Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ülviyyə Soruşur Yazılma Tarixi:20.07.2020 07:19:32

Salam.mən SHXÇDX üzrə müddətdən artıq həqiqi hərbi xidmətə müraciət etmək istəyirəm.magistr təhsilimi bitirmişəm tam ali təhsilliyəm.Lakin bir məsələ var ki, bu haqda sizdən məlumat almaq istəyirəm.özüm Mingəçevir şəhərində daimi qeydiyyatdayam.Hazırda 15ildən çoxdu Bakı şəhərində faktiki olaraq yaşayıram.Qeydiyyata düşmək üçün mütləq Mingəçevir şəhərindəki yerli idarəyə müraciət etməliyəm ya Bakı şəhərində yaşadığım rayon üzrə müraciət edə bilərəm? Və müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün hansı sənədlər gərəklidir? Öncədən təşəkkürümü bildirirəm.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçün nəzərdə tutulmuş hərbi vəzifələr üzrə vakant yerlər olmadığı üçün, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün deyil.
Zaminəli Soruşur Yazılma Tarixi:20.07.2020 06:43:31

Salam Sualıma Cavab Verin Zəhmət olmasa ,mən 3 aylığ müvəqqəti yararsız hesab olundum müalicə alırdım deyə,oktyabrda yararlı olsam əsgər getsəm ,bu iyul ayında əsgər gedən qardaşımın düşdüyü yerə düşəcəm?ya ayrı ayrı? Və ya ərizə ilə müraciət etsəm baxılarmı? Ailənin maddi imkanı yetməyəcək ayrı ayrı yerlərə getməyə. Cavablayardız zəhmət olmasa

Bildiririk ki, qardaşlar eyni vaxtda və eyni rayon çağırış komissiyası tərəfindən həqiqi hərbi xidmətə çağırılarlarsa, onlar bir qayda olaraq hərbi xidmət keçmək üçün eyni hərbi hissəyə göndərilirlər.
Fuad Soruşur Yazılma Tarixi:20.07.2020 02:52:14

Salam, bu iyul prizivi olanların hara düşdükləri barədə növbəti nə vaxt bəlli olacaq ?

Bildiririk ki, 20.07.2020-ci il tarixdə çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün Silahlı Qüvvələr üzrə təyinatları ilə bağlı SMS xidməti vasitəsilə məlumatlandırılmışlar. Bundan əlavə çağırışçılar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər. Əks halda Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət etmələri tövsiyə olunur.
Günel Soruşur Yazılma Tarixi:19.07.2020 23:09:25

Salam Men men konullu olaraq herbide ehtiyac olarsa muharibe olarsa konullu qeydiyyatdan kecdim.kecib kecmediyimi hardan oyrene bilerem.portala giris deyirler amma tapmiram sehfede

Müraciətiniz üçün təşəkkür edirik. Bildiririk ki, könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşlar bu gündən Xidmətin www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər. https://exidmet.seferberlik.gov.az/Volunteer/Service
Nurlan Soruşur Yazılma Tarixi:19.07.2020 22:49:31

Salam mən müddətdən artıq həqiqi xidmətə başlamaq üçün sənədlərimi hazırladım ancaq məhkumluq haqqında arayışımda 2017ci ildə törətdiyim xitam edilmiş cinayət işim yazıldı və sənədlərim qəbul olunmadı mənə məhkumluğumun olduğu deyildi lakin CM-nin 83.2 ci maddəsinə görə cəzadan azad edilmiş şəxslər məhkumluğu olan sayılmır müddətdən artıq həqiqi hərbi xidmətə isə məhkumluğu olan şəxsləri götürmürlər mənim cinayət işim xitam olunubsa mən məhkum olumuş sayılmıram bəs niyə işə qəbul etmirlər məni?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1.1-ci maddəsinə əsasən, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istis.na olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verdikdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olurlar.“Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”-nın 3.9.2-ci yarımbəndinə əsasən, məhkumluğu ödənilmədikdə və ya üzərindən götürülmədikdə, həmçinin ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətdikdə müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından imtina edilir.Ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunmuş vətəndaşların həqiqi hərbi xidmətə qəbul edilməsi qanunvericliyin tələbinə ziddir.
Günel Soruşur Yazılma Tarixi:19.07.2020 22:40:16

Salam Men men konullu olaraq herbide ehtiyac olarsa muharibe olarsa konullu qeydiyyatdan kecdim.kecib kecmediyimi hardan oyrene bilerem.portala giris deyirler amma tapmiram sehfede

Müraciətiniz üçün təşəkkür edirik. Bildiririk ki, könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşlar bu gündən Xidmətin www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər. https://exidmet.seferberlik.gov.az/Volunteer/Service
Zərifə Soruşur Yazılma Tarixi:19.07.2020 19:20:01

Salam menim yoldasim naxcivana duwub dunen gedib herbi xidmete bilmey isdeyirem 6ayinda mezuniyyete gelecekmi.Birde uzur isdeyirem ovladim var o dunyaya gelende icaze vereceklermi gelmeye eve?xais edırem cavablandirasiniz

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Rəfail Soruşur Yazılma Tarixi:19.07.2020 18:27:39

Hərbi xidmətə könüllü getmək isdrəm

Müraciətiniz üçün təşəkkür edirik. Bildiririk ki, könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşlar Xidmətin www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər. https://exidmet.seferberlik.gov.az/Volunteer/Service
kamran Soruşur Yazılma Tarixi:19.07.2020 17:58:00

Döyüşə getməyə hazıram

Müraciətiniz üçün təşəkkür edirik. Bildiririk ki, könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşlar Xidmətin www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər. https://exidmet.seferberlik.gov.az/Volunteer/Service
Qoşqar Soruşur Yazılma Tarixi:19.07.2020 17:52:18

Salam mən 20 iyul Qobustan rayon cağrışçısıyam ama hele de dusduyum herbi hisse barede hec bir esemes ve mellumat yox du.

Bildiririk ki, 20.07.2020-ci il tarixdə çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün Silahlı Qüvvələr üzrə təyinatları ilə bağlı SMS xidməti vasitəsilə məlumatlandırılmışlar. Bundan əlavə çağırışçılar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər. Əks halda Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət etmələri tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897