Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
samir Soruşur Yazılma Tarixi:15.05.2013 07:47:44

Salam.Menim gozum -4 du herbi xidmete yaraliyam?

Hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin hərbi-həkim komissiyasında həkim-mütəxəssislər tərəfindən həqiqi hərbi xidmətə çağırışa hazırlıqla əlaqədar aparılacaq tibbi şəhadətləndirmə zamanı Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə qərar qəbul olunacaqdır.
Elnur Soruşur Yazılma Tarixi:15.05.2013 06:15:44

men Ağazadə Elnur Rüfet oqlu, Lenkeran rayonun Boladi kendinde yaşayiram, 02 iyul 2013 meni herbi xidmete caqrıblar bilmek isteyirem hara duşmuşem?

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.
Vafa Soruşur Yazılma Tarixi:14.05.2013 11:43:17

salam. sualimi cavablandırdığınız üçün teşekkür edirem.Biz tehsil haqqında sənədi Yanvar ayında təqdim etmisik.İndi ne etmeliyik bu barədə məlumat verməyinizi çox xahiş edirəm.Əvvəlcədən minnətdarlığımı bildirirəm.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 21.1.4-cu maddəsinə əsasən təhsilinizi davam etdirmək üçün həqiqi hərbi xidmətə çağırışdan möhlət almaq üçün Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Tağıyev Vüsal Vidadi oğlu Soruşur Yazılma Tarixi:14.05.2013 08:30:56

Mən hansı rayonda hərbi xidmətdə olacağam

Özünüz haqda verdiyiniz məlumatlar tam olmadığı üçün sualınıza cavab vermək mümkün deyil.Xahiş edirik soyadınızı, adınızı, atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsini qeyd edəsiniz.
Elshad Soruşur Yazılma Tarixi:14.05.2013 05:48:12

Salam.\\nMənim qohumum 16 dekabr1994 təvəllüdlü Hüseynzadə Əli Rafiq oğlu anadangəlmə tək böyrək olduğu üçün 2013-çü il yanvar ayında Tovuz rayon hərbi səfərlik və hərbi çağırış şöbəsi tərəfindən Bakı şəhərinə Dövlət Sərhəd Xidmətinin nəzdində həkim komissiyasına göndərilmiş,müayinənin nəticələri bu günə qədər Tovuz rayon SHX şöbəsinə göndərilməmişdir.Xahiş edirəm kimə və hara müraciət olunması barədə köməklik göstərəsinız.

1994-cü il təvəllüdlü Hüseynzadə Əli Rafiq oğlu 2013-cü ilin yanvar çağırışında Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasında şəhadətləndirilərək "Sükh dövründə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlı" hesab edilmişdir. Əli Hüseynzadənin hərbi qeydiyyat sənədlərini almaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə müraciət etməlisiniz.
Səmayə Soruşur Yazılma Tarixi:13.05.2013 17:59:20

Mən Cəfərova Səmayə Gülyar qızı oğlum Cəfərov Vüsal Ağacəfər oğlunun anasıyam, Yasamal rayonu Şamil Əzizbəyov ev 47 ünvanda yaşayıram. Həyat yoldaşım Cəfərov Ağacəfər Süleyman oğlu əsəb ilə əlaqədar 2 ci qrup əlildir. Oğlum Yasamal rayonu səfərbərlik idarəsində qeydiyyatdadır. Oğlum uşaqlıqdan əsəblə bağlı problemlər keçirir. Son 2012 ci ildə 3 defə özündən getməsi olub. Müalicə və düzgün diyaqnoz qoymaq üçün bizə 2 saylı Ruhi əsəb dispanserə poliklinika tərəfindən göndəriş verilib. Lakin 2 saylıda komissarlığın möhürü olmasa qəbul etmirlər. Komisarlığa dəfələrnən getmişik və bizi qəbul edib möhür vurmaqdan imtina edirlər. Əsəsb problemi qalıb bir yana göndərillər üəyi yoxlamağa.Oğlum müalicə almaq üçün və dərmanı reseptlə almaq üçün dəqiq diaqnoz qoyulmalıdır. Xahiş edirəm Yasamal Komissarlığına göstəriş verəsiniz ki, uşağımın diaqnozunu teyin elemək üçün 2 saylı Ruhi Əsəb Dispanserində müayinə olmasına şərayit yaratsınlar. Əlavə olaraq bildirirəm ki, mənim qardaşım Hacıməmmədov Vəli Gülyar oğlu qarabağda, Ağdamın müdafiyəsi uğrunda gedən döyüşlərdə 31 Dekabr 1993-cü ildə Şəhid olmuşdur. Əvvəlcədən Təşəkkür edirəm.

