Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Qısxanim İskəndərova Soruşur Yazılma Tarixi:12.06.2013 07:57:03

Men İskenderova Qisxanim,56 yaşim var,yegane övladim bu il iluy ayinda həqiqi hebi herbi xidmətə getməlidir.Men yoldaşımı itirmişəm,hal- hazırda övladimla Xizi rayonunda yaşıyıram,mecburi köçkünəm və xəstəyəm.Tək istəyim övladımın heqiqi hetbi xidmeti yaşadığım rayona yaxin bir ərazidə çəkməsidir.Xəstə olduğuma görə,maddi imkanim yeterli olmadığına görə oğlum uzaq bir ərazidə xidmət edərsə bir ana kimi tez-tez gedib oğlumu görmək imkanım olmayacaq,ona görə də bir ana kimi oğlumun yaxın bir yerdə qulluq etməyini istəyirəm.Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinə ərizəylə müraciət etmişəm,müraciətimi cavablandırıblar,ancaq mənə konkret bir cavab verməyiblər.Mən sizdən öyrənmək istəyirəm ki,mən bunun üçün daha nə edə bilərəm və bele bir güzəştlər qanunvericilikdə nəzərdə tutulubmu?Xahiş edirəm mənim sualıma cavab veresiniz.

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçıların həqiqi hərbi xidmət keçmək üçün yuxarıda qeyd olunan qoşun növlərində əks ərazi prinsipi nəzərə alınmaqla hərbi hissələrə təyin olunurlar. Ailədə tək övlad olan çağırışçılara həqiqi hərbi xidmətə çağırışla əlaqədar qanunvericilikdə hər hansı güzəşt nəzərdə tutulmamışdır.
Samir Soruşur Yazılma Tarixi:12.06.2013 07:31:30

Salam///meni iyul ayinin 2-ne cagiriblar men ne vaxt hara dusmeyimi ayin necesi oyrene bilerem? Tesekkurler

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.\n
Mirniyaz Soruşur Yazılma Tarixi:11.06.2013 19:21:16

Salam. Məndə digərləri kimi iyul ayında həqiqi hərbi xidmətə yollanacağam. Ali savadlıyam, AzTU-nun Kompüter Mühəndisliyi fakültəsini bitirmişən. Öyrənmək istəyirdim ki, mənim ixtisasım üzrə (yəni Kompüter Mühəndisi) hərbi hissədə iş tapıla bilər. Əvvəlcədən minnətdaram. Sağolun !

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında bölgüsü zamanı xüsusi hərbi ixtisaslar üzrə hazırlanmış mütəxəssislərdən istifadə olunması nəzərdə tutulur.
Shimrad Soruşur Yazılma Tarixi:11.06.2013 17:45:21

Salam. Men Sadiqov Shimrad Sultan oglu,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinde ishlemek qrzusundayam. Ozum ehtiyatda olan zabitem. Sualim ondan ibaretdir ki, qebul ne vaxt bashlayacaq, ve shertler nece olacaq?

Xidmətə qəbulla bağlı müraciət etmiş vətəndaşlar, onların müraciətlərinin qeydiyyata alındığı gündən xronoloji ardıcıllıqla müsabiqəyədəvət olunduqlarına və bu prosesin müraciət edənlərin sayından asılı olduğuna görə, əvvəlcədən konkret vaxt təyin edilmir. Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul edildiyiniz təqdirdə Siz ixtisasınız üzrə Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalısınız.
Huseyn Soruşur Yazılma Tarixi:10.06.2013 15:27:36

men bilmek istiyirem ki hansi casta dusmusem?

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.
hüseynli sahriyar Soruşur Yazılma Tarixi:09.06.2013 17:54:03

mən hərbidə zabit kimi xidmət etmək arzusundayam nə etməliyəm,kimə müraciət etməliyəm\\n bildirirəm ki.ağirliq qaldirma üzrə(paraliftinq)ulu öndər H.Əliyevin 90 illik yubileyi münasibəti ilə keçirilən Avropa çempionatının və 01-02 2013-cü il tarixdə Rusiya Federasiyasinda keçirilən dünya kuboku uğrunda yarışın qalibi olmub diplom və medallarla təltif olmuşam . bütün bunların Təlim-tədris təhsil olmağıma və Müdafiə Nazirliyinin Hərbi Hissələrinin birində zabit kimi xıdmət etmətimə nə kimi üstünlük verə bilər

Bildiririk ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş sifarişə əsasən, hazırda Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində zabit kursuna ali təhsilli həkim mütəxəssislər tələb olunur. Bu səbəbdən Siz qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
ŞƏMİSTAN Soruşur Yazılma Tarixi:09.06.2013 13:15:46

SALAM Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzndə kəşfiyyat və snayper kursu nə vaxt başlayacaq

Qeyd edilən xüsusi hərbi ixtisaslar üzrə kursların açılması "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı" MMC-də aparılan təşkilati-ştat tədbirləri yekunlaşdıqdan və müvafiq maddi-texniki baza yaradıldıqdan sonra nəzərdə tutulmuşdur.
heyder Soruşur Yazılma Tarixi:08.06.2013 20:07:29

salam men iyulun 15-i esger gedecem ne vaxt oyrene bilerem hara duwmeyimi?

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.\n
İmran Soruşur Yazılma Tarixi:07.06.2013 17:38:50

Mən Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişəm.Bu il Həqiqi hərbi xidmətə yollanacam.Əgər Leytnant kimi həqiqi hərbi xidmətə getsəm mən hər hansı hərbi hissədə təhqiqatçı kimi xidmət keçə bilərəmmi?

2013-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyindən daxil olan sifarişə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müvafiq göstərişlər veriləcəkdir.\n
Ehtiram Soruşur Yazılma Tarixi:07.06.2013 10:08:32

salam aleykum.Men iyulun 2ne almiwam cagiriwi,men ayin sonuna qeder gecikdire bilerem herbi xidmeti?bir de men esgerliyimi 3ay gecikdirmem ucun nese bir dovlet rusumu odemeliyem?

Siz, çağırış vərəqəsində göstərilən tarixdə həqiqi hərbi xidmətə göndəriləcəksiniz. Sağlamlığınızla, ailə vəziyyətinizə görə və qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnuz olduğu təqdirdə, Sizə həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilə bilər və buna görə hec bir rüsum ödəməməlisiniz.
Cədvəldə sətir sayı :13933