti almışam. \\\\ntəşəkkürlər !

Azərbaycan Respublikası Müdafiə Nazirliyindən daxil olan sifarişə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müvafiq göstərişlər veriləcəkdir.
Səma Soruşur Yazılma Tarixi:20.06.2013 07:17:01

Salam. Mən ali təhsilliyəm. İxtisasım Jurnalistikadır. Hərbi xidmətimi leytinant kimi etmək istəyirəm(TTM). Mənim ixtisasım buna imkan verirmi ?\\nTəşəkkürlər !

Azərbaycan Respublikası Müdafiə Nazirliyindən daxil olan sifarişə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müvafiq göstərişlər veriləcəkdir.
Azad Soruşur Yazılma Tarixi:19.06.2013 21:48:25

Salam. Menim her iki gozumun gorme qabiliyyeti -2dir. Bele esgerliye getmek olarmi? Eger olarsa acki ile getmeliyem? Bu mene problem yaratmaz? Xahish edirem ki, etrafli cavab veresiniz. Teshekkurler!

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin ( şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcəksiniz, ehtiyyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
Togrul Soruşur Yazılma Tarixi:19.06.2013 18:22:53

Salam, əgər bazu sümüyündəki sınığa qoyulmuş şin səbəbindən tibbi komissiya bir neçə aylıq möhlət hüququ verərsə, çağırışçının öz arzusu ilə o əsgər gedə bilərmi?\\nƏvvəlcədən təşəkkürlər

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin ( şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcəksiniz, ehtiyyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır. Hərbi xidmətə yararlı hesab edildiyiniz halda həqiqi hərbi xidmətə cəlb olunacaqsınız.
Camal Soruşur Yazılma Tarixi:19.06.2013 16:12:37

Salam Men Orta Mekdebi 9 Cu sinife Kimi Oxumusam Men HErbi Xidmetde Gizir Kimi Qala BIlerem?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən, ən azı tam orta təhsilli, azı 1 il həqiqi hərbi xidmət keçmiş əsgərlər, çavuşlar və 40 yaşınadək hərbi vəzifəlilərgizir və miçman kimi bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar.
Fərhad Soruşur Yazılma Tarixi:19.06.2013 06:42:17

Əliyev Fərhad Ziyadxan oğlu Nərimanov RHK 02.01.1992 təvəllüdlü. Harda qulluq edəcəyimi öyrənmək istəyirəm.

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.\\n
Cədvəldə sətir sayı :13924