Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
İlahe Soruşur Yazılma Tarixi:01.07.2013 12:21:24

xalam oğlu Rüstəmov Ozal Əkbər oğlunu hara düşdüynü bilmək istəyirəm xahiş edirəm bildirəsiniz.

Çağırışçının təyin olduğunuz hərbi hissə haqqında məlumatları şəxsi məlumatlarını daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
Nurlan Soruşur Yazılma Tarixi:01.07.2013 12:16:20

309 nomreli herbi hisse harada yerlesir???

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
hikmet Soruşur Yazılma Tarixi:01.07.2013 12:04:18

ailənin tak övladiyam ayaqmin alti 2-ci daracali duzdir mani çahba bölgəsinə aparirla.nə dərəcədə duzgundir

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Surxay Soruşur Yazılma Tarixi:01.07.2013 11:58:49

salam bilmek isterdimki men texnikomun dis texniki ixtisasini bitirmisem ve islemisemde. bilmek isterdimki men indi neqeder herbi xitmetde qulluq edeceyem? hal hazirda FHN ne dusmusem. cox sagolun.

"Hərbi vəzifə və hərbi xidmıt haqqında" Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ali təhsili olanlar - 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar - 1 il 6 ay müddətinə həqiqi hərbi xidmət keçirlər.
hesen hesenli Soruşur Yazılma Tarixi:01.07.2013 11:52:09

salam , menim universitetden akedemik borcum qalib , 25 iyul cagirilmisham , tehsil mohleti goture bileremmi ?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
Elnur Soruşur Yazılma Tarixi:01.07.2013 11:28:28

salam men baxa bilmirem hara duwduyume.melumatlari yaziram hecne cixmir axi

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Özal Bababəyli Nazim oğlu Soruşur Yazılma Tarixi:01.07.2013 11:05:50

hansı hərbi hissədə qulluq edəcəyimi öyrənmək istəyirəm sorğuma aşağıdakı kimi cavab verirsiniz\nSiz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının \\"Hərbi Xidmət\\" bölümündən əldə edə bilərsiz. \nAncaq mən məlumatları daxil edərkən mənim haqqımda məlumatın olmadığı bildirilir .Bu necə olur

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Lətif Soruşur Yazılma Tarixi:01.07.2013 10:58:25

Men Dovlet Serhed Xidmetine (DSX) dusmusem.ama bilmiremki hansi bolgedeyem. Fərmanov Lətif Mübariz oglu 1991 01 12 Bərdə

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
muzeffer Soruşur Yazılma Tarixi:01.07.2013 10:40:10

naxcivan weher herbi kamisarligindan herbi xidmete cagirilmiwam.naxcivanda hansi herbi hisseye disduyumu bilmek isteyirem

Naxçıvan MR-da qeydiyyatda olan çağırış yaşlı vətəndaşlar həqiqi hərbi xidmət keçmək üçün Naxçıvan MR-nın ərazisində yerləşən hərbi hissələrə təyin olunurlar.
Aslan Soruşur Yazılma Tarixi:01.07.2013 10:30:05

Salam men agcbedi rayonundan Dadasov Aslan Azer oglu hara dusduyumu bilmek isterdim.

Çağırışçının təyin olduğunuz hərbi hissə haqqında məlumatları şəxsi məlumatlarını daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
Cədvəldə sətir sayı :14897