Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Quliyev Xaliq Meylağa. o. Soruşur Yazılma Tarixi:17.04.2013 11:45:15

Salam, bilmək istərdim ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Radioteleqrafçı ixtisası üzrə kurslar keçirilirmi? əgər keçirilirsə kurs barədə məllumat verməyinizi artıq dərəcədə xahiş edirəm.

Hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində olan "Hərbi Vətənpəvərlik və Mütəxəssiz Hazırlığı Mərkəzi" MMC-də hal-hazırda radioteleqrafçı ixtisaslı mütəxəssislərin hazırlığı aparılmır. Tədrisin başlanmasına hazırlıq barədə saytın elanlar bölməsində məlumat yerləşdiriləcəkdir.
Xeyrulla Soruşur Yazılma Tarixi:17.04.2013 10:54:20

eşitdiyimə görə Qarabağ müharibəsində şəhid olan hərbiçilərin siyahısını hazırlamısınız.Siyahıya harda baxmaq olar?

Bildiririk ki, Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında VETERANLAR və ŞƏHİDLƏR bölümündə baxa bilərsiniz.
Agayev Suleyman Soruşur Yazılma Tarixi:17.04.2013 10:26:10

Salam,bu yazilan suallara ne vaxt cvb verilecek bilmek isterdim...tsk

Bildiririk ki, vətəndaşlar tərəfindən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytına daxil olmuş bütün müraciətləri mövcud qanunvericilikdə və normativ-hüquqi aktlara əsasən mahiyyəti üzrə araşdırılır və qısa müddət ərzində cavablandırılır.
Orxan Soruşur Yazılma Tarixi:16.04.2013 20:08:23

Salam. Mən Kazımov Orxan Eldəniz oğlu, 1991-ci ildə Bakı şəhərində anadan olmuşam. Qeydiyyatım Xətai rayonunadır. Bu ilin iyul ayinda əsgərliyə gedəcəm. Xidmətimi hansı bölgədə olacağını bilmək istəyirəm

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz
Ozal Soruşur Yazılma Tarixi:16.04.2013 20:07:57

Salam, mən Rüstəmov Ozal Əkbər oğlu(Sumqayıt ŞHK, 23.06.1992-ci il təvəllüdlü) 2013-cü ilin iyul ayında hərbi xidmətə çağırılacağam. Zəhmət olmasa, hansı hərbi hissədə xidmət edəcəyim barədə məlumat verəsiniz.

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz
Əliəkbər Soruşur Yazılma Tarixi:16.04.2013 19:56:17

Salam, mən Ələsgərov Əliəkbər Əli oglu, 30.10.1992-ci ildə anadan olmuşam. 2013-cü ilin iyul ayinda hərbi xidmətə çağırılacağam. Hansı hərbi hissədə qulluq edəcəyim barədə məlumat almaq istərdim.

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz
Recebov Ferrux Zaman oglu Soruşur Yazılma Tarixi:16.04.2013 19:54:29

Salam, men Recebov Ferrux Zaman oglu 2013-cu ilin iyul ayinda herbi xedmete cagrilacagam.Zəhmət olmasa, hansı hərbi hissədə qulluq edəcəyim barədə məlumat verərdiniz

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz
Isa Sadayli Soruşur Yazılma Tarixi:16.04.2013 19:38:17

mən Sadayli Isa Tofiq oglu, 01.01.1991-ci il təvəlludlü, (Haciqabul RHK)hansı herbi hissede xidmet edəcəyimi bilmək istəyirəm.Əvvəlcədən təşəkkür.

Sizə \\"Hərbi vəzifə və hərbi xidmət haqqında\\" Azərbaycan Respublikasının Qanununun 21.1.4-cü maddəsinə əsasən təhsilinizi davam etdirməniz üçün 30.06.2013-cü il tarixədək həqiqi hərbi xitmətə çağırışdan möhlət hüququ verilmişdir.\\nTəyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının \\"Hərbi Xidmət\\" bölümündən əldə edə biləcəksiz
Fuad Soruşur Yazılma Tarixi:16.04.2013 19:15:52

Salam, mən Həsənli Fuad Hidayət oğlu 2013-cü ilin iyul ayında hərbi xidmətə çağırılacağam. Zəhmət olmasa, hansı hərbi hissədə qulluq edəcəyim barədə məlumat verərdiniz

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz
Nurməmmədov Səməd Hüseynqulu oğlu Soruşur Yazılma Tarixi:16.04.2013 19:13:57

Salam, mən Nurməmmədov Səməd Hüseynqulu oğlu 2013-cü ilin yul ayında hərbi xidmətə çağırılacağam. Şabran rayonunda anadan olmuşam. Abşeron rayonu, Xırdalan şəhərində qeydiyyatdayam. Zəhmət olmasa, hansı hərbi hissədə qulluq edəcəyim barədə məlumat verərdiniz

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz
Cədvəldə sətir sayı :13810