Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Novruz Soruşur Yazılma Tarixi:21.09.2020 13:17:47

Mən könüllü olarağ qeydiyyatdan keçmişəm amma mənə heç bir çağırış gəlmir, amma ki qeydiyyatdan keçmiyənlər belə çağırılıb xaiş edirəm mənə məlumat verərdiz könüllü olarağ qeydiyyatdan keçənlər nə vaxt cəlb olunacağ

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. 
Əlavə edirik ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.
Ramil Soruşur Yazılma Tarixi:21.09.2020 13:00:46

Mən Daşdəmirov Ramil hərbi də ola bilməmişəm amma indi o problemlərmi yoluna qoya bilmişəm. Səfərbərlikdən yaralana bilərəm? Vətənə borcumu ödəyə bilərəm??

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. Bildiririk ki, könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək istəyən Azərbaycan Respublikasının vətəndaşları Xidmətin www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər (https://exidmet.seferberlik.gov.az/Volunteer/Service).         Əlavə edirik ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.
Zaur Soruşur Yazılma Tarixi:21.09.2020 12:12:26

Salam, sabahınız xeyir. Sizin xidmətdən gələn zəngdən sonra səbirsizliklə gözlədiyim zəng olunub bir çox insanlara heç gözləmədikləri halda. Bəs mən hər an gözlədiyim zəng nə üçün mənə gəlmədi və bu günki caqrilib aparilanlar arasında mən niyə olmadım? Bu sualima kim cavab verər?

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. Bildiririk ki, könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək istəyən Azərbaycan Respublikasının vətəndaşları Xidmətin www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər (https://exidmet.seferberlik.gov.az/Volunteer/Service). Əlavə edirik ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.
İlqar Soruşur Yazılma Tarixi:21.09.2020 11:46:23

SALAM . mən hərbi xidmətdə olmuşam 2013-2015 illərində məni niyə əsgərliyə yenidən şağırmırlar, təəcili olaraq çağırmağınızı xahiş edirəm. könüllü.. neçə dəfə sərbərlik olub bizdə hamıya mesaj gəlib mənnən başqa. belə şey olmaz. 055-620-14-40

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. Bildiririk ki, könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək istəyən Azərbaycan Respublikasının vətəndaşları Xidmətin www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər (https://exidmet.seferberlik.gov.az/Volunteer/Service).
Əlavə edirik ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.
Nahid Soruşur Yazılma Tarixi:21.09.2020 11:05:13

Salam yazıb sizdən xahiş edirəm . Mən könüllü olaraq qeydiyyatdan keçmişdim hal hazırda səfərbərlikdir mən niyə çağırılmadığimi bilmək istəyirəm xaiş edirəm cavablandirasiniz

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. 
Əlavə edirik ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.
Bəhruz Soruşur Yazılma Tarixi:21.09.2020 10:59:04

Salam məndə səfərbərlikdə adimi yazdirmisam məni niyə cagirmirsiz?məndə konullu getmek isdeyirem nə cagiran var nə zəng eden

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. 
Əlavə edirik ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.
Rövşən Soruşur Yazılma Tarixi:21.09.2020 10:44:31

Salam. Mən 1995-ci il təvəllüdlüyəm. 2012-2016-cı illərdə Bakalavr, 2016-2018-ci illərdə Magistratura təhsili almışam. 2018-2019-cu il ərzində həqiqi hərbi xidmətdə olmuşam. 25.09.2015-ci il tarixdə Qardaşım Tərtər rayonunda həqiqi hərbi xidmət zamanı şəhid olmuşdur. Hazırda ailənin tək övladıyam. Sualım belədir ki, səfərbərlik elan olunan zaman mən xidmətə çağırılacam yoxsa yox?

Portala daxil olan müraciətinizə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baxılmışdır. Bildiririk ki, səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət aşağıdakı vətəndaşlara verilir: - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada bron edilmiş şəxslərə; - səhhətinə görə hərbi xidmətə müvəqqəti yararsız hesab olunan şəxslərə 6 ay müddətinədək; - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ayrı-ayrı kateqoriyalı vətəndaşlara.
ELSEVƏR Soruşur Yazılma Tarixi:21.09.2020 09:32:26

Salam meleykim. niye sizin qaynar xetdiniz yoxdu? Biz qeydiyatdan kecdik cemi bir defe zeng gekdi camata 2-3 defe zeng gelib. Niye cagirmirsiz bizi? Cagirin telim kecin 15 ildi esgerliyi bitirmiwem hec olmasa telim kecin bir silah atmagi yadimiza salaq de

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik.
Əlavə edirik ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.
Loğman Soruşur Yazılma Tarixi:20.09.2020 19:50:22

Salam.Mənim işim nə yerdə qaldı? zəhmət olmasa cavablandırasınız.

Məlum olmuşdur ki, müalicə üçün verilmiş möhlət hüququ bitdikdə Siz 14.08.2020-ci il tarixdə Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasına təkrar müayinəyə göndərilmiş və “Nevrasteniya, mülayim dərəcədə ifadə olunmuş” diaqnozu təyin olunmuşdur. 2020-ci ilin oktyabr çağırışında Sizin müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Hüseynalı Soruşur Yazılma Tarixi:19.09.2020 23:11:20

Salam mənim artiq 18 yaşim tamam oldu hələdə mənə paveska gəlməyib yaşimin tamam olmasinan 10 gün keçir. Xayiş edirem mənim işimə baxardizda.

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Cədvəldə sətir sayı :14897