Övladınız Cəfərov Vüsal Ağacəfər oğlunun 2 saylı Ruhi Əsəb Xəstəxanasında müayinəsinin təmin olunması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinə müvafiq göstəriş verilmişdir. Bu səbəbdən Vüsal Cəfərovun Xidmətin Yasamal rayon idarəsinə gəlməsi vacibdir.
Vüsal Soruşur Yazılma Tarixi:13.05.2013 12:02:02

Salam. Məndə hərbi qeydiyyata duşəndə hər iki ayağda ikincidərəcəli yastıpəncəlik aşkarlanıb. Bu xesteliye hansı maddə düşür və həmin maddənin nəticəsi necə izah olnur? Öncədən təşəkkürlər.

Hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölməsinin hərbi-həkim komissiyasında həkim-mütəxəssislər tərəfindən həqiqi hərbi xidmətə çağırışa hazırlıqla əlaqədar aparılacaq tibbi şəhadətləndirmə zamanı Sizin xəstəliyinizin hansı maddəyə uyğun olduğu izah olunacaqdır.
Rəşad Soruşur Yazılma Tarixi:13.05.2013 09:45:44

salam.men 2007-2009cu illerde zabit olaraq xidmet etmishem.ehtiyat zabit olaraq texrise buraxilmisham.men bilmek isteyirem.zabit kimi xidmet edenlerin emek kitabcasinda bu barede qeydiyyat aparilirmi? aparilirsa yerli komissarliga muraciet etmeliik? sosial sigorta kartlarinda da eyni qaydada qeydiyyatlar aparilirmi ???

"Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların həqiqi hərbi xidmət, bağlaşma üzrə keçdiyi dövr onların ümumi əmək stajına daxil edilir. Sizin əmək kitabçanızda müvafiq qeydlər aparılmayıbsa, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyyə olunur. Sosial sığorta kartlarında qeydiyyatların aparılması ilə əlaqədar Dövlət Sosial Müdafiə Fonduna müraciət etməyiniz məqsədəuyğundur.
Solmaz Vəliyeva Soruşur Yazılma Tarixi:12.05.2013 10:00:58

Mənim oğlum boyu 195sm çəkisi 120 kq 02.02.1994 təvəllüd.Tibbi komissiya 1-ci dərəcəli arterial hipertenziya diaqnozu qoyub.Nizami rayon hərbi komissarlıqı üçüncü dəfədir 6 ay müddəti ilə ona möhlət verirlər.Belə uşaqlar hərbi qulluqa yararlıdırlar? Əvvəlcədən minnətdarlıqımı bildirirəm.

Oğlunuz haqda verdiyiniz məlumatlar tam olmadığı üçün sualınıza cavab vermək mümkün deyil.Xahiş edirik oğlunuzun soyadını, adını, atanısınln adını, təvəllüdünü və qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsini qeyd edəsiniz.
Orxan İsgəndərov Soruşur Yazılma Tarixi:12.05.2013 09:21:24

Salam.Mən iyul ayinda ali tehsilimi başa vurub herbi xidmete çağrılacam.Qardaşım da hal hazırda herbi xidmetdedir.Bilmek isteyrem ki qardaşimla eyni herbi hissede qulluq ede bilerem? Eger mumkundurse hara muraciet etmeliyem?

Bildiririk ki, qardaşınızla eyni vaxtda, eyni çağırış komissiyası tərəfindən həqiqi hərbi xidmətə çağırıldığınız halda, sizin bir hərbi hissədə xidmət etməyiniz mümkündür. Nəzərə alsaq ki, qardaşınız artıq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçudur, ona görə də sizin bir hərbi hissədə xidmət etməyiniz qanunvericilikdə nəzərdə tutulmamışdır.
Cədvəldə sətir sayı :13924