Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Fuad Soruşur Yazılma Tarixi:24.09.2020 10:33:14

Salam 2019 aprelde təxris olmuşam mən. İndi eşidiyim məlumatlara görə səfərbərlik təlimləri başlayıb. Ama mənə heç bir zəng gəlməyib. Könüllü keçdim qeydiyyatdan keçmişəm ama yenədə zəng gəlmir.Ağdam rayon vaenkamatı ne vaxt zəng edəcək mənə? Və yaxud necə əlaqe saxlıya bilərəm?

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. Könüllü olaraq vətənin müdafiəsində iştirak etməyinizlə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aidiyyəti idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Fuad Soruşur Yazılma Tarixi:24.09.2020 10:32:08

Salam 2019 aprelde təxris olmuşam mən. İndi eşidiyim məlumatlara görə səfərbərlik təlimləri başlayıb. Ama mənə heç bir zəng gəlməyib. Könüllü keçdim qeydiyyatdan keçmişəm ama yenədə zəng gəlmir.Ağdam rayon vaenkamatı ne vaxt zəng edəcək mənə? Və yaxud necə əlaqe saxlıya bilərəm?

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. Könüllü olaraq vətənin müdafiəsində iştirak etməyinizlə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aidiyyəti idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
kamran Soruşur Yazılma Tarixi:24.09.2020 00:26:20

salam hervaxtiniz xeyir demek menim ozum 2017 ci ilde eytiyyatda cixmis cavusam Halbuki indi ki vaxtda Cenab Ali Baş Komandanin Emri ile Respublikamizda telimlere baslanilir amma bu haqda mene ne zeng nedeki cagris senedi daxil olmayib yeni mende bu veten ucun kicik komandir olaraq telimlerde istirakat etmeliydim telimde ter tokmeyen doyusde qalib ola bilmez meni telimlere cagirilmama sebebim nedir ?

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. Könüllü olaraq vətənin müdafiəsində iştirak etməyinizlə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aidiyyəti idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Fuad Soruşur Yazılma Tarixi:23.09.2020 23:58:43

Salam mən Ehtiyyata buraxılmış Esger Talıblı. Mən bərbi xidmətimi 2019apreldə başa vurmuşam. İndi isə səfərbərlik olunub aldıgım məlumata görə. Məndə orduda könüllü döyüşmək istəyirəm. Şəhidlərimiz üçün vətən üçün savaşmaq boynumuzun borcudur.Şəhid dayım var mənim gözümün önündedir her gün. Gözümde qisas hissi var. Könüllü keçmişəm ancaq zəng gəlməyib. Sizdən xaiş edirəmki mənidə aparın təlimlərdə məndə olmaq istəyirəm. Çox ama çox xaiş edirəm.

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. Könüllü olaraq vətənin müdafiəsində iştirak etməyinizlə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aidiyyəti idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Qənaət Soruşur Yazılma Tarixi:23.09.2020 20:59:23

Salam, Mənə ailə vəziyyətimlə bağlı (1-ci və 2-ci qrup əlil valideynlər) çağırışdan möhlət verilmişdir. Bilmək istəyirəm ki, Mən çağırışa möhlətdən imtina edə bilərəmmi?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 19.2-ci maddəsinə əsasən, çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət 35 yaşa qədər verilir. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunurlar və ehtiyata keçirilirlər.Möhlət hüququndan imtina qanunvericlikdə nəzərdə tutulmamış, lakin möhlət hüququnu itirmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə cəlb olunurlar.
Pərvin Soruşur Yazılma Tarixi:23.09.2020 18:02:45

Mən könüllü olaraq qeydiyyatdan keçmişəm 2014-cu ildə kiçik çavuş rütbəsi ile təxris olmuşam xidmətdə olduğum Hərbi hissədə öz ixtisasım üzrə ən yaxşılardan idim niyə məni cagirmiyiblar təlimə?

Salam. Qeyd etdiyiniz məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğunuz yerli rayon (şəhər) idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur. 
Ramil Soruşur Yazılma Tarixi:23.09.2020 10:58:51

Salam mən onlain könüllü yazilmisam heç bir xəbər gəlməyib mənə kimə və hara müraciət edim

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. Əlavə edirik ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.
Mətləb Soruşur Yazılma Tarixi:23.09.2020 09:45:07

Salam mənim altı ay möhlət nəvaxt bitirdi? Və nəvaxt hərbiyə gedəcəm?

Qeyd etdiyiniz məsələ ilə əlaqədar qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur. 
Seymur Soruşur Yazılma Tarixi:23.09.2020 08:20:12

Mənim qardaşımın himayəsində üç azyaşlı uşaq var. Lakin hərbri təlim toplanışına cəlb edilib. Bildiyimə görə Qanuna əsasən toplanış keçməkdən azada olunmalıdır. Xahiş edirəm münasibət bildirəsiniz.

Portala daxil olan müraciətinizə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baxılmışdır. Bildiririk ki, səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət aşağıdakı vətəndaşlara verilir: - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada bron edilmiş şəxslərə; - səhhətinə görə hərbi xidmətə müvəqqəti yararsız hesab olunan şəxslərə 6 ay müddətinədək; - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ayrı-ayrı kateqoriyalı vətəndaşlara.
Famiq Soruşur Yazılma Tarixi:22.09.2020 22:45:38

Salam.Bagislayin narahat edirem.Men ehtiyyatda olan zabitem sulh dovurune yarsiz, muharibe mehdud yarliyam meni zabitlerin toplanisina cagiracaqlar?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 46.1.3-cü maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət və azadetmə hüququ verən əsasları olanlar toplanışdan azad edilirlər.
Cədvəldə sətir sayı :14897