Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nurlan Soruşur Yazılma Tarixi:09.09.2020 10:08:55

Salam mən 2020 oktyabr çağırışçısıyam hərbi xidmətə düşdüyüm yeri bilmək istəyirəm zəhmət olmasa yazarsız

Bildiririk ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaq və 30 sentyabr tarixdən etibarən xidmət yerləri barədə məlumatlar Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. Çağırışçılar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər.
Röyal Soruşur Yazılma Tarixi:07.09.2020 15:59:57

Salam mən ehtiyyatda olan zabitəm.Rütbəm leytenantdır.Orta məktəbdə dərs deyə bilmək üçün nə edə bilərəm.Gənclərin Çağırışa qədərki hərbi hazırlığı üzrə

Bildiririk ki, Gənclərin çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsi üzrə vakant yerlərə təklif olunan namizədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq struktur bölməsinin (idarəsinin, şöbəsinin) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aidiyyəti idarə, şöbə və ya bölməsinə təqdimatına əsasən barələrində Xidmət tərəfindən müvafiq rəy verildikdən sonra təhsil müəssisəsinin direktoru tərəfindən vəzifəyə təyin olunurlar.
Ülvi Soruşur Yazılma Tarixi:05.09.2020 17:34:06

Salam, mən bu ilin iyul ayında hərbi xidmətə getmək üçün yoxlanışa çağırıldım,daha sonra hərbi komisarlıq məni 1 saylı əsəb xəstəxanasına yoxlanışa göndərdi.Həmin yoxlanışdan sonra isə yararlı olub olmamağım haqqında mənə heçbir məlumat verilmədi,zəhmət olmasa bu barədə məni məlumatlandırın,qabaqcadan təşəkkürlər.

Məlum olmuşdur ki, 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar Siz Xidmətin Binəqədi rayon idarəsinin hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 3 (üç) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
Nurlan Soruşur Yazılma Tarixi:05.09.2020 14:45:33

Salam mən 2020 il oktyabr çağırışçısıyam mənim diz qapağımda təxmini 1 saat hərəkət etdikcə çox kəskin ağrılar baş verir bunu müayinədə də dedim komisyadan keçəndə sizcə yararlıyam yoxsa yox

Məlum olmuşdur ki, 2020-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar, Siz qeydiyyatda olduğunuz Xidmətin Şəmkir rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar akademik Z.Məmmədov adına Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz Müayinə nəticəsində təyin edilmiş diaqnoza müvafiq olaraq, Siz rayon çağırış komissiyası tərəfindən Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilmisiniz.
Fərid Soruşur Yazılma Tarixi:05.09.2020 01:19:42

Hərbi çağırış zamani Qarabağ cəphə bölgəsində ki zonalara düşə bilirik mi öz istəyimiz ilə?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr üzrə bölgüsü xüsusi kompüter proqramı vasitəsi ilə aparıldıqdan sonra onlar təyin olunduqları qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin edilirlər.
Nahid Soruşur Yazılma Tarixi:04.09.2020 22:52:38

Mən Quba Rayon Zərdabi qəsəbə sakini Nəcəfi Nahid Novruz oglu qeyd etmək istəyirəmki mənim sol gözümdə 3 ədəd yırtığ var (2si orta ölçüdə 1i böyük ülçüdə) Bundan əlavə məndə ən ağır dərəcəli bağırsağımda kista və çat var. Sizə sualım mən 6dəfə hər 6 aydan bir yoxlamada sizin Quba rayon filialınızın göndərişinən Komissiyadan keçmişəm mənə hərbi xidmətə yararsız vermək əvəzinə 3ildi bu yollarda süründürürlər .Sizdən xahiş edirəm bu məsələyə aydınlıq gətirib araşdırasız. Az təminatlı ailəyik mənim hər dəfə Bakıya gəlməyə pulum yoxdu xahiş edirəm .Bu barədə ilk öncə sizin rəhbərliyə Cənab Prezidentə və Birinci xanıma ünvanlayıram . Əlaqə nömrəsi 0773735323

Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərar təsdiq edilməsi üçün, Siz Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz. Mərkəzi hərbi həkim komissiyası tərəfindən səhhətiniz ilə əlaqədar əlavə müayinə olunmanız üçün akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müayinəyə göndərilmisiniz. Sizin göndəriş vərəqəsində qeyd olunan dövlət tibb müəssisəsində müayinədən keçməyiniz vacibdir. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı” Xidmətin Mərkəzi hərbi həkim komissiyasına daxil olduqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Fərid Soruşur Yazılma Tarixi:04.09.2020 12:35:50

18 yaşı tamam olan bir şəxs Qarabağ zonasından istədiyi hər hansı bölgədə hərbi qulluğunu edə bilər mi?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr üzrə bölgüsü xüsusi kompüter proqramı vasitəsi ilə aparıldıqdan sonra onlar təyin olunduqları qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin edilirlər.
Fərid Soruşur Yazılma Tarixi:04.09.2020 12:15:19

Salam mən gizirlik kursuna yazılmaq istəyirəm hara müraciyət edə bilərəm 21 yaşım var Şəmkirdə yaşayıram məndə hamı kimi vətənimi qorumaq istəyirəm

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla) könüllü daxil olurlar. Nəzərinizə çatdırırıq ki, “Gizir hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi, kurslara qəbulun qayda və şərtləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Odur ki, SQ TTM-də təşkil ediləcək növbəti kursda oxumaq üçün adınızın namizəd kimi siyahıya salınması və tələb olunan sənədlərin hazırlanaraq təqdim edilməsi üçün qeydiyyatda olduğunuz yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməlisiniz.
Sübhan Soruşur Yazılma Tarixi:04.09.2020 08:21:24

Salam mənim adım Sübhan Şirəliyevdir.Mənim 17 yaşım var.Azərbaycan Respublikasının Milli Ordusuna Könüllü şəxs kimi qeydiyatdan keçmək istəyirəm online.Necə keçə bilərəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin I hissəsinə uyğun olaraq, Vətəni müdafiə hər bir vətəndaşın borcudur.   
Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Həmin Qanunun 12.4-cü maddəsinin tələblərinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməlidirlər.
Əlavə olaraq bildiririk ki, vətəndaşların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.

Səbuhi Soruşur Yazılma Tarixi:03.09.2020 13:47:10

Salam , bilmək istərdim müharibə vəziyyətində olan bir ölkə üçün belə bir halların baş verməsi nə qədər doğrudur? Necə ola bilərki siz artıq 1 ildən çoxdur ki mənim barəmdə bir nəticəyə gələ bilmirsiz? Belə önəmli bir dövlət qurumunda bu cur halların olması çox acınacaqlıdır və məni məyus edir. Sizdən artıq dərəcədə xaiş və tələb edirem bu məsələyə diqqətlə baxasınız və mənə yardımçı olasınız. Minnətdaram.

Bildiririk ki, Siz razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız. Şəhadətləndirilmənin nəticəsinə müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Cədvəldə sətir sayı :14897