Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Murad Soruşur Yazılma Tarixi:31.08.2020 19:44:04

Salam .Ehtiyat zabit hazırlığı kursuna sənəd toplayıram .sualım - kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə) . Nümünəyə harda baxmaq olar ?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, Hal-hazirda  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qanunvericilikdə nəzərdə tutulmuş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ehtiyatda olan 28 yaşına qədər ali təhsilli hərbi vəzifəlilər sırasından Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzlərində keçiriləcək növbəti “Ehtiyat zabit hazirlığı kursu”na namizədlərin qeydiyyatı aparılır. Odur ki, qeydiyyatda olduğunuz rayon üzrə Xidmətin yerli idarə, şöbə və bölməsinə müraciət etməyiniz məqsədəuyğundur.
Fidan Soruşur Yazılma Tarixi:31.08.2020 00:59:42

Mənim 16 yaşım var aşpazam mende kpnüllü olaraq gele bilerem.?? Her zaman hazıramm

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin I hissəsinə uyğun olaraq, Vətəni müdafiə hər bir vətəndaşın borcudur.   
Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Həmin Qanunun 12.4-cü maddəsinin tələblərinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməlidirlər.
Əlavə olaraq bildiririk ki, vətəndaşların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əhməd Soruşur Yazılma Tarixi:30.08.2020 22:17:23

Salam.Mən ehtiyyatda olan hərbi qulluqşuyam.Qax rayonunda qeydiyyatdayam.Mən Şamaxı rayonundakı məktəbdə Gənclərin Hərbi Xidmətə Çağırış müəllimi kimi işləyə bilərəmmi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.1998-ci il tarixli 119 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nə əsasən, gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsində ali və ya orta hərbi, yaxud ali mülki təhsilli, ehtiyatda (istefada) olan zabitlər, istisna olaraq kənd rayonlarında isə hazırlıqlı və təcrübəli ümumi orta, orta ixtisas təhsilli, ehtiyatda (istefada) olan gizirlərin və çavuşların  işləməsinə icazə verilir. Bildiririk ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul tabelik üzrə təhsili idarəetmə orqanı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırılmaqla müəssisə rəhbəri tərəfindən həyata keçirilir.
Elməddin Soruşur Yazılma Tarixi:04.08.2020 17:13:50

Mən bu il iyul ayında hərbi xidmətimi başa vurmuşam. Ali təhsilliyəm. SHXÇDX-nə işə (həqiqi hərbi xidmətə) qəbulla bağlı vakant yerlər və müsabiqənin keçirilməsi barədə nece məlumat ala bilərəm?

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə və ya işə qəbulla əlaqədar müraciət edə bilərsiniz.
Xaqan Soruşur Yazılma Tarixi:03.08.2020 10:46:43

Salam. Mən iyul ayı ərzində yasyıpəncəliklə əlaqədar Nizami rayon hərbi komissarlığının göndərişi ilə 3 saylı xəstəxana və 2 saylı Biləcəri dəmir yolu poliklinikasında tibbi müayinədən keçmişəm. Artıq iyul çağırşı başa çatdı. Amma mən hərbi xidmətə çağırılmadım. Bilmək istəyirəm ki, mən hərbi xidmətə yararlıyam ya yox?

Məlum olmuşdur ki, 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar, Siz Xidmətin Bakı şəhəri Nizami rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış, səhhətiniz ilə əlaqədar dövlət tibb müəssisələrinə əlavə müayinələrə göndərilmisiniz. Müayinələr nəticəsinə müvafiq olaraq, barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Kürşad Soruşur Yazılma Tarixi:01.08.2020 21:45:15

Salam. Əvvəlki aylarda bu qurumda snayperlik kursu var idi. Hal hazırda da bu kurs fəaliyyət göstərirmi? Əgər fəaliyyət göstərirsə, bu kursa haradan qeydiyyatdan keçə bilərəm?

Qeyd etdiyiniz məsələ ilə əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində yaradılmış “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin tədris filiallarında atıcılıq kursları təşkil edilir və həmin kurslara gənclərin qəbulu mütəmadi olaraq həyata keçirilir. Qeyd olunan kurslar barədə ətraflı məlumat əldə etmək üçün Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları 99 ünvanında yerləşən Xidmətin tabeliyində olan “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin İcra Orqanına müraciət etməyinizi tövsiyyə edirik. (əlaqə telefonu: 012-597-25-88, 055 409-02-82)
nazim Soruşur Yazılma Tarixi:30.07.2020 15:23:00

Salam menim 22 yaşım var 25 oktyabr 2016 cı ilde herbi xidmete yula düşmüşem 13 aprel 2018 cı ilde etyata buraxılmışam indi herbiyə gayıdmak müdeten artıg əsger maxe olarak gayıdmak orduda xidmət etmek isdiyirem hara müraciyet etmeliyem sizden xayiş edirem bu meseleye aydınlık getirerdiniz teşekürler çox sağolun

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçmək istədiyiniz qoşun növü üzrə müraciət etməyiniz məqsədəuyğundur.
Xəyal Soruşur Yazılma Tarixi:30.07.2020 12:47:13

Salam, mən komissiyadan keçmişəm, keçdiyim komissiyanın nəticəsini bilmək istəyirəm. İndidən təşəkkürlər

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə müraciət etməyinizi tövsiyə edirik.
nazim Soruşur Yazılma Tarixi:29.07.2020 23:18:38

Salam menim 22 yaşım var 25 oktyabr 2016 cı ilde herbi xidmətə getmişem 13 aprel 2018 cı ilde etyata buraxılmışam indi herbiyə maxe kimi gayıtmak isdiyirem nece gayıda bilerem hara müraciyet edim sizden xayiş edirem nece gayıda bilerem herbiye maxe kimi bu barede mene melomat vererdiz çox xayiş edirem çox sağolun

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçmək istədiyiniz qoşun növü üzrə müraciət etməyiniz məqsədəuyğundur.
Emil Soruşur Yazılma Tarixi:29.07.2020 16:48:30

Mən ümumvətəndaş pasportu almaq istəyirəm və bunun üçün möhlət hüququ verilməsi şərti ilə ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə də lazımdır.Mən hal-hazırda ali təhsilimi davam etdirirəm və deyilənə görə,bunun üçün möhlət hüququ verilməsi haqqında məlumat həmin vəsiqədə qeyd olunmalıdır.Mən vəsiqəni 2017 dekabrda almışam,təhsilimə isə 2018 sentabrda başlamışam.Buna görə vəsiqədə təhsil üçün möhlət hüququ verilməsi barədə heç bir qeyd yoxdur.Lakin müalicəyə ehtiyacı var yazılıb.Bu möhlət hüququ sayılır mı? Yoxsa təhsil üçün möhlət hüququ barədə vəsiqəni verən komisarlığa mı müraciət etməliyəm?

Bildiririk ki, təhsilini davam etdirmək üçün çağırışdan möhlət verilmiş çağırışçılar hər il oktyabr ayının 1-nə qədər təhsilini davam etdirmələri haqqında arayışı Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə şəxsən təqdim etməlidirlər.           Həmin arayış təqdim edildikdə, Sizə cağırışdan möhlət verilərək «İlkin hərbi qeydiyyata alınma haqqında» vəsiqənizdə müvafiq qeydlər aparılacaqdır.  
Cədvəldə sətir sayı :14897