Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rüfət Soruşur Yazılma Tarixi:25.07.2020 14:31:39

Salam. Mənim 19 yaşım tamam olub. Ali məktəbin 2ci kursuna keçdim. Səfərbərlik olarsa orduda könüllü xidmət etmək üçün qeydiyyatdan keçdim. Bilmək istəyirəm ki, bakalavriat təhsilimi bitirdikdən sonra magistratura imtahanında iştirak etmək üçün möhlət hüququmdan istifadə edə biləcəyəmmi? Ya da könüllü qeydiyyatdan keçmişəm deyə halhazırda təhsili yarıda saxlayıb xidmətə getməliyyəmmi? Öncədən təşəkkürlər

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4 və 21.1.5-ci maddəsinin tələblərinə əsasən əyani təhsil alma formasında təhsil alanlara təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Elmira Soruşur Yazılma Tarixi:23.07.2020 23:06:57

Salam mən könüllü olaraq qeydiyyatdan keçdim.Bilməy istiyirdimki qeydiyyata düşdüm ya yox könüllü kimi.Öncədən təşəkkür edirəm.YAŞASIN AZƏRBAYCAN

Müraciətiniz üçün təşəkkür edirik. Bildiririk ki, könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşlar Xidmətin www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər. https://exidmet.seferberlik.gov.az/Volunteer/Service
Ülvi Soruşur Yazılma Tarixi:23.07.2020 07:17:41

Salam.Biz bilmək isdəyirik ki,16 yaşı tamam olmuş vətəndaşların,ilkun hərbi qeydiyyatı gecikibsə onlar cərimə olunurlar?

Bildiririk ki, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan Xidmətin yerli idarə, şöbə və bölməsinə gəlməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 604-cü maddəsinə əsasən 30 ( otuz ) manat məbləğində cərimə edilirlər.
Ülvi Soruşur Yazılma Tarixi:22.07.2020 13:37:41

Salam.Zəhət olmasa bizə mılumat verərdiz 16 yaşı tamam olmuş məktəblinin İlkin hərqi qeydiyyata düşməsi üçün Əgər gecikibsə cəriməsi var?

Bildiririk ki, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan Xidmətin yerli idarə, şöbə və bölməsinə gəlməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 604-cü maddəsinə əsasən 30 ( otuz ) manat məbləğində cərimə edilirlər.
Şiraslan Soruşur Yazılma Tarixi:22.07.2020 11:35:15

Salam mənim 35 yaşım 28.12.2019-cü il tamam olub.Mən Səfərbərlik və Hərbi Xıdmətə Çağrış üzrə Dövlət Xidmətində hərbi xıdmətə qəbul imtahanlnda iştirak edə bilərəm.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbulla bağlı keçirilmiş müsabiqələrdə (28.07.2015-ci il, 19.04.2017-ci il və 19.09.2018-ci il tarixlərdə) zəif nəticələr göstərdiyinizə görə, Sizin keçiriləcək müsabiqələrdə təkrar iştirakınızı məqsədəuyğun hesab etmirik.
Nərmin Soruşur Yazılma Tarixi:22.07.2020 11:11:01

Salam. Qadınların hərbi qulluqçu olaraq işə qəbul olunması üçün nələr lazımdır? Və hara müraciət olunmalıdır? İntermeti araşdırdım bu barədə məlumat tapa bilmədim. Mümkünsə ətraflı başa salardınız. Təşəkkürlər

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1.1-ci maddəsinə əsasən, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verdikdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olurlar.“Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə fərdi qaydada könüllü daxil olmaq istəyən həqiqi hərbi xidmət hərbi qulluqçularının, hərbi vəzifəlilərin və hərbi qeydiyyatda olmayan qadınların, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin seçilməsini, sənədlərin toplanılmasını və şəxsi işlərin tərtib edilməsini həmin dövlət orqanlarının kadr aparatları həyata keçirirlər.Yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələbinə uyğun olaraq xidmət keçmək istədiyiniz dövlət orqanının kadr aparatına müraciət etməyiniz tövsiyə olunur.
Eynulla Soruşur Yazılma Tarixi:22.07.2020 00:58:31

Salam men hərbi xidmətə olmuşam xidməti bitirdikdən sonra hərbi biletimde 68Ç-A3 xidmətə məhdud yararlı maddesini vurulduğunu gördüm bu madde nə deməkdir ? Ve mən bundan sonra hərbide ya başqa bir dövlət işlərində işləyə bilərəm xaiş edirəm bunu aydınlaşdırmaq.

Bildiririk ki, “Hər iki ayağın anadangəlmə yastıpəncəliyi II (ikinci) dərəcəli. Funksiya pozulması yoxdur” diaqnozu olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nin 68 “ç” maddəsinin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3-cü maddəsində ətraflı məlumat əldə edə bilərsiniz.
Bayram Soruşur Yazılma Tarixi:21.07.2020 18:04:44

Salam menim xidmet edeceyim yer telefona gelen mesajda milli ordu elektron xidmetde daxili qosunlar gosterir milli orduda hansi herbi hisseye dusduymu nece oyrene bilerem

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Elmir Soruşur Yazılma Tarixi:21.07.2020 17:06:04

Salam. Mən hal-hazırda magistr təhsilinin 1-ci kursunu bitirmişəm, 2-ci kursa keçmişəm, xidmətdə olmamışam. Mən təhsilimi dondurub könüllü olaraq xidmətə getmək istəyirəm, qeydiyyatda olduğum şöbəyə yaxınlaşıb müraciət etdim, aparmadılar. Mənə dedilər əgər sən təhsilini dondursan ancaq yanvarda gedə bilərsən. İndi mən istəyirəm oktyabrda xidmətə gedi. Bunun üçün nə lazımdı? Hara müraciət etməliyəm? Hansı sənədləri toplamaq lazımdı? Oktyabr ayında xidmətə yollanmaq üçün.

Bildiririk ki, magistratura təhsilini hərbi xidmətini başa vurduqdan sonra davam etdirmək istəyən vətəndaşlar akademik məzuniyyət götürərək hərbi xidmətə gedə bilərlər. Əlavə olaraq bildiririk ki, qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Asif Soruşur Yazılma Tarixi:21.07.2020 12:42:49

Salam. Sayta giriş üçün parolumu və email ünvanımı uyğunlaşdıra bilmirəm. Çox güman ki, hər ikisini də unutmuşam. Yardım etməyinizi xahiş edirəm. Təkrar qeydiyyat mümkün olmur. Təşəkkür edirəm.

Sizin yenidən qeydiyyatdan keçə bilərsiniz. 
Cədvəldə sətir sayı :14897