Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
METANET ZEYNALOVA .BAKI Soruşur Yazılma Tarixi:25.06.2013 13:07:45

iyul ayinda cagirisa geden esgerlerin dusecekleri yerleri bilmek olarmi saytinizda ?

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.
Ulvi Soruşur Yazılma Tarixi:25.06.2013 11:39:45

Salam men 1 iyul tarixinde Herbi Xidmete Cagirilmisam ve men sizin sayt vasitesile hara dusduyum haqda melumati oyrenmek istedim ama Adimi Soyadimi yazdigimda bele Insan tapilmadi yazisiyla uzlesdim.Men hara dusduyumu nece oyrene bilerem?\\nEyvazli Ulvi Taleh oglu 12.02.1992 tevellud

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.
Əli Soruşur Yazılma Tarixi:25.06.2013 11:33:49

salam mən 15.07.2013 ci ildə hərbi xidmətə cagırılmışam.Ama hansı hərbi hissəyə düsdüyümü bilmirəm.Bu saytdakı \\"Elektron Xitmet\\" bölmesindeki \\"Hərbi Xitmət\\"yerinə girib xanalarıda doldururam yenədə olmur əyər mümkünsə hardan öyrənə biləcəyimi diyerdiniz mənə...

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.
nicat Soruşur Yazılma Tarixi:25.06.2013 10:28:52

salam, Men Aprel ayinda esger getmeliydim yoxlaniwdan kecdikde agciyerimde leke gorsendi deye mene 2 ay astrocka verdiler ve 2 ay mualice yazdilar ve mualicemi bitirmisem ve men bilmek isteyirem ki bele xesteleri konullu esgerliye aparirlar ?

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin ( şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcəksiniz, ehtiyyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən qərar qəbul olunacaqdır.
Eltac Soruşur Yazılma Tarixi:25.06.2013 09:55:54

Salam. iyul ayı üçün çağırışçıların hara düşdüyü hansı tarixdə açıqlanaq?

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.
Muradəli Soruşur Yazılma Tarixi:25.06.2013 09:20:18

Salam,1ci dəfə əsgərlikdə olan şəxslərin hərbi xidmət yerinin əvvəlcədən öyrənilməsi bölməsində ad,soyad,təvəllüd,ata adı,qetdiyyatda olduğu yeri yazırıq amma bele səxs olmadiği göstərilir,Halbuki çağırış gəlib evə.

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.
Aynur Soruşur Yazılma Tarixi:25.06.2013 08:32:10

Salam.15.05.1995-ci il təvəllüdlü Mahmudlu Kənan Sahib oğlu Zərdab rayonu Pərvanlı kəndindən çağırışçıdır. Hansı hərbi hissəyə düşdüyünü öyrənmək istərdim

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.
Hafiz Soruşur Yazılma Tarixi:25.06.2013 07:42:16

Salam mənə çağırış vərəqəsində iyul ayının 1-ində yazılıb ama men tezeliycə qızılca olmuşam həkimdə gelib baxıb diyibki ən azı 20 gün evdən bayra çıxmamalısan bunun üçün mən nə etməliyəm? Yəni çağış vərəqəsində yazılan tarıxdən biraz gec getsəm nəsə problem yaranarki?

Siz xidmətə göndərilməzdən əvvəl qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarısinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında təkrar tibbi baxışdan keçiriləcəksiz, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
TuRaL Soruşur Yazılma Tarixi:25.06.2013 07:10:28

Salam Orgenmek isteyirdim.Men elektron herbi xidmete girirem amma.Lazim olan box xanalari doldururam ad familya ata ad tevvelud amma yazmir hara dusmusem..Yoxsa helem tam hazir deyil?

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.
Əlməmmədov Zaur Gülməmməd oğlu Soruşur Yazılma Tarixi:25.06.2013 06:56:42

Mən Daxili qoşunların tərkibində Qarabağın müdafiəsində iştirak etmişəm. Xidməti xasiyyətnaməm var.Daxili qoşunlarda hissə 677987 fəxri Fərmanlarla təltif olunmuşam. Ulu öndər H. Əliyevin Fə\\nrmanı ilə imkansız veteran ailələrinə yardım vermişdir. Lakin Quba rayon Şöbəsinin mənə qarşı qərəzli mövqeyi ucbatından yəni veteran vəsiqəsi verilməməsi səbəbindən bu bu yardımdan məhrum olmuşam. Mənə qanunla müəyyən edilən veteran vəsiqəsinin verilmməsi səbəbini araşdıraraq pozulmuş hüquqmu bərpa etməyinizi Sizdən xahiş edirəm.Ona görə də bilmək istəyirəm Veteran vəsiqəsi almağa layiqəmmi ?

Bildiririk ki, Siz 28.02.1993-cü il tarixdən 10.01.1997-ci il tarixədək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmət keçmisiniz.Hərbi xidmət keçməniz və döyüş əməliyyatlarında iştirak etməniz barədə 06.09.2010-cu il tarixdə keçmiş Quba rayon hərbi komissarlığı tərəfindən DİN Daxili Qoşunlarının arxivinə sorğu göndərilmiş və 20.09.2010-cu il tarixdə arxivdən cavab alınmışdır.Nəzərinizə çatdırırıq ki, "veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, vətəndaşlara "Müharibə veteranı" adı və vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə Nazirlikləri, Xüsusi Dövlət Mühafizə və Dövlət Sərhəd Xidmətləri nəzdində yaradılmış veteran adlarının və vəsiqələrin verilməsi üzrə komissiyaların rəyi verilir. Bu səbəbdən DİN Daxili Qoşunlarının arxivindən alınmış cavab məktubu Daxili İşlər Nazirliyi nəzdində yaradılmış veteranlar adlarının və vəsiqələrin verilməsi üzrə komissiyaya təqdim edilməsi üçün Sizə verilmişdir. Məlum olmuşdur ki, "Müharibə veteranı" vəsiqəsi ilə təmin olunmağınız üçün Siz yuxarıda qeyd olunan komissiyaya və bu məsələ ilə bağlı sonradan Xidmətin Quba rayon şöbəsinə müraciət etməlisiniz. Odur ki, Sizə "Müharibə veteranı" adı və vəsiqəsi verilməsi məsələsinə baxılması üçün sənədlərinizin Daxili İşlər Nazirliyi nəzdində yaradılmış veteran adlarının və vəsiqələrin verilməsi üzrə komissiyaya göndərilməsinə köməklik göstərilməsi ilə bağlı Xidmətin Quba rayon şöbəsinə müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :13924