Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Yusif Soruşur Yazılma Tarixi:22.09.2020 22:02:21

salam mən 2018ci il aprel təxrisiyəm. mənimlə yaşıd bəzi yoldaşlarımı aparıblar yalnız mənə nə bildiriş nədə zəng gəli əlavə olaraq könüllü olaraq qeydiyyatdan keçmişəm. Qubadlı rayon səfərbərliyində qeydiyyatdayam. mənə çağırışın gəlib gəlməməsini necə aydınlaşdıra bilərəm ?

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. Əlavə edirik ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.
Vüqar Soruşur Yazılma Tarixi:22.09.2020 20:43:21

Salam. Hərbi səfərbərliyə könüllü gedəndə iş yerindən çıxmaq lazımdır? Ya necə? Öncədən təşəkkür.

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, Səfərbərlik zamanı çağırılmış hərbi vəzifəlilər daimi iş yerində orta əmək haqqı saxlanılmaqla işdən azad edilirlər. Göstərilən şəxslərin əmək müqaviləsinə, onlar səfərbərliklə çağırıldığı gündən qayıdan günədək təşkilatın ləğv edildiyi hallar istisna olmaqla, xitam verilə bilməz.
Tacəddin Soruşur Yazılma Tarixi:22.09.2020 19:42:37

Salam mən Zeynallı.Tacəddin. Volodya oğlu size yazib bildirmekde sebebim budur ki, men 2020-ci il hal hazırda 11-ci sinife kecirem ancaq menim yaşım 01.09.2000 -ci ilem ale vezyyetime göre 2 il mektebe gec getmişəm Şəmkir rayon Səfərbərlik komisyası mənə Oktyabrın 1-nə cağırışcıyam düzdür 21- ci maddeye göre men herbiye getmeliyem ancaq men buqeder oxumusam beş menim tesilim nece olacaq ve mene deyiler gelenen sora tesiline davam ede bilersen menim imkanım yoxdu tezden hazirlasmaqa sizden xais edirem hara muraciyyet ede bilerem bu haqda xais edirem mene bir komeklik ederdiz öncəlikden təşəkkürümü bildirirəm.

Orta ümumtəhsil məktəbində təhsilinizi davam etdirməyiniz üçün müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanan eyniməzmunlu müraciətlərinizə baxılmışdır. Müəyyən edilmişdir ki, 01.09.2020-ci il təvəllüdlü Zeynalov Tacəddin Volodya oğlu Xidmətin Şəmkir rayon şöbəsində ilkin hərbi qeydiyyatdadır və 01.09.2020-ci il tarixdə 20 yaşı tamam olduğu üçün ümumi əsaslarla 2020-ci ilin oktyabr çağırışına cəlb olunmuşdur. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən ümumi təhsil müəssisələrində tam orta təhsil alan 20 yaşınadək çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Əminulla Soruşur Yazılma Tarixi:22.09.2020 19:40:49

Salam. Bilmek isteyiremki xesteliyə görə istefaya buraxılmış şəxs sülh və yaxud indiki səfərbərlik ərəfəsində səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinə müraciət edərsə onun yenindən şəhadətləndirililməyi üçün MHKH-a və hərbi həkim komissiyasına göndərilə bilərmi?

Portala daxil olan müraciətinizlə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aidiyyəti idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz məqsədəuyğundur.
Ziya Soruşur Yazılma Tarixi:22.09.2020 16:44:53

Salam. 21.09.2020 də başlanan səfərbərlikdən 3 və daha çox uşağı olanlar azad olunurmu?

Portala daxil olan müraciətinizə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baxılmışdır. Bildiririk ki, səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət aşağıdakı vətəndaşlara verilir: - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada bron edilmiş şəxslərə; - səhhətinə görə hərbi xidmətə müvəqqəti yararsız hesab olunan şəxslərə 6 ay müddətinədək; - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ayrı-ayrı kateqoriyalı vətəndaşlara.
Əli Soruşur Yazılma Tarixi:22.09.2020 16:00:38

Salam. Mən iyul çağırışçısıydım. Gözümdəki zəifliyə görə Z.Əliyeva adına oftomotologiyaya göndərdiz. 1 aydan sonra cavab gəldiki sən hərbiyə yaramırsan sənə bilet veriləcək. Qərarın təstiq olunmağı üçün yenidən Zabitlət parkının yanındakı mərkəzi komisyaya göndərdilər. İndidə ora deyirki get 1-2 aydan sonra cavab çıxacaq. Bu çox gülünc bir vəziyyətdir. Mən başa düşə bilmirəm ki qərərı vermək bu qədər çətindir? Mən əsgərlikdən qaçmıram aparın yada bir yolluq deyin ki vətəndaş sən hərbi xidmətə yaramırsan. Məndə bilimdə işimi day uzatmağın heçbir mənası yoxdur.

Məlum olmuşdur ki, Sizin şəxsi işiniz Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqdır. Şəhadətləndirilmənin nəticəsinə müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.  
Zəkəriyyə Soruşur Yazılma Tarixi:22.09.2020 14:51:37

Salam mən hərbi xidmətdə xəstəliyimə görə 9 aydan sonra təxris olmuşam mən olacaq təlimlərdə iştirak etmek istəyirəm könüllü kimidə qeydiyyatdan keçmişəm mən iştirak edə bilərəmmi ?

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. 
Əlavə edirik ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.
İlham Soruşur Yazılma Tarixi:22.09.2020 14:34:54

Salam mən təlim və tədris mərkəzi tərəfindən gizir hazırlıq kursunu bitirmişəm gizir və boş gizir rütbə almışam 2014 cu ildən təxris olmuşam mən indi hərbidə işləmək isdeyirem mümkündür

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı xidmət etmək istədiyiniz qoşun növü üzrə aidiyyəti nazirliyə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməyiniz məqsədəuyğundur
Turanə Soruşur Yazılma Tarixi:22.09.2020 12:22:25

Salam mən könüllü olaraq qeydiyyatdan keçmişəm ancaq mənə heç bir xəbər gəlməyib çox istəyirəm iştirak edim

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. 
Əlavə edirik ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.
Şahin Soruşur Yazılma Tarixi:22.09.2020 09:54:04

mən Nuruyev Şahin Sətdar oğlu. Naxcivan şəhərinde yasayiram. Herbi rutbem baş cavuş. Zeruret yarandigi halda Azerbaycan Respublikasının isdenilen doyüş bolgesinde konullu şekilde xidmet etmeye haziram.

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. Bildiririk ki, könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək istəyən Azərbaycan Respublikasının vətəndaşları Xidmətin www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər (https://exidmet.seferberlik.gov.az/Volunteer/Service). 
Əlavə edirik ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.
Cədvəldə sətir sayı :14897