Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Hikmət Soruşur Yazılma Tarixi:03.06.2013 21:45:15

Mən Qasımlı Hikmət Ədalət oğlu 2013 cü il İluy ayınin 3 də hərbi xidmətə cağırılmışam. Xahiş edirəm mənim qulluq edəcəyim yer barədə mənə məlumat veresiniz.

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.\n
Fuad Soruşur Yazılma Tarixi:03.06.2013 12:45:28

elektron şikayət ərizəsini hansı bölməyə daxil olub yazmaq olar?

sualınıza cavab olaraq bildiririk ki, elektron şikayət ərizəsini yazmaq üçün Xidmətin saytının "elektron xidmət" bölümünün "vətəndaş müraciəti" hissəsinə daxil olub müraciət növlərinin siyahısından "şikayət"bəndini seçməlisiniz.
Ehtiram Soruşur Yazılma Tarixi:03.06.2013 12:41:55

salam aleykum,men oyrenmekk istiyirem hara duwduyumu,ama nece defe yaziram deyir axtariwa uygun adam tapilmadi,bir nece adami yazmiwam yene tapmir,sizce bu neden olar?bir de ki ,herbi komisarligdan oyrene bilerem artig hara duwduyumu?

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.\n
həsrəddin quliyev Soruşur Yazılma Tarixi:03.06.2013 10:59:59

salam mən ümumi vətəndaşlıq pasportu almaq üçün möhlət yazdırmaq üçün yerli hərbi komissarligimiz olan Binəqədi rayon Hərbi komisarligina müracət etdim. Menim dogum tarixim 11.05.1995dir. Üniversitetde oxuduğum barede arayışı kamissarlığa təqdim etmişəm. Mənə dedilər ki,möhlətin verilməsi üçün iyulun ortalarından sonra yaxınlaş. Qanunvericilik de bele bir qayda var ki, 18 yaşın tamam olmasına baxmayaraq möhlət kagizi üçün cagırış vaxtına kimi yəni iyul ayını gözləməlisən?

Bildiririk ki, çağırış yaşlı vətəndaşlar barəsində rayon çağırış komissiyası tərəfindən hər çağırış ayının 1-dən 30-dək qərar qəbul edilir. Sizin barənizdə 2013-cü ilin iyul çağırışında Xidmətin Binəqədi rayon idarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq qərar qəbul ediləcək və "ilkin hərbi qeydiyyata alınma haqqında" vəsiqənizdə müvafiq qeydlər aparılacaqdır.
Nurlan Soruşur Yazılma Tarixi:01.06.2013 15:05:31

salam bilmek isterdim ki evin tek usaqlilqri baresinde neyse qerar verilibmi

Bildiririk ki, mövcud qanunvericilikdə ailənin tək övladının həqiqi hərbi xidmətə göndərilməməsi nəzərdə tutulmammışdır.
Oqtay Soruşur Yazılma Tarixi:31.05.2013 15:20:34

Salam, mende goz problemi var, iki gozumde astigmatizm var, biri gozunde \\n-6,25, o birde ise -3.\\nGözü məhdudiyyətlər hansılardır (dioptriyde)?

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu haıda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Ramil Soruşur Yazılma Tarixi:31.05.2013 12:26:35

Salam mən ali məktəbdə oxuyuram istəyirəm ki, mən Lənkaranda Dövlət Sərhəd Xidmətində xidmət eliyim. ozum Azərbaycan Texniki Üniversitetinin Radiotexnika və Rabitə Fakultəsinin Elektronika, Telekommunikasiya və radoitexnika ixtisasi üzrə təhsil alıram. bilmək istərdim mən əsgərliyə gedəndə orda öz ixtisasıma uyğun iş verəcəklər?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçıların həqiqi hərbi xidmət keçmək üçün yuxarıda qeyd olunan qoşun növlərində əks ərazi prinsipi nəzərə alınmaqla hərbi hissələrə təyin olunurlar.\n
Mehdi Soruşur Yazılma Tarixi:31.05.2013 11:51:27

salam,men bu il ali mektebi bitirmiwem,herbiyede cagrilmiwam iyul ayina,men isteyiremki nikadr leytinant kimi gedim,yardimci ola bilersiz?

2013-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyindən daxil olan sifarişə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müvafiq göstərişlər veriləcəkdir.
Nurlan Soruşur Yazılma Tarixi:31.05.2013 10:55:25

men hansi herbi hissede qulluq edecem?

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.
Ozal Soruşur Yazılma Tarixi:31.05.2013 10:49:11

salam men Qafarli Ozal Ramiz oqlu.Salyan rayonu herbi komisarliqi terefinden 02.07.2013 tarixinde herbi xidmete cagirilmisam.Harda xidmet edeceyimi bilmek isterdim

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.
Cədvəldə sətir sayı :13924