Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Amil Soruşur Yazılma Tarixi:21.05.2013 17:38:41

salam.men 4cu kurs telebesiyem .herbi komisarliqdan meni tibbi muayineden kecmek ucun cagirirlar ama men universitetden qala bilmediyim ucun rayona yoxlanisa gede bilmirem. bilmek istiyiremki menim ne vaxta kimi vaxtim var gedib yoxlanilmaga

2013-cü ilin iyul çağırışına hazırlıq məqsədi ilə tibbi şəhadətləndirilməniz və öyrənilməniz üçün Sizin qısa müddət ərzində Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyyə olunur.
Bəxtiyar Soruşur Yazılma Tarixi:20.05.2013 18:06:06

Salam. Mən, Hüseynov Bəxtiyar Qənbər oğlu 1966-cı il təvəllüdlü, ehtiyatda olan gizirəm. SHXÇDX-nin Xətai rayon idarəsində qeydiyyatdayam. 1992-2001-ci illərdə gizir rütbəsində Azərbaycan ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşam, müharibə veteranıyam. \\n Bilmək istəyirəm xidmət müddətində istifadə etmədiyim məzuniyyətlərə görə kompensasiya almaq üçün hansı təşkilata, nə şəkildə müraciət etməliyəm və hansı sənədləri təqdim etməliyəm. Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm.

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 217 nömrəli 28 sentyabr 2012-ci il tarixli Qərarına əsasən istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhər Xidmətinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nəzdində fəaliyyət göstərən komissiyalar tərəfindən həyata keçirilir.\n Odur ki, Milli Ordu sıralarından tərxis olunduğunuz üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
azer-859a Soruşur Yazılma Tarixi:19.05.2013 19:41:13

mene hele cagiris vereqesi gelmyib? sebebi?

Özünüz haqda verdiyiniz məlumatlar tam olmadığı üçün sualınıza cavab vermək mümkün deyil.Xahiş edirik soyadınızı, adınızı, atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsini qeyd edəsiniz.
malik Soruşur Yazılma Tarixi:19.05.2013 18:36:16

men bilmek isteyirem ki herbi xidmete geden esgerin cekisi nece kq olmalidir?onceden tewekkurler

Sualınıza cavab vermək üçün boy və çəki göstəriciləri, həmçinin digər məlumatlar lazımdır. Həqiqi hərbi xidmətə çağırılan zaman müvafiq şəhər və ya rayon çağırış komissiyasının hərbi-həkim komissiyası çağırışçının xidmətə yararlı olub və ya olmamağı haqda rəy verəckdir.
Emil Soruşur Yazılma Tarixi:19.05.2013 16:10:11

bineqedirayon seferberlik herbi xidmete cagiris dovlet xidmetinin cagiriscisiyam menim atam Axundov Sefa Fetulla oqlu Milliq qehremandir anam vefat edip,aileli olub ayrilmisam himayemde bes yashi ushaq var, men bu halda men esgerliye getmeliyem ya yox?

Bildiririk ki, Binəqədi rayon məhkəməsinin 20.02.2013-cü il tarixli qətnamısinə əsasən keçmiş həyat yoldaşınızla aranızda olan nigah pozulmuş və azyaşlı övladınız keçmiş həyat yoldaşınızın himayəsinə verilmişdir. Qeyd olunanları nəzərə alaraq Sizə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsinə qanuni əsas yoxdur və 2013-cü ilin iyul çağırışında qanunvericiliyə müvafiq olaraq ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqsınız.
seymur Soruşur Yazılma Tarixi:19.05.2013 13:59:17

men hara dusduyum haqda melumat ala bilmirem men melumat vere bilen var??

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.
Asim Soruşur Yazılma Tarixi:18.05.2013 18:00:43

Men denizcilik uzre tehsil almisam menim herbi deniz donanmasinda herbi xidmet kecmeyim mumkundur?Eger mumkundurse ne etmeliyem.Öncədən təşşəkür edirəm.

Özünüz haqda verdiyiniz məlumatlar tam olmadığı üçün sualınıza cavab vermək mümkün deyil.Xahiş edirik soyadınızı, adınızı, atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsini qeyd edəsiniz.
Mahirə Soruşur Yazılma Tarixi:18.05.2013 10:37:33

Mən bilmək istərdim ki, tək oğlu(yəni ailənin yeganə övladı) hərbi xidmətə aparılır və aparılırsa, sərhəd bölğələrdə xidmət edirmi? Öncədən təşəkkürümü bildirirəm!

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda ailənin tək övladının hərbi xidmətə çağırılmaması nəzərdə tutulmamışdır.
Samir Soruşur Yazılma Tarixi:17.05.2013 17:19:37

salam...men eyneksiz gormurem harda xidmet eliye bilerem arxa ve on cebhe olmaqla?

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək və hərbi xidmətə yararlı olduğunuz halda, yararlılıq kateqoriyasına müvafiq hərbi hissəyə təyin olunacaqsınız.
Umid Soruşur Yazılma Tarixi:16.05.2013 08:01:59

Once sizlere oz minatdarligimi bildirirem.Men Memmedzade Umid Abduleli oglu.Seferberlik ve Herbi Xidmete Cagiris Uzure Dovlet Xidmetinin Imisli rayon sobesi terefinden heqiqi herbi xidmete cagirilmisam xahis edirem bilmek isteyirem ki hansi herbi hissede xidmet edecem.

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.
Cədvəldə sətir sayı :13